Icma.az
close
up
RU
Excelsior Hotel də baş direktorla menecer arasında nə baş verir?

Excelsior Hotel də baş direktorla menecer arasında nə baş verir?

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

"PMD Hospitality" MMC-nin idarəetməsində olan "Excelsior Hotel" MMC-nin baş icraçı direktoru Emin Həsənov məhkəmədə keçmiş işçisi Zeynəb Qarayevaya qarşı iddiada uduzub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Excelsior Hotel" MMC-də satış üzrə menecer vəzifəsində çalışmış Zeynəb Qarayeva işdən çıxarılmasına etiraz edərək məhkəməyə müraciət edib.

Qarayevanın sözlərinə görə, baş direktor Emin Həsənov ona qarşı qərəzli münasibət nümayiş etdirərək onu saxta müqavilələr tərtib etməkdə ittiham edib və bu əsasla barəsində intizam tənbehi tətbiq olunub. Nəticədə, Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

İddiaçı qeyd edib ki, Həsənov onu işdən çıxarmaq niyyətini hələ 2024-cü ilin dekabrında bildirib. Ona təqdim olunmuş rəsmi bildirişdə müəssisədə ştat ixtisarının aparılacağı və bu səbəbdən onun işinə son veriləcəyi qeyd olunub. Lakin Qarayeva işdən çıxmadığı üçün, rəhbərlik hər hansı konkret pozuntu aşkarlamasa da, sonradan imzalanmış və möhürlənmiş müqavilələrə əsaslanaraq onu yenidən ittihamlarla günahlandıraraq, intizam tənbehi tətbiq edib.

Məhkəmədə "Excelsior Hotel"in nümayəndəsi bildirib ki, Zeynəb Qarayeva vəzifəsini icra edərkən icazəsiz şəkildə bəzi işçilərə əlavə mükafatlar yazdırıb. Onun idarə etdiyi satışlar üzrə 2024-cü ilin IV rübü üzrə büdcədə nəzərdə tutulan 148.555 manatlıq planın yalnız 113.313,26 manatını yerinə yetirdiyi bildirilib. Bu da ümumi büdcənin 65%-ni təşkil edir. Şirkət qaydalarına əsasən, işçiyə mükafat yalnız büdcənin 90%-dən çox icrası halında təyin edilə bilər.

Bütün bunlara baxmayaraq, məhkəmə Zeynəb Qarayevanın haqlı olduğuna qərar verib və Emin Həsənov tərəfindən verilmiş töhmət və əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv olunub. Qarayeva əvvəlki – satış üzrə menecer vəzifəsinə bərpa edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 İyun 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see149

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see133

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see123

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see118

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see116

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see115

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see115

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see115

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see115

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see115

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see114

Yevlaxda ər arvad qəzaya düşüb, ölən var

29 İyun 2025 09:10see113

Trend uğrunda qadınların başlarına gələnlər: Bədənlərini A4 kağızla ölçürlər

29 İyun 2025 02:25see112

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see112

Pakistanda daşqınlar nəticəsində azı 32 nəfər ölüb

29 İyun 2025 02:46see111

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see111

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see111

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see110

Mask Trampın təşəbbüsünü sərt tənqid etdi: ABŞ ni borc köləliyinə aparır

30 İyun 2025 03:34see110

Gənələrdən necə qorunmalı? Sadə tədbirlər həyat xilas edə bilər

29 İyun 2025 02:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri