Icma.az
close
up
RU
Evsahibliyi etdiyimiz beynəlxalq tədbirlər ölkəmizin regional və qlobal proseslərdəki rolunu möhkəmləndirir

Evsahibliyi etdiyimiz beynəlxalq tədbirlər ölkəmizin regional və qlobal proseslərdəki rolunu möhkəmləndirir

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar demokratiya və insan haqlarına sadiqlər deyil, muzdlu xidmətçilərdir".

BQP başqanı, Millət vəkili, Milli Məclisin Komitə sədri Fazil Mustafa əməkdaşımızın suallarını cavablandırıb:

-Fazil bəy, son vaxtlar ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə cəmiyyətdə birmənalı münasibət yoxdur. Siz bu tədbirlərin, xüsusilə bu yaxınlarda keçirilmiş XII Qlobal Bakı Forumunu bu mənada necə qiymətləndirirsiniz?

-Dünyanın mühüm problemlərinin həlli ilə bağlı müzakirələrin ölkəmizdə keçirilməsini müsbət qiymətləndirirəm. İqlim problemlərinə həsr olunan böyük miqyaslı "COP-29” tədbirinin uğurla sona çatmasından sonra bu dəfə çağdaş dünyanın artan problemlərinin həlli yollarının müzakirə olunduğu ilə Azərbaycan dünyanın yenə diqqət mərkəzində oldu, “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”ni müzakirə edildi.

Böyük miqyaslı bu cür beynəlxalq tədbirlərin keçirilməsi, bir tərəfdən ölkəmizin təbliğ olunmasına, dünya gündəmində yer almasına, nüfuzunun artırılmasına müsbət təsir edirsə, digər tərəfdən də haqlı mövqeyimizin, qarşılaşdığımız problemlərin tanıdılması, eləcə də iqtisadiyyatımızın müxtəlif sahələri üzrə qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanlarımız haqqında məlumatların diqqətə çatdırılması baxımından önəmli fürsət rolunu oynayır. Bakı Qlobal Forumu həm də Azərbaycanın münaqişələrin həlli və regional sabitliyin təmin olunması istiqamətində atdığı addımları dünyaya tanıtmaq üçün də bir fürsət idi. Xəzər regionunun enerji resurslarının qlobal bazarlara inteqrasiyası, Avropanın enerji təhlükəsizliyi və yaşıl enerjiyə keçid mövzularında forumlar vacib dialoq mühiti yaradır. Azərbaycan, xüsusilə post-münaqişə dövründə Cənubi Qafqazda sülh təşəbbüslərini təqdim etmək üçün bu platformadan aktiv istifadə edir. Necə ki, dünyanın 50 dən çox keçmiş, eləcə də fəaliyyətdə olan dövlət və hökumət başçılarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi tədbirdə dövlət başçısının çıxışında bu məsələlərə xüsusi diqqət yetirildi. Ölkə başçısı torpaqlarımızın işğalını əbədiləşdirmək istəyən beynəlxalq təşkilatların, xüsusilə Avropa İttifaqının ədalətsiz yanaşmasına toxunmaqla Azərbaycanın razılığı alınmadan Avropa İttifaqının dırnaqarası Avropa monitorinq missiyasının gecə-gündüz casus kimi sərhədlərimizdə dayandığını bildirməklə öz etirazını bir daha yüksək səslə dilə gətirdi.

-Bütün bunlara baxmayaraq, Azərbaycanın sülh gündəliyinə sadiqliyi bir daha xatırladıldı.

-Azərbaycan regionun əsas söz sahibi, kifayət qədər iqtisadi və hərbi qüdrətə malik olan ölkəsi olmasına baxmayaraq, Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında maraqlı olduğu təkrarən diqqətə çatdırıldı və ölkənin mövqeyi bir daha bəyan edildi. Qeyd edildi ki, Azərbaycan sülh prosesinin təşəbbüskarıdır, ölkəmiz bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir.

-Eyni zamanda ölkə rəhbəri çıxışında ölkəmizə qarşı qərəzli mövqedə olanlarla bağlı konkret adlar çəkdi.

-Bəli, diqqəti çəkən mühüm məqamlardan biri ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılmasında və saxta, təxribatçı, yalan məlumatların yayılmasında mühüm rol oynayan mərkəzlərin və böyük media quruluşlarının, ABŞ-ın, Avropanın rüşvətxor siyasətçilərinin konkret adlarının dövlət başçısının çıxışında çəkilməsi oldu. Bu mənada ABŞ-ın Dövlət Departamentinin, Fransa prezidentinin ofisinin, Menendes, Adam Şif, Frenk Pallone, xanım Nensi Pelosi kimi erməni pullarını ciblərinə qoyan ayrı-ayrı siyasətçilərin də adlarnın çəkilməsi ilə dövlət başçısı onu nəzərə çatdırdı ki, ölkəmizi yerli-yersiz tənqid edən, ona qarşı qarayaxma kampaniyası aparan siyasətçilərin mövqeləri onlaraın heç də demokratiyaya və insan haqlarına sadiqliklərindən deyil, erməni mənbələrindən aldıqları rüşvətdən, muzdlu xidmətlərindən qaynaqlanır.
Ölkə başçısının XII Qlobal Bakı Forumunda çıxışı Azərbaycan dövlətinin regionda və beynəlxalq arenada tutduğu qətiyyətli mövqeyinin ifadəsi olmaqla yanaşı, həm də beynəlxalq münasibətlərin reallıqlarını və müasir geosiyasi dinamikaları konkret təsviri idi. Bir sözlə, Azərbaycanın beynəlxalq arenada nüfuzunu gücləndirən mühüm diplomatik tədbirlərdən birinə çevrilən Bakı Qlobal Forumu vasitəsilə Azərbaycan beynəlxalq aktorlar arasında dialoqun qurulmasında mühüm vasitəçi kimi çıxış etməklə regional və qlobal proseslərdəki rolunu möhkəmləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Mart 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri