İordan çayının qərb sahilindəki hektarlarla ərazidə zeytun ağacları məhv edilib
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Uzun müddətdir İsrailin nəzarətində olan İordan çayının qərb sahilində fələstinlilərə məxsus hektarlarla ərazidə zeytun ağacları məhv edilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünən isə Hebron şəhərinin cənubundakı Susya kəndindən olan fermer Muhammed Mahamreyəməxsus əraziyə hücumçəkən bir qrup israillinin 8 yaşı olan 200-dən çox zeytun ağacını kökündən çıxarıblar.
Dolanışığını zeytunçuluqla təmin etdiyini ifadə edən Mahamre bildirib ki, ani hücumun qarşısına çarəsiz qalıblar: "İllərdir İsrailli qəsbkarların hücumlarına məruz qalmışam. Əvvəllər də döyülmüşəm. İndisə ağaclarım kökündən qoparılıb. Torpağı ağacsız qoyub, əkinsiz hala gətirmək istəyirlər. Nə olursa olsun, torpağımızı yenidən əkib burada qalacağıq".
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 01 İyul 2025 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















