Icma.az
close
up
RU
ABŞ Azərbaycan münasibətləri yeni mərhələdə beş il əvvəlki əlaqələrin davamı ŞƏRH

ABŞ Azərbaycan münasibətləri yeni mərhələdə beş il əvvəlki əlaqələrin davamı ŞƏRH

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan-ABŞ münasibətləri Cozef Baydenin prezidentliyi dövründə çox gərgin olub. Ağ ev təcavüzkar konstitusiyası ilə hələ də sülh sazişinin imzalanmasında saxtakarlıq edən Ermənistanı dəstəkləyib, onun dirçəlməsi üçün bütün istiqamətlərdə yardım edib.

Bu münasibət Azərbaycana göstərilməyib. Əksinə dondurulmuş “907 saylı düzəlişi” Bayden administrasiyası bərpa etmişdi.

Hakimiyyətdə olduğu dövrdə o, Azərbaycan Prezidenti İlham Əliyevə müxtəlif mövzulu məktublar ünvanlayıb, əlaqələrə dəyər verdiyini bildirsə də, əməldə əksinə fəaliyyət göstərib.

Aprelin 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-ABŞ münasibətləri ilə bağlı məsələni şərh edib.

Cozef Bayden hakimiyyətindən bəhs edən dövlət başçısı deyib: “Bizim Bayden-Blinken komandasına etimad səviyyəmiz sıfıra bərabər idi. Münasibətlərimiz dərin böhran içərisində idi”.

Şübhə yoxdur ki, siyasətçi, senator və prezident kimi Bayden Azərbaycan-Ermənistan münasibətlərində erməni lobbisinin maraqlarının əsas icraçılarından olub. O, erməni lobbisinin imkanlarından ən çox faydalananlardan sayılır. Bayden “907 saylı düzəliş”in həmmüəliflərindən biri olub, habelə ABŞ tarixində ermənilərin saxta iddiasını “soyqırımı” adlandrıb.

Rüşvətxorluq, qəsb, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla 16 maddə üzrə təqsirli bilinən həmkarı Nyu-Yorkun Cənub Dairəsi Nyu-Cersi ştatının keçmiş ermənipərəst senatoru Robert Menendezin 11 il müddətinə azadlıqdan məhrum edilməsi də onların qanunsuz əməllərinin göstəricilərindəndir.

Elə oğlu Hunter Baydenin Ukraynadakı fəaliyyəti yəqin gələcəkdə də araşdırma mövzusu olacaq. Cozef Bayden prezidentliyinin son günlərində onu əfv etsə də, Donald Tramp təkrar prezident olandan sonra bu qərarı ləğv etmişdi.

Bayden administrasiyası Azərbaycana qarşı ən böyük saxtakarlığı 2024-cü ilin aprelində edib. Rəsmi Bakının etirazlarına baxmayaraq, Ermənistanın silahlanmasına dair rəsmi İrəvanla xartiya imzalamışdı.

Bayden-Blinken cütlüyünün hakimiyyətdən getməsi ilə Azərbaycana qarşı şər-böhtan kampaniyası da dayanıb.

Corc Buş hakimiyyəti dövründə olduğu kimi, Donald Trampın prezidentliyinin birinci dönəmində iki ölkə arasında əlaqələr yüksək səviyyədə olub. Hətta, 44 günlük müharibə də onun hakimiyyəti dövrünə təsadüf edir.

Onda Ağ ev Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmiş, tərəflərdən mülki şəxslərə xəsarət yetirilməməsini istəmişdi.

Prezidentin də çıxışından göründüyü kimi, ABŞ- Azərbaycan münasibətlərinin yeni dövrü başlayır. Dövlət başçısı bildirib ki, ABŞ-nin Azərbaycanla güclü əlaqələrinin olması bu region üçün çox mühümdür: “Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir”.

Mərkəzi Asiya, Yaxın Şərq, Avropa, Afrika, Türkiyə, Türk Dövlətləri Təşkilatı və başqa beynəlxalq təşkilatlarla etibarlı əlaqələri, habelə iqtisadi potensialı, enerji ehtiyatları olan, hərbi gücü, bütün dövlətlərlə (Ermənistanla qismən) siyasi əlaqəsi olan Azərbaycanın yeni dövrdə ABŞ-nin etibarlı tərəfdaşı ola bilər.

Dövlət başçısı forumda müxtəlif ölkələrlə əlaqələrdən danışarkən Azərbaycan-İsrail münasibətlərinin də yüksək səviyyədə olduğunu bildirib. Bunun təsdiqi kimi Türkiyə ilə İsraili münasibətləri birinci dəfə gərginləşəndə vasitəçilik etdiklərini vurğulayıb. Bu həm də Prezident İlham Əliyevin İsrail və Türkiyə liderləri ilə münasibətlərinin yüksək səviyyədə olduğunun göstəricisi sayıla bilər.

Ötən gün Donald Tramp Prezident İlham Əliyevə məktub ünvanlayıb. O, Azərbaycanla ölkəsi arasında əlaqələrin zəngin tarixə malik olduğunu qeyd edərək bildirib: “Mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm”.

O, Azərbaycanın İsrailə dəstəyini və onunla dostluğunu da dəyərləndiyini vurğulayıb: “Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.

Azərbaycanda aprelin 9-da Türkiyə və İsrail rəsmiləri arasında görüş keçirilib. Bildirilib ki, bu, "Suriyada münaqişəsizlik" mexanizminin ilk texniki görüşü olub.

Baş nazir Binyamin Netanyahu bu görüşü təşkil etdiyi üçün Azərbaycana təşəkkür edib.

Prezident forumda Suriyadakı yeni hakimiyyəti dəstəklədiklərini də bildirib. Bu, rəsmi Bakının Yaxın Şərqdə baş verənlərə dair mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırması idi.

Prezidentin bəhs etdiyimiz açıqlamaları, Donald Trampın məktubu və orada vurğulanan məsələlər Azərbaycanın ABŞ ilə beş il əvvəlki münasibətlərinin daha güclü şəkildə inkişaf etdiriləcəyindən xəbər verir.

Bu perspektivdə Azərbaycan, ABŞ və İsrail arasında daha güclü tərəfdaşlıq ittifaqının yaradacağına da işarə sayıla bilər.

Məktub ABŞ ilə İran arasında Omanda keçiriləcək görüş ərəfəsinə təsadüf edir. Apreldə isə İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri gözlənilir. Rəsmi Bakı-Tehran əlaqələrini nəzərə alsaq, gələcəkdə ABŞ-İran danışıqlarına Bakının da ev sahibliyi edəcəyini ehtimal etmək olar.

Prezidentin forumdakı ABŞ ilə Azərbaycanın güclü əlaqələrinin olmasının əhəmiyyətli olmasına dair ismarışına Donald Trampın məktubunda da cavab var.

Ştatların lideri həm də iki ölkə arasında əlaqələrin yeni müstəviyə keçəcəyinə işarə edib. Tramp bununla rəsmi Bakıya etimad etdiyini də vurğulayır. ABŞ dövlət başçısının məktubu, Türkiyə-İsrail nümayəndələrinin Suriya üzrə Bakıda görüş keçirməsi Azərbaycanın qlobal, habelə regional əhəmiyyətinin artdığının örnəyidir.

Sədrəddin Soltan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Aprel 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri