Icma.az
close
up
RU
Evlərin qiyməti niyə bahalaşır? AYDINLIQ GƏTİRİLDİ

Evlərin qiyməti niyə bahalaşır? AYDINLIQ GƏTİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

“Obyektlərin, ümumiyyətlə, daşınmaz əmlakın bahalaşmasının səbəbi təkcə bazarda təklif və tələb arasındakı münasibətlər deyil, eyni zamanda bir sıra makroiqtisadi hadisələr, eləcə də regionda baş verən proseslər daşınmaz əmlak bazarına müstəsna təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib.

Vüqar Oruc sözlərinə belə davam edib: “Bundan əlavə, tikinti materiallarının, inşaat materiallarının qiymətinin artması, işçi qüvvəsinin bahalaşması və o cümlədən manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər daşınmaz əmlak bazarına böyük təsir edir. Bizdə olan məlumata görə, hər il təqribən 10-15%, bəzi hallarda isə 20% daşınmaz əmlakın dəyəri yüksəlir. Bu da təqribən son 10 ildə ümumi hesablamalarına görə 100%-dən artıq daşınmaz əmlak qiymətlərinin artımına səbəb olub.

Bu artım tendensiyası davam edəcək. Bunun əsas səbəbi ölkə iqtisadiyyatının böyüməsidir. Bildiyimiz kimi, 30 ildən artıq işğal altında olan ərazilər azad edilib və orada infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər görülür. Bu da ölkə iqtisadiyyatının investisiya cazibədarlığını artırır, beynəlxalq aləmin diqqətinin ölkəmizə yüksəlməsinə səbəb olur.

Ölkə iqtisadiyyatı inkişaf etdikcə harada ki, biz bunu görmüşük inkişaf edən dövlətlərdə daşınmaz əmlakın qiymətləri də artır. Bizdə də eyni proses baş verir. Bundan əlavə, bayaq qeyd etdiyim kimi, tikinti materiallarının qiymətində dəyişikliklər edilir. Bildiyimiz kimi, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bir sıra tikinti materiallarının ölkəmizə gətirilməsi problemə çevrildi və bu da daxili bazarda qiymətlərin artmasına səbəb oldu.

Bundan başqa, bir məqamı da unutmaq olmaz ki, işçi qüvvəsi ilə bağlı da ciddi dəyişikliklər var. 2-3 il əvvəl əgər bir iş müəyyən məbləğə görülürdüsə, indi həmin məbləğ ən azı 50% artıb. Bu da təbii olaraq qiymətlərə təsir edir.

Eyni zamanda, Bakı şəhəri 2040-cı ilə qədər Baş Planı qəbul etdikdən sonra müəyyən normativlər müəyyənləşdirilib və bu normativlərə qanunvericiliyə uyğun olaraq əməl olunması tələb edilir. Əvvəllər sahibkar kiçik bir ərazidə on minlərlə kvadratmetr mənzil inşa edirdisə və heç bir normativ tələbi gözləmirdisə, indi artıq bu mümkün deyil. Sahibkar götürdüyü ərazidə konkret normativlərə uyğun şəkildə müəyyən sahəni əhatə edən bina inşa etməlidir.

Bu da, təbii ki, sahibkarların mənfəət əldə etmək istəklərini nəzərə alaraq, qiymətləri daha da yüksəltməsinə səbəb olur. Məsələn, əvvəl müəyyən bir ərazidə 30 min kvadratmetr inşa etmək mümkün idisə, indi normativlərə əsasən 15 min kvadratmetr inşa etmək mümkündür. Çünki yaşıllaşdırma sahələrinin olması, binalar arasındakı məsafənin qorunması və tikililərin bir-birinə təhlükəsizlik baxımından mane olmaması kimi tələblər var. Bu normativlərə əməl ediləndə təbii ki, qiymətlərin yüksəlməsi baş verir.

Hazırda bilirsiniz ki, İpoteka və Kredit Zəmanət Fondunun növbəti kredit ayırması baş verib. Yanvar ayının sonlarından bu, bazarda xüsusi ajiotaj yaradıb. Həmişə belə bir hadisə olanda qiymətlər artır. Fevral ayının 6-7-dən etibarən isə kreditlərin verilməsi başlayıb, bu da mənzil bazarında bahalaşmaya səbəb olur”.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Fevral 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri