Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Qadınlar niyə evli kişilərlə sevgi münasibətinə meylli olurlar? Psixoloqlar elə şeyləri danışdılar ki… KONKRET

Qadınlar niyə evli kişilərlə sevgi münasibətinə meylli olurlar? Psixoloqlar elə şeyləri danışdılar ki… KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Evli kişi ilə münasibət quran qadınların davranışlarının arxasında müxtəlif psixoloji faktorlar dayanır. Psixoloji analiz bu halların hər birində fərdi yanaşma tələb edir. İlk səbəb kimi özünüqiymətləndirmə və sevgi ehtiyacı göstərilir. Özünü aşağı qiymətləndirən qadınlar tez-tez ətrafdan təsdiq gözləyir və bu səbəbdən qarşılarındakı şəxsin evli olub-olmamasına diqqət yetirmirlər”.

Bu fikirləri psixoloq, psixoterapevt Sibel Piriyeva KONKRET.az-a açıqlamasında səsləndirib:

“İkinci səbəb isə qadağan olunmuş maraq və həyəcan axtarışı ilə bağlıdır. Bu, daha çox şəxsiyyət pozuntusu olan insanlarda müşahidə edilir. Belə qadınlar adrenalin və gizli ehtiras axtarışında olduqları üçün təhlükəli münasibətlərə meyil göstərirlər.

Bəzən bu cür münasibətlər reallıqdan qaçmaq və illüziya yaratmaq məqsədi daşıyır. Evli kişidən gələn diqqət və romantik davranışlar qadın tərəfindən “sevgi” kimi qəbul edilir. Əgər qadın uşaqlıq dövründə ata sevgisindən məhrum olubsa, bu boşluğu yetkin yaşda yaşca böyük kişilərlə münasibətdə doldurmağa çalışa bilər.

Uşaqlıq travmaları arasında tərk edilmək qorxusu da xüsusi yer tutur. Bəzi ailələrdə uşaqlar cəzalandırılarkən “səni uşaq evinə verəcəyik” kimi cümlələr işlədilir ki, bu da onların şüuraltında tərk edilmə qorxusu formalaşdırır. Bu qorxu yetkinlik dövründə toksik münasibətlərdən uzaqlaşmağı çətinləşdirə bilər.

Bəzi hallarda evli kişi ilə münasibətə girən qadınlar bu əlaqəni emosional deyil, maddi dəstək səbəbilə qururlar. Digər bir motivasiya isə stabillik illüziyası ilə bağlıdır. Evli kişilərin həyat tərzi işə gedib gəlmələri, dostları ilə az vaxt keçirmələri qadınlarda etibarlı obraz yarada bilər”.

Psixoloq Gülnar Orucova isə saytımıza açıqlamasında bildirib ki, ümumiyyətlə, bir qadın evli kişiyə maraq göstərirsə, bu, çox zaman onun emosional ehtiyaclarının qarşılanmaması ilə əlaqələndirilir.

“Bu hal qadının emosional yetkinliyə çatmadığını və dərin psixoloji travmalar yaşadığını göstərə bilər. Bəzi qadınlar xüsusilə özlərindən yaşca böyük, eyni zamanda evli kişilərə meyilli olurlar. Bu cür qadınlarda özgüvən və özünü dəyərləndirmə hissi adətən aşağı olur.

Evli kişilər isə çox zaman oxşar ifadələrlə qadınları təsir altına almağa çalışırlar: “Yoldaşımla münasibətim pisdir”, “Anamın təkidi ilə evlənmişik”, “Artıq ayrı-ayrılıqda yaşayırıq”, “Boşanmaq istəyirəm, amma uşaq var” və sair. Qadın bu sözləri eşitdikdə, ailəsində və ya əvvəlki münasibətlərində görmədiyi sevgi, diqqət və qayğını həmin kişidə tapmağa çalışır.

Subay bir qadının evli bir kişi ilə münasibətə başlamasından sonra bu əlaqənin verdiyi zərərin daha aydın göründüyü hallarla qarşılaşırıq. Sosial şəbəkələrdə aktiv və tanınmış kişilərə maraq da bəzən bu psixoloji fon üzərindən formalaşır. Hətta o kişi daha əvvəl bir neçə dəfə münasibət qurub ayrılmış, evli və ya övlad sahibi olsa belə, bəzi qadınlar bu gerçəkləri bilə-bilə onlarla münasibət qurmağa can atırlar. Bu münasibətlərin arxasında bəzən maddi maraqlar da dayanır.

Özünə dəyər verən, özünü sevən və yüksək özgüvənə sahib bir qadın heç vaxt “ikinci” olmağı qəbul etmir. O, həmişə həyatında “birinci” olmağı seçir. Çünki bilir ki, ikinci olmaq həm özünü, həm də gələcəyini inkar etməkdir.

Bəzi insanlar ailələrində dəyər görmədikləri üçün hər zaman əlçatmaz olanın arxasınca gedirlər. Onlar asanı deyil, çətin olanı seçirlər. Mübahisəli və mürəkkəb münasibətlər onlara daha cazibədar gəlir. Hətta bəzi hallarda evli bir kişini sevib onu ailəsindən ayırmağı özləri üçün uğur sayan qadınlar da olur. Bu isə onların keçmişdə xüsusilə uşaqlıqda təsdiqlənmə ehtiyacının qarşılanmaması ilə əlaqədardır. Onlar sanki “Mən bunu bacardım” deməklə özlərini təsdiqləməyə çalışırlar.

Amma hər halda, evli bir kişi ilə münasibət qadının psixoloji sağlamlığı üçün zərbədir. Çünki o kişi axırda yenə evinə, ailəsinə qayıdır. Qadın isə tək qalır, tənhalıq hiss edir. Bu tənhalıq darıxmaq duyğusu ilə qarışaraq əlaqəyə asılılıq və bağlılıq forması qazandırır. Lakin kişi bir qadında asılılıq və ehtiyac hiss etdikdə, onu tərk etməyə meylli olur. Kişilər adətən elə qadınlara maraq göstərirlər ki, onları itirməkdən qorxsunlar”.

Psixoloq Samirə Bağırovanın da fikirlərini öyrəndik. O, vurğuladı ki, bu məsələnin şüuraltı bir neçə səbəbi var.

“Onlardan biri, “seçilmiş və ya əlçatmaz kişi” obrazının cazibədar görünməsidir. Evli kişi artıq “seçilib”, yəni bir qadının etibarını qazanıb. Bu isə bəzi qadınlarda onun etibarlı və ciddi biri olduğu təəssüratını yaradır. Hətta uşağını gəzdirən və qayğıkeş bir ata obrazı da qadınlar üçün cazibədar ola bilər.

Digər səbəb isə insan psixologiyasında “olmaz”ın daha cəlbedici görünməsidir. Qadağan olunan şeylərin insanı daha çox cəlb etməsi bu davranışın əsas izahlarından biridir. Emosional, fiziki və ya duyğusal boşluq yaşayan qadın isə bu boşluğu doldurmaq ehtiyacı hiss edə bilər.

Ən geniş yayılmış və problemli səbəblərdən biri də bəzi qadınların başqa bir qadına “qalib gəlmək” istəyi ilə hərəkət etməsidir. Bu, özünə dəyər hissini sübut etmə cəhdinə çevrilə bilər. Lakin nəticədə ən çox əziyyət çəkən elə həmin qadın olur.

Sadə və eyni zamanda geniş yayılmış başqa bir səbəb isə bəzi evli kişilərin flirt etməyə meyilli olmasıdır. Onların bu davranışları qarşı tərəf tərəfindən bəzən romantik siqnallar kimi qəbul edilir.

Nəticə etibarilə, hər bir insanın seçimində şəxsi səbəblər, psixoloji vəziyyət və həyat tərzi mühüm rol oynayır”.

Aynurə İsmayıl
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 İyun 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see177

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri