Əvvəllər raket sınaqları aparılırdı, indi kurort kompleksidir FOTO
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şimali Koreyada əvvəllər raket sınaqlarının aparıldığı ərazidə kurort kompleksi yaradılıb.
Milli.Az xəbər verir ki, Vonsan-Kalma ilk turistləri qəbul edib. Keçmişdə raket sınaqlarının aparıldığı ərazidə inşa edilən bu kurort kompleksi artıq rus turistlərə xidmət göstərməyə başlayıb.
Yeni kurort kompleksi Yaponiya dənizi sahilində yerləşir və süni ağ qumlarla örtülmüş sahil xəttinə malikdir. Kompleks şəxsən Şimali Koreya lideri Kim Çen In tərəfindən açılıb. Turpaketlər əsasən Rusiyadan gələn qonaqlara yönəlib.
Turistlər ərazidə telefonların izlənməsi və dinlənməsi ehtimalının yüksək olduğunu hiss etdiklərini bildiriblər. Veterinar terapevti olan Dariya qeyd edib: "Böyük ehtimalla bizi dinləyirdilər, amma narahat olmadıq. Çünki gizlədəcəyimiz nə isə yox idi".
Oraya getmək istəyən rusiyalı turistlər əvvəlcə Vladivostoka getməli, oradan Pxenyana uçmalıdırlar.
Milli.Az fotoları təqdim edir:
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 28 İyul 2025 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















