Icma.az
close
up
RU
İvanişvili əvvəlcədən Rusiyanın agenti olub Saakaşvili

İvanişvili əvvəlcədən Rusiyanın agenti olub Saakaşvili

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mən Zelenski ilə birgə postsovet məkanında azadlıq uğrunda əsas mübarizlərdən biri olmuşam..."

Mənimlə İvanişvilini tərəzinin eyni gözünə qoymaq ifrat mənəviyyatsızlıqır.

Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili "gordonua.com" nəşrində öz bloqunda yazıb.

"Son günlər müxtəlif siyasətçi və jurnalistlərdən hazırda İvanişvilinin cəza aləti kimi işləyən bu və ya digər polis və ya dövlət qulluqçusunun  "Saakaşvili dönəmində də işlədiyi" barədə səslər ucaldılır.

Birincisi, ən uğurlu hakimiyyətdə işləmək nəsə ifşaedici bir şey deyil. Hamıya xatırlatmaq istəyirəm ki, "qızılgül inqilabı" hakimiyyəti Gürcüstanın dövlət təsisatlarını, yeni təhsil və səhiyyə sistemini yaradıb.

Biz Aslan Abaşidzenin separatçılığına son qoyub, Gürcüstanın Acariya üzərində nəzarətini bərpa etmişik. Biz korrupsiyanı məhv etmişik, nəhayət, Rusiyanın tammiqyaslı hərbi madaxiləsi zamanı Gürcüstan dövlətçiliyinin müstəqilliyini müdafiə edib və qoruyub saxlamışıq.

Bizim hakimiyyət seçkilər keçirib və öz səlahiyyətlərini dinc yolla təhvil verib. O zaman təkcə mənim heç bir məlumatım olmadığı "Radost" deyil, həm də Georgi Antsukiladze, Romelaşvili qardaşları, Şindisi qəhrəmanları, Gürcüstanı dünyanın gözündə nümunəvi ölkə edən on minlərlə vicdanlı dövlət qulluqçuları xidmət edib.

Biz anlamalıyıq ki, istənilən növbəti milli hakimiyyətdə dövlət qulluqçularının əksəriyyəti öz yerlərində qalacaq, onları 100 faiz əvəzləmək mümkün deyil. 

Bir məsələni də qeyd etmək istəyirəm. Mənimlə İvanişvilini tərəzinin eyni gözünə qoymaq ifrat mənəviyyatsızlıqdır. Bunu o adamlar edir ki, İvanişvili ilə bərabər hakimiyyətə gəlib, sonra elə özü onlardan üz döndərib.

İvanişvili əvvəlcədən Rusiyanın agenti olub, mən isə postsovet məkanında Zelenski ilə birlikdə azadlıq uğrunda əsas mübarizlərdən biri olmuşam. Mən Gürcüstan dövlətçiliyinin əsas yaradıcısı, İvanişvili isə onun əsas dağıdıcısı olub.

Mən bu postu paylaşmağı və tamamilə yalan paralellər aparan bütün jurnalistlər və siyasətçiləri qeyd etməyi xahiş edirəm.

Dünyanın müxtəlif regionlarında qaynar hadisələrə və sensasiya doğuran xəbərlərə rəğmən, Gürcüstan dünya mediasında başlıca mövzulardan biri olaraq qalır. "Qızılgül inqilabı" zamanı da belə olub.

Bu, gənclərimizin və bütün nəsillərdən olan insanların fədakarlığının birbaşa nəticəsidir.

Xalqımızla qürur duyuram!

Gürcüstana eşq olsun!", - Saakaşvili yazıb.

Xatırladaq ki, Mixail Saakaşvili gürcü və ukraynalı siyasətçidir. 2004-2013-cü illərdə Gürcüstan prezidenti, 2015-2016-cı illərdə Odessa vilayət administrasiyasının rəhbəri olub, 2020-ci ildən Ukrayna İslahatları İcraiyyə Komitəsinin rəhbəridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Dekabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri