Icma.az
close
up
RU
Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Qadınların işləməsi, həm də ailə öhdəliklərini yerinə yetirməsi ilə bağlı yükünün bölüşdürülməsi vacibdir.

Metbuat.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tahir Mirkişili Bakıda “Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya, Ailədən Yaşıl İnkişafa” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Yaponiyada atalara 30 həftəlik məzuniyyət verilir: “Bizdə isə bu hələ tənzimlənməyib. Bu baxımdan gender əsaslı əmək bölgüsü müasir iqtisadiyyatın çağırışlarından biridir”.

O bildirib ki, ailə dəyərləri insan kapitalı və iqtisadi artımın əsas şərtidir: “Ailə dəyərləri ilə iqtisadi artım arasında əlaqə iqtisadçılar üçün aktual tədqiqat mövzularından birinə çevrilib. Dünyada gedən dəyişikliklərin sürəti ailə dəyərləri və inancların dəyişmə tempini üstələyir: “Son 50 ildə dünya iqtisadiyyatı nominal ifadədə 16 dəfə artıb. Halbuki həmin dövrdə kompüter belə yox idi, bu gün isə süni intellekt həyatımıza daxil olub. Lakin ailə dəyərləri, evlilik adətləri və kişi-qadın münasibətləri həmin sürətlə dəyişməyib. Bu da nəsillər arasında sosial və iqtisadi münaqişələr yaradır”.

Deputat hesab edir ki, ailə dəyərlərinin güclü olduğu ölkələrdə dörd mühüm iqtisadi üstünlük formalaşır.

Eyni zamanda, millət vəkili ailə dəyərlərinin bəzi hallarda qadınların iqtisadi fəallığına mənfi təsir etdiyini də vurğulayıb: “Ailə dəyərləri güclü olan ölkələrdə qadınların iqtisadiyyatda rolu azalmağa başlayır. Bu isə doğum səviyyəsinin aşağı düşməsinə səbəb olur. Məsələn, 1960-cı ildə dünyada bir qadına orta hesabla 5,3 uşaq düşürdüsə, hazırda bu rəqəm 2.1-dir”.

O əlavə edib ki, aparılan araşdırmalara əsasən, qadınların gəliri və məşğulluğu artdıqca, doğum səviyyəsi azalır: “Kasıb ölkələrdə isə qadınların evdə olması və ailəyə yönəlməsi nəticəsində doğum səviyyəsi daha yüksək olur. Bu isə dövlətlər üçün paradoks yaradır: qadın həm işləməli, həm də doğum səviyyəsi qorunmalıdır”.

Deputat bu problemin həllində dövlətin sosial infrastruktur yaratmasının vacibliyini qeyd edib: “Azərbaycanda son dövrlərdə uşaq bağçaları, qida rasionunun elmi əsaslarla tənzimlənməsi kimi təşəbbüslər bu istiqamətdə atılan vacib addımlardandır. Eyni zamanda, qadınların əmək bazarında iştirakını artırmaq üçün kişi və qadın arasında əmək bölgüsünün yenidən nəzərdən keçirilməsi vacibdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 11 İyun 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri