Icma.az
close
up
RU
Ey Vətən oğlu adlı ədəbi bədii gecə keçirilib ŞƏKİDƏ

Ey Vətən oğlu adlı ədəbi bədii gecə keçirilib ŞƏKİDƏ

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

29 may 2025-ci il tarixdə Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı Mədəniyyət İşçiləri  Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin, Şəki 3 №li uşaq musiqi məktəbinin, Qax rayon Mədəniyyət mərkəzinin İsmayıl Dağıstanlı adına xalq teatrının və Bəxtiyar Vahabzadənin Ev Muzeyi rəhbərliyinin  dəstəyi ilə "27 May - Ümumdünya Kitabxanaçılar Günü" münasibətilə dahi Azərbaycan şairi  Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edilmiş "Ey Vətən oğlu" adlı  ədəbi-bədii  gecə  keçirilib.

Tədbir dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin öz səsi ilə "Ey Vətən oğlu..." şeiri ilə başlayıb və yaradıcılığını əks etdirən videoçarxın nümayişi  ilə davam  edib.

Ədəbi-bədii gecədə Şəki şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, YAP Şəki şəhər təşkilatının, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi,  Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin rəhbərliyi, tanınmış şair, Azərbaycan Yazçılar Birliyinin bölgə sədri Vaqif Aslan, yerli yazarlar  Ramiz  Orsər, Musa Həşimov, Əfsanə Rəvan, Qönçə Natiq qızı və  Şəhid anaları, mədəniyyət işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edərək toplantıda çıxış etdilər. 

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə dahi şair B.Vahabzadənin şeirləri, eyni zamanda Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında şairin sözlərinə bəstələnmiş musiqilər, rəqs nümunəsi nümayiş olunmuş və viktorinalar təşkil edilmişdir. Tədbirdə fəal iştirakçılar və Mədəniyyət İşçiləri  Həmkarlar İttifaqı Şəki Rayon Komitəsi tərəfindən hədiyyələrlə mükafatlandırılmışlar. Həmçinin MİHİ Şəki rayon komitəsi  rəhbərliyi tərəfindən tədbirin yüksək səviyyədə təşkilinə görə  Mərkəzi kitabxananın Xidmət və abonement şöbəsinin müdiri Dilbər xanım Yaqubovaya və tədbirin aparıcısı Şəfəq Xəlilovaya təşəkkürnamə təqdim edilib.

Çıxış edənlər Bəxtiyar Vahabzadə yaradıcılığı, həmçinin "Kitabxanaçılar Günü" ilə əlaqədar fikirlər səsləndirib, Qax rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının "Əcdadların harayı" adlı tamaşa təqdim edib.

Şəki Mərkəzi Kitabxanalar Sisteminin minlərlə oxucuları adından  Bəxtiyar Vahabzadə Ev Muzeyinə hədiyyə təqdim edilib. Sonda xatirə şəkli  çəkilib. 

Nağıbəyov  Məmmədtağıbəy

Bakı Dövlət Universiteti

 Jurnalistika fakultəsinin tələbəsi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 İyun 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri