Icma.az
close
up
RU
“Çoxvektorlu diplomatiya ölkəmizin regional güc mövqeyini möhkəmləndirir” POLİTOLOQ ŞƏRH ETDİ

“Çoxvektorlu diplomatiya ölkəmizin regional güc mövqeyini möhkəmləndirir” POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Azərbaycanın son aylarda həyata keçirdiyi yüksək səviyyəli diplomatik addımlar ölkəmizin həm regional, həm də beynəlxalq siyasətdə strateji çəkisini bir daha nümayiş etdirdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin əvvəlcə Çinə, ardınca isə ABŞ-a səfərləri balanslaşdırılmış xarici siyasət kursunun bariz nümunəsidir. Bu səfərlər Azərbaycanın “hər iki qütblə” əməkdaşlığa açıq olduğunu və yalnız milli maraqlar əsasında siyasət yürüdüyünü sübut edir: "Çinlə iqtisadi, enerji, nəqliyyat və texnoloji əməkdaşlıq dərinləşdiyi halda, ABŞ-la təhlükəsizlik, investisiya və demokratik islahatlara dəstək mövzuları gündəmdədir. Bu, Azərbaycanın beynəlxalq sistemdə çoxvektorlu siyasət aparmaqla qlobal güclər arasında körpü rolunu möhkəmləndirdiyini göstərir. Digər tərəfdən, İran Prezidenti Məsud Pezişkyanın Bakıya və Xankəndiyə səfərləri regionda tamamilə yeni siyasi reallıqların qəbul olunmasının göstəricisidir. İranın rəsmi səviyyədə Azərbaycanın suverenliyini tanıması, Xankəndiyə səfər etməsi Cənubi Qafqazda post-münaqişə dövrünün reallıqlarına uyğun mövqeyin formalaşması baxımından mühüm addımdır. Bu, həm də Azərbaycanın bölgədə əsas söz sahibinə çevrildiyini və qonşu dövlətlərin yeni geosiyasi reallıqları qəbul etdiyini təsdiqləyir.

Beləliklə, ilin əvvəlindən atılan bu mühüm diplomatik addımlar Azərbaycanın regional güc statusunu möhkəmləndirir, beynəlxalq arenada etibarlı tərəfdaş obrazını gücləndirir və eyni zamanda ölkəmizin iqtisadi-siyasi imkanlarını daha da genişləndirir. Bu siyasət Azərbaycanın həm Şərqlə, həm də Qərblə əlaqələrini tarazlı şəkildə inkişaf etdirməsinə və milli maraqlarını maksimum dərəcədə təmin etməsinə şərait yaradır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Sentyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri