Əvvəl pul aldı, sonra yoxa çıxdı Vəzifəli şəxs belə saxlanıldı
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Daxili İşlər Nazirliyi (DİN) fərdi evlərin tikintisi və təmiri adı altında vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə şübhəli bilinən şirkət rəhbərini saxlayıb.
“Yeni Sabah” xəbər verir ki, hüquq-muhafizə organlarının keçirdiyi tədbirlər nəticəsində "Elsevər" adlı tikinti şirkətinin rəhbəri Elsevər Əliyevin qanunsuz əməlləri aşkar olunub.
Tədqiqatlar zamanı məlum olub ki, E.Əliyev fərdi mənzilin təmirlə bərpası üçün müraciət edən vətəndaşdan ümumilikdə 888 min 731 manat məbləğində vəsait alıb. Lakin o, öhdəsinə götürdüyü işləri icra etməyib. Keçirilən ekspertiza qiymətləndirməsinə əsasən, obyektdə faktiki olaraq cəmi 317 min 160 manatlıq iş görülüb, qalan 571 min manatdan çox vəsait isə mənimsənilib. Marqarita pizza
Bundan əlavə, həmin şəxsin başqa bir vətəndaşı da oxşar üsulla aldatdığı müəyyən edilib. O, tikinti-təmir bəhanəsi ilə digər zərərçəkəndən mərhələli şəkildə 450 min manat alsa da, işləri yarımçıq buraxıb. Həmin şəxs də rəsmi olaraq zərərçəkən qismində tanınıb və lazımi ekspertizalar təyin olunub.
Toplanan materiallar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb. İstintaq prosesindən yayınaraq gizlənən E.Əliyev haqqında axtarış elan olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, polis əməkdaşları tərəfindən yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 21 Oktyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















