Dağıstanda yüzlərlə ev su altında qaldı
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Dağıstanın Xasavyurd rayonu ərazisində leysan yağışları səbəbindən 460-dan çox ev su altında qalıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə rayon rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Bahautdin Mamayev bildirib, onun sözləri rayon administrasiyasının "Telegram" kanalında yer alıb.
Məlumata görə, hazırda əhalinin təxliyəsi aparılır.
"Hazırda 468 ev subasmaya məruz qalıb, yerli əhalinin tam təxliyəsi aparılır", - hakimiyyət nümayəndəsi dəqiqləşdirib və əlavə edib ki, sakinlər "UAZ" və "KamAZ" avtomobillərinin köməyi ilə daşınır. Ərazidə üç müvəqqəti yerləşdirmə məntəqəsi təşkil edilib.
Bundan başqa, Botayurddakı tibb müəssisəsindən 43 xəstə təxliyə edilib.
Daha əvvəl Dağıstan rəhbəri Sergey Məlikov məlumat vermişdi ki, subasmalar nəticəsində respublikanın təxminən 110 min sakini hələ də elektrik enerjisi təchizatından məhrumdur. Yerlərdə qəza-bərpa tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 29 Mart 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















