Icma.az
close
up
RU
Evli kişilərlə birlikdə olan qadınlar...

Evli kişilərlə birlikdə olan qadınlar...

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Müasir dövrdə texnoloji yeniliklər və sosial şəbəkələrin həyatımızın bir parçasına çevrilməsi ilə, insanların bir-birilə ünsiyyət və münasibət qurması daha da asanlaşdı.

Bunun nəticəsi kimi evli ola-ola başqa bir sevgilisi olan insanların sayında kəskin şəkildə artımlar müşahidə olunmağa başladı. Bəs evli kişi ilə yasaq münasibət yaşamağın çətinlikləri və sıxıntıları nələrdir? Ailəli olan kişilər ilə birlikdə olan qadınlar hansı hissləri keçirdirlər? Bu tip qadınların davranışının altında bir neçə səbəb yatır ki, bunlarda özlüyündə qadını ailəsi olan kişi ilə münasibət qurmağa sövq edir. Bu səbəblərə sevgi, pul, məcburiyyət, seks istəyi və gücü aid etmək olar.

Evli kişi ilə birlikdə olan qadınların həyatında daima kədər, üzüntü, yalanlar, qısqanclıqlar, dava-dalaşlar əksik olmaz. Bunun səbəbi isə kişinin sevgilisi ilə münasibətini boşanmadan davam etdirməyə çalışmasıdır. Evli kişi ilə münasibət quran qadın, özünə sual verib düşünməyi bacarmalıdır ki, əgər münasibətdə olduğum adam yoldaşına yalan söyləyib mənimlə birlikdə olursa, deməli, nə vaxtsa mənədə yalan söyləyib başqa bir qadınla yaxınlaşa bilər. Yox, əgər artıq yoldaşını sevmirsə və ona görə mənimlə birlikdədirsə, o zaman nəyə görə yoldaşından ayrılıb, rahat şəkildə mənimlə münasibət qurmur?

Bizim cəmiyyətimizdə əsasən evli kişi ilə birlikdə olan qadınları günahlandırıb, onları əsas qınaq obyektinə çevirirlər. Amma həqiqətdə olan isə kişinin evli olduğudur, yəni ailəli olan və yoldaşına sadiq olacağına söz verən tərəf kişidir. Evli kişi ilə birlikdə olan qadının isə digər qadına qarşı heç bir məsulliyyəti yoxdur. Amma bunu təkcə kişilərə aid olan bir vəziyyət kimi dəyərləndirməkdə düzgün olmaz. Evli qadınla birlikdə olan kişilərdə də vəziyyət eyni cürdür. Yəni evli biri ilə münasibətə girənin kişi və ya qadın olması vəziyyəti dəyişdirmir.

Bəs evli kişilərlə qadınların münasibəti necə başlayır?

Psixoanaliz nəzəriyyəsinə görə, atası tərəfindən tərk edilmiş, özgüvən əksikliyi ilə böyümüş qadınlar, özlərini təsdiq etmək, digər qadınlardan daha üstün olduqlarını özlərinə sübüt etmək üçün bu yola əl ata bilirlər. Yəni başqa qadına aid olan kişini əldə edərək, özgüvənlərini bərpa etmiş olurlar. Psixoanalitik yanaşmaya görə bunun əsas səbəbi evli kişi ilə birlikdə olmaqla, uşaqlığında atası tərəfindən aldadılmış olan anasının şüuraltı intiqamını almaq hissinin önə çıxmasıdır. Ancaq bu faza insan beyninin dərinliklərində (təhtəlşüurda) olduğundan bu vəziyyəti asanlıqla anlayıb, dərk etmək mümkün deyil. Amma yalnız ata obrazının əksikliyi ilə bu cür yasaq münasibətləri tam izah etməkdə mümkün deyildir.

Bildiyimiz kimi əlçatmaz kimi görünən və bizdə olmayan şeyləri bizlər gözümüzdə ideallaşdırıb, onları əldə etməyə can atırıq. Evli olan kişilər bu səbəbdən qadınlara daha cazibədar və əlçatmaz gəldiyi üçün onlarla münasibət qurmağa və sevgili olmağa çalışırlar. Bəzən biz öz dostlarımızdan, yaxınlarımızdan eşidirik ki, subay olduğum zamanlarda heç bir xanım ilə münasibət qura bilmədiyim halda evləndikdən sonra sanki ətrafımdakı mənə yaxınlıq etmək istəyən qadınların sayı dəfələrlə artıb.

Qadının həyatda yalnız olması və iqtisadi çətinlikləri, özünü dəyərli hiss etmək istəməsi, eyni anda bir neçəsi ilə münasibət yaşaya biləcəyini düşünməsi, ata fiqurunun uşaqlıqdan bəri çatışmazlığı və s. bu kimi səbəblər qadınların evli kişilərə yönəlməsində vacib rol oynayır.

Xəyanət edən kişinin vəziyyəti isə burada qadından daha ağır olur çox zaman. Adam evli olduğu üçün gecələri telefonla rahat danışa bilmir, ətrafdan görən ola bilər qorxusu ilə nə yoldaşı nə də sevgilisi ilə ictimai yerlərdə gəzməyə və ya istirahətə gedə bilmir, bir sözlə yaşamına istəməyərəkdəndə sərhədlər qoymağa məcbur olur. Daima gizlənməyə çalışır və buna görə də hər iki tərəfə yalanlar söyləməyə məcbur olur.

Münasibətdə olduğu qadın kişinin evli olduğunu bilirsə, bir müddət sonra ondan boşanmasını və açıq şəkildə birlikdə olmalarını tələb edir. Amma kişi ailəsini dağıtmaq istəməməsi səbəbindən hər dəfə yalanlarla sevgilisini aldadır və müxtəlif bəhanələr gətirir. Ayrılsam, karyeram bitər, ev problemi yaşayaram, onsuz da yoldaşımı sevmirəm, ayrı otaqlarda yatırıq, uşaqlara görə bu vəziyyətə dözürəm və s. kimi bəhanələr gətirirək vəziyyətdən çıxmağa çalışır. Bu döngü bu şəkildə davam edir və hər dəfə yeni bəhanələr və yalanlarla zaman qazanmağa çalışır. Statistikada göstərir ki, əgər evli kişi başqası ilə münasibətə başladığı müddətdən 12 ay ərzində yoldaşından ayrılmırsa, 90% göstərici ilə sonrakı illərdə də yoldaşından boşanmır. Çünki asılı insan nə yoldaşından, nə də sevgilisindən ayrılmaq istəyir. Onun əsas məqsədi hər iki tərəfi balanslı şəkildə idarə etməkdir.

Rövşən Hümbətov,

Psixoloq

Dushunce.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri