Narkomaniyaya qarşı sosial çarxlar nümayiş olunur FOTO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar ölkəmizdə maarifləndirici tədbirlər davam etdirilir.
Bu barədə Avtosfer.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü ilə hazırlanan sosial çarxlar Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə paytaxt Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərində yerləşdirilmiş elektron lövhələrdə yayımlanır.
“Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır” və “802 – qaynar xətt” adlı videoçarxların nümayişi narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı sosial maarifləndirmə işinin gücləndirilməsi məqsədini daşıyır.
Qeyd edək ki, bu sosial çarxların uzun müddət yayımlanması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 30 İyun 2025 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















