Icma.az
close
up
RU
Prezidentin müsahibəsi ölkəmizin regional və qlobal proseslərdəki rolunu aydınlaşdırmaq baxımından strateji yol xəritəsi idi

Prezidentin müsahibəsi ölkəmizin regional və qlobal proseslərdəki rolunu aydınlaşdırmaq baxımından strateji yol xəritəsi idi

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Cənab Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl Ərəbiyyə" televiziya kanalına verdiyi müsahibə ölkəmizin regional və qlobal proseslərdəki rolunu aydınlaşdırmaq baxımından strateji yol xəritəsi idi. İlk öncə onu qeyd etmək lazımdır ki, ölkə rəhbəri jurnalistin ünvanladığı suallara olduqca dəqiq, əhatəli və faktlara əsaslanan cavablar verdi. Bu onun diplomatik biliklərinin dərinliyinin, siyasi proseslərlə hakimliyinin, milli maraqlarımızın təmin olunmasındakı prinsipiallığının və yüksək natiqlik qabiliyyətinin təcəssümü idi.
Prezident çıxışı zamanı Azərbaycan - Ermənistan münasibətləri, Vaşinqton görüşü və əladə olunan razılaşmalar haqqında əhəmiyyətli fikirlər səsləndirdi. O, xarici təhdidlər və yaxud hakimiyyət dəyişiklikləri ehtimalları əsasında İrəvanın məsuliyyətini bir daha xatırlatdı. Yəni, qarşı tərəfdəki istənilən xaotik ssenari Ermənistanın prosesi dəstəkləyən qüvvələrlə münasibətlərinə mənfi təsir göstərə bilər. Xüsusilə, mövcud razılaşmalar fonunda Zəngəzur dəhlizinin reallaşmasına mane olmağa çalışan qüvvələrə hərbi gücün xatırladılması hesab edirəm ki, sətiraltı və olduqca sərt mesaj idi. Azərbaycan və Birləşmiş Ştatlar bu prosesdə birgə fəaliyyət göstərir. Prezident çıxışında Zəngəzur Koridorunun iqtisadi mahiyyətini, onun regional və interkontental əhəmiyyətini bir daha vurğuladı. Zəngəzur Koridoru yalnız Şərq-Qərb istiqamətində deyil, həmdə Şimal - Cənub maşurutu kimi də funksionallıq göstərə bilər. Yəni, Rusiya və İran prosesə aydın və qarşılıqlı fayda prinsipi əsasında yanaşarlarsa bu hər kəs üçün bir fürsətdir.
Jurnalistin Rusiya ilə gərginləşən münasibətlərə diqqət çəkməsi və ölkə rəhbərinin bu çərçivədəki çıxışı hesab edirəm ki, son dövrlər Rusiyada artan anti-Azərbaycan ritorikasına qarşı Bakının mövqeyini bir daha qətiləşdirdi. Rəsmi Bakı Moskvanın mövcud proseslər fonunda ədalətli yanaşma sərgilənməsində israrlıdır və heç bir təhdid məsələnin mahiyyətini dəyişmək iqtidarında deyil.
Nəticə etibarilə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər geniş spektrdə Azərbaycanın Cənubi Qafqaz, Orta Asiya, Avropa və Yaxın Şərq strategiyasının məcmusu idi.
Pərviz Mirizadə, siyasi şərhçi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Avqust 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri