“Evli vaxtlarım ən ağır dövrüm idi” Aynişandan ETİRAF
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
İnfluenser Aynişan Quliyeva keçmiş evliliyi ilə bağlı açıqlama verib.
Aynişan instaqramda bir müdddətdir məşhur olan trendə qoşulub.
Həyatı ilə bağlı bir neçə etiraf yazan bloger bu sözləri qeyd edib:
“34 yaşım var, artıq bunları etiraf etməkdən çəkinmirəm... 8 ay evli olmuşam. O dövr həm ən ağır, həm də ən böyük dərs idi”.
O, başqa etiraflar da edib:
“1. Soyuq insanam. Təsəlli verməyi, sevgimi sözlə göstərməyi bacarmıram. Amma dostlarım məni çox sevir. Yaxşı ki, iç dünyamı anlayırlar və buna görə uzaqlaşmırlar.
2. Eurovision seçimlərindəki çıxışlarımın YouTube-dan silinməsini istəyirəm. Çünki baxanda utanıram və nə qədər hazır olmadığımı görürəm.
3. Hashimoto xəstəsiyəm. Onunla savaşmaq yerinə, dostlaşmağı və balanslı yaşamağı seçmişəm. Onsuz da ömürlükdür.
4. Nə qədər soyuq olsam da, hisslərimi dərin yaşayıram. Ağır bir emosional zərbə alanda günlərlə yata bilərəm, çünki həyatla üz-üzə qalmaq istəmirəm.
5. Hər şeyi mükəmməl etmək istəyirəm. Bu, artıq məni yorur, amma başqa cür də rahat olmuram.
6. Özümü indi-indi sevməyə başlamışam. Əvvəllər dildə sevirdim, amma əməldə özümə qarşı zalım idim.
7. Hashimoto səbəbilə hormonal dəyişikliklərim olur. Bəzən özümü belə idarə edə bilmirəm.
8. Vaxtilə tanımadığım insanların fikri ilə hərəkət etmişəm. İndi isə yalnız yaxınlarımın fikri önəmlidir.
9. Çox şey etmək istəyirəm. Hər şeyə çatdıra bilməmək qorxudur”.
Qeyd edək ki, Aynişan Kənan adlı bəylə ailə qurub, ayrılıb.
Musavat.com


