Icma.az
close
up
RU
Evlərini su basanlara pul veriləcək? Yüzlərlə ev boşaldılıb

Evlərini su basanlara pul veriləcək? Yüzlərlə ev boşaldılıb

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Abşeron rayonu Masazır qəsəbəsində güclü yağışlardan sonra yaranan fəsadlar yüzlərlə ailənin evlərini tərk etməsinə səbəb olub.

Bakupost.az xəbər verir ki, yaranan ciddi su və kanalizasiya problemi nəticəsində 500-dən çox ailə artıq evlərini tərk edərək, kirayə mənzillərdə yaşadıqlarını bildirirlər.

Sakinlər aidiyyəti qurumlara müraciət edərək çirkab suların çəkilməsinin sürətləndirilməsini, sular tam çəkilənə qədər kirayə pulu və ya müvəqqəti yaşayış yeri ilə təmin olunmalarını tələb edirlər.

Mövcud vəziyyətlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qrumundan bildirildi ki, intensiv yağışların fəsadları əsasən kanalizasiya və drenaj sistemlərinin olmadığı, habelə relyef baxımından əlverişsiz ərazilərdə müşahidə edilir:

"Yağış sularının tullantı xətlərinə yönləndirilməsi şəbəkənin həddindən artıq yüklənməsinə və daşqınlara səbəb olur. Bir çox evlərin təyinatı üzrə olmayan torpaqlarda inşası problemi daha da dərinləşdirsə də, sukanal idarələri suyun çəkilməsi üçün sakinlərə operativ köməklik göstərir. Hazırda Bakı və Abşeronun infrastrukturdan məhrum ərazilərində yeni şəbəkələrin qurulması üçün genişmiqaslı layihələrin icrası davam etdirilir".

Bəs sakinlərin kirayə pulu və ya müvəqqəti yaşayış yeri tələbi qarşılana bilərmi?

Məsələ ilə bağlı “Əmlak Ekspert Mərkəzi”nin direktoru Ramil Osmanlı bildirib ki, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dövlət büdcəsindən ayrılan 85 milyon manatdan çox vəsait vətəndaşların maddi itkilərinin qarşılanmasında həlledici rol oynayacaq:

"Prezidentin sərəncamı ilə zərərçəkənlərə dəymiş ziyanı qarşılamaq üçün büdcədən 85 milyon manat vəsait ayrılıb. Hazırda Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyətləri tərəfindən zərərin qiymətləndirilməsi aparılır. Əgər vətəndaşın yaşayış sahəsinə həqiqətən ziyan dəyibsə, onlara kompensasiya ödəniləcək. Burada əsas məqamlardan biri də 'özbaşına tikili' sayılan, sənədsiz evlərlə bağlıdır. Bu məsələlər xüsusi daxili qaydalarla tənzimlənəcək, dövlətin əsas hədəfi hər bir vətəndaşa dəstək olmaqdır."

Gülsüm Baxşəliyeva, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 May 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri