Icma.az
close
up
RU
® “Expressbank”da yeni kadr təyinatları olub

® “Expressbank”da yeni kadr təyinatları olub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bankın Müşahidə Şurasının qərarı ilə bank, hüquq və nəzarət sahəsində uzunillik təcrübəyə malik Samir Azadxan oğlu Tağıyev Komplayens departamentinin direktoru, zəngin bankçılıq və risk menecmenti təcrübəsinə malik Elnur Yavər oğlu Məmmədov Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifələrinə təyin olunublar.

Samir Azadxan oğlu Tağıyev – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili, Bakı Dövlət Universitetində hüquq üzrə, Azərbaycan Dövlət İqtisad Universitetində isə Biznesin Təşkili və İdarəedilməsi üzrə magistr təhsili alıb.

O, 2012-2016-cı illərdə “Dəmirbank” ASC-də Hüquq departamentinin Bank Fəaliyyətinin Hüquqi Tənzimlənməsi şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlib.

2016-2021-ci illərdə “Yelo Bank” ASC-də müxtəlif vəzifələrdə çalışaraq, son olaraq Hüquq departamentinin direktoru vəzifəsini tutub. 2021-2022-ci illərdə “Kapital Bank” ASC-də Hüquq və Komplayens departamentində şöbə rəisi kimi fəaliyyətini davam etdirib.

Karyerasının davamında, 2022-2025-ci illər ərzində “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsdə şöbə müdiri vəzifəsində çalışıb.

Bundan sonra “Expressbank” ASC-nin Korporativ Hüquq şöbəsinin rəhbəri olaraq fəaliyyətinə davam edib.

Elnur Yavər oğlu Məmmədov – Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin İdarə Edilməsi (MBA) üzrə magistr pilləsini tamamlayıb.

O, 2008-2015- ci illər ərzində “Yapı Kredi Bank” QSC-də və “TuranBank” ASC-də müxtəlif vəzifələrdə çalışaraq əməliyyat risklərinin idarə edilməsi sahəsində mühüm təcrübə qazanıb və Əməliyyat, İmic və Strateji Risklərin İdarə Edilməsi şöbəsinin müdir müavini vəzifəsinə qədər yüksəlib.

2015-2019-cu illərdə “AtaBank” ASC-də Risk Menecmenti departamentinin Əməliyyat Risklərinə Nəzarət şöbəsinin rəisi vəzifəsinə qədər karyera yüksəlişi əldə edib.

2019-cu ildə fəaliyyətini Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirən Elnur Məmmədov burada makroprudensial nəzarət və risklərin idarə edilməsi istiqamətində çalışıb.

2020-ci ildən etibarən isə Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. O, prudensial siyasət üzrə aparıcı və böyük analitik, daha sonra Əməliyyat Riskləri şöbəsinin rəisi, son olaraq isə Risklərin İdarə Edilməsi departamentinin Strateji və Əməliyyat Risklərinin İdarə Edilməsi şöbəsinin rəisi vəzifəsində çalışıb.

Bank yeni təyinatların idarəetmə strukturunun daha da gücləndirilməsinə, risklərin effektiv idarə olunmasına və komplayens mühitinin beynəlxalq standartlara uyğun inkişafına mühüm töhfə verəcəyinə inanır.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri