Expressbank da Dermatoloji Seminar keçirilib
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Daxili Korporativ Sosial Məsuliyyətini ciddi dərk edən maliyyə institutu olaraq "Expressbank" əməkdaşları üçün ardıcıl sağlamlıq tədbirləri həyata keçirməyə davam edir.
7 aprel - Ümumdünya Sağlamlıq Günü münasibətilə 2025-ci ilin aprel ayı bank daxilində "Sağlamlıq ayı" elan olunub. Sözügedən ay çərçivəsində bankın əməkdaşları üçün həyata keçirilən növbəti sağlamlıq tədbiri "Liv Bona Dea" xəstəxanasının peşəkar dermakosmetoloqu Dr. Günay Feyziyevanın iştirakı ilə "Yaz aylarında dəridə ləkələr, səbəbləri və aradan qaldırılması yolları" mövzusunda seminar olub.
Seminar zamanı tədbir iştirakçılarına mövzu haqqında ətraflı məlumat verilib və onların dermatoloji problemlərlə bağlı müxtəlif sualları cavablandırılıb. Sonda isə tədbir iştirakçılarına tibbi-kosmetik məhsullar təqdim olunub.
Qeyd edək ki, "Expressbank" əməkdaşlarının sağlamlığının daim qayğısına qalır və bu yöndə ardıcıl tədbirləri "Sağlam komanda" layihəsi çərçivəsində həyata keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 11 Aprel 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















