Icma.az
close
up
RU
Əvvəlcədən icazə almamısansa, bu ölkəyə gələ bilməzsən Rusiyanın sərt miqrasiya siyasəti...

Əvvəlcədən icazə almamısansa, bu ölkəyə gələ bilməzsən Rusiyanın sərt miqrasiya siyasəti...

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Elçin Alıoğlu: “Yeni qərar təkcə vizalı rejim ölkələrinə deyil, Azərbaycan kimi vizasız rejimlə Rusiyaya gedə bilən ölkələrə də tətbiq olunacaq”


Rusiya Federasiyası 30 iyun 2025-ci il tarixindən etibarən ölkəyə daxil olan bütün xarici vətəndaşlar üçün yeni miqrasiya nəzarət qaydaları tətbiq edəcək. Sözügedən tarixdən etibarən Rusiya ərazisinə daxil olan bütün əcnəbilər, o cümlədən Azərbaycan vətəndaşları, sərhəd keçid məntəqələrində barmaq izlərini və üz təsvirlərini təqdim etməli olacaqlar. Bu biometrik məlumatlar əsasında hər bir əcnəbi üçün rəqəmsal profil yaradılacaq. Bu yeni qaydalar Belarus vətəndaşlarına, altı yaşınadək uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Rusiyada akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına və onların ailə üzvlərinə şamil edilməyəcək. Rusiya tərəfi dəyişikliyin ölkəyə giriş zamanı inzibati və texnoloji nəzarətin gücləndirilməsi məqsədi daşıdığını bildirib. Ekspertlər isə hesab edir ki, Rusiya Federasiyasının xarici vətəndaşlara qarşı sərhəd keçidində inzibati və texnoloji nəzarəti gücləndirməsi ilk baxışdan təhlükəsizlik və miqrasiya axınlarına nəzarət tədbiri kimi təqdim olunsa da, faktiki “sistemli izolyasiya siyasəti” həyata keçirilir. Rusiya Federasiyasının bu qərarını tənqid edən miqrasiya ekspertləri bildirirlər ki, əgər məqsəd təhlükəsizliyin təmin edilməsidirsə, bu, daha balanslı və şəffaf üsullarla da həyata keçirilə bilərdi. Mövcud qərar isə daha çox inzibati sərtlik, azadlıq məhdudiyyəti və qeyri-müəyyənlik aurası yaradır. Qeyd edək ki, bu qayda Azərbaycan cəmiyyətində - xüsusilə miqrantlar, tələbələr, biznesmenlər və diaspor üzvləri arasında - təkcə çaşqınlıq deyil, həm də sistemli diskriminasiya narahatlığı doğurub.


Siyasi şərhçi Elçin Alıoğlu “Sherg.az”a açıqlamasında bildirib ki, 2025-ci il 30 iyun - postsovet məkanında miqrasiya münasibətlərinin tarixində qara hərflərlə yazılacaq bir gündür. Məhz bu tarixdən başlayaraq, Rusiya Federasiyası bütün xarici vətəndaşlara - istisnasız olaraq, o cümlədən Azərbaycan vətəndaşlarına qarşı sərhədləri inzibati və texnoloji filtrlərlə bağlamağa qərar verib:  


“Artıq Rusiya torpağına ayaq basmaq istəyən istənilən şəxs, planlaşdırdığı səfərdən ən azı 72 saat əvvəl elektron sistem vasitəsilə Moskvanın icazəsini almalıdır. Əks halda, ölkəyə giriş qadağandır. Hətta vizaya sahib olmaq da sizi xilas etməyəcək. Yeni rejimin hüquqi əsası 2025-ci ilin yazında Dövlət Duması tərəfindən qəbul edilmiş və "Rusiya Federasiyasına giriş və çıxış qaydaları haqqında" №114-FZ saylı Federal Qanunun yenilənmiş versiyasıdır. Formal baxışda — bu, milli təhlükəsizliyi təmin etmək məqsədilə aparılan qanuni islahatlardır. Əslində isə bu, çoxmillətli Rusiya obrazını ideoloji olaraq bağlayan, seçici nəzarət rejimini tətbiq edən və keçmiş sovet respublikalarına qarşı təzyiq alətinə çevrilən bir mexanizmdir. Yeni qərar təkcə vizalı rejim ölkələrinə deyil, Azərbaycan kimi vizasız rejimlə Rusiyaya gedə bilən ölkələrə də tətbiq olunacaq: “Yeni sistemin əsasında aşağıdakı prinsip dayanır: “Əvvəlcədən icazə almamısansa, sən bu ölkəyə gələ bilməzsən. Rusiya DİN-i və Təhlükəsizlik Şurası bu qərarın məqsədini "suverenliyin qorunması və qeyri-qanuni miqrasiyanın qarşısının alınması" ilə izah edir. Amma əslində, bu tədbirlər Rusiyaya gəlişi birbaşa seçici nəzarəti altına alır. Rusiya üçün "arzuolunmaz" hesab edilən QHT-lər, diaspor liderləri, jurnalistlər, dini və siyasi fiqurlar rəsmən deyil, rəqəmsal sistem vasitəsilə diskriminasiya olunur. İşçi qüvvəsinin hərəkətini məhdudlaşdıraraq, əmək bazarının siyasi alətə çevrilməsi üçün zəmin yaradır. Rusiya hökumətinə “istənilən şəxsi” heç bir hüquqi əsas olmadan sükutla rədd etməyə imkan verir. Bu sistem yalnız kağız üzərində yox, bütün dövlət infrastrukturuna birləşdirilib”.


Bu qərarı Azərbaycan vətəndaşları üçün real təhlükə hesab edən Elçin Alıoğlu qeyd edib ki, əmək miqrantları, tələbələr, diaspor nümayəndələri, biznesmenlər, turistlər və tranzit sərnişinlər bu qərardan ciddi mənada əziyyət çəkəcəklər.  

”Əvvəllər sərhəddə pasportla daxil olub yerində qeydiyyat edirdilər. İndi 72 saat əvvəl ərizə verməsələr, rədd cavabı alacaqlar. Elektron sistemlərə çıxışı olmayan yüz minlərlə kənd sakini, fəhlə və kasıb ailə üzvü tamamilə təcrid olunacaq. Miqrant axını azalacaq, amma bunun əvəzini sahibkarlar və bazar iqtisadiyyatı ödəyəcək. Qohum toyu, yas mərasimi, xəstə ziyarəti - artıq bunlar “əlçatmaz lüksə” çevrilir. Yaşlı nəsil -  internet və texnologiyadan xəbərsiz olan insanlar - Rusiya ilə fiziki deyil, mənəvi bağlarını da itirəcəklər. Sərhədin siyasətə çevrildiyi bir dövrdə ticarət fəaliyyəti daha çox risk, daha az perspektiv deməkdir. Kod ala bilməyən biznesmenlər müqavilə bağlaya bilməyəcək, danışıqlar pozulacaq, təchizat gecikəcək. Hava limanından sadə tranzit belə -  kodla mümkün olacağı üçün alternativ marşrutlar - Gürcüstan, Belarus, Türkiyə - daha real və sərfəli görünəcək. Bir sözlə, Rusiya turizmi öz əli ilə özünü boğmuş olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 May 2025 07:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri