Icma.az
close
up
RU
Eyni dərman bir aptekdə ucuz, digərində baha satılır: Vətəndaş neyləsin?

Eyni dərman bir aptekdə ucuz, digərində baha satılır: Vətəndaş neyləsin?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda bəzi apteklərdə eyni dərmanların fərqli qiymətlərə satıldığı iddia olunur. Sosial şəbəkə paylaşımlarında hətta bəzi hallarda qiymətlər arasında fərqin 15-20 manat civarında təşkil etdiyi bildirilir. Bu cür ciddi fərq isə vətəndaşlar üçün müəyyən çətinliklər yaşadır. Vətəndaş hansı aptekdə dərmanın daha ucuz olduğunu araşdırmaqla, vaxt itkisi yaşaya bilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirib ki,  Tarif Şurası özü dərman vasitələrinin qiymətlərini müəyyən edir və orada qiymət təyin olunarkən bundan yuxarı satmağın qadağan olunduğuna dair maksimum bir hədd qoyulmur. Onun sözlərinə görə, yəni, burada aptekləri mövcud olan biznes subyektlərinə müəyyən qədər azadlıq verilir və onlar da təbii olaraq bazara fərqli qiymətlər təklif edirlər:

“Qiymətlərin kifayət qədər böyük fərqlərlə müəyyən olunması bazar prinsiplərinə uyğun deyil. Mən razıyam ki, sahibkar dərman vasitələrinin qiymətini təyin edərkən ümumi bazarın kontekstini və konyunkturasını nəzərə almalı, qiymətləri də ona görə müəyyənləşdirməlidir. Hər halda fantastik qiymətlərin olması heç də arzuolunan deyil”.

Bu problemin aradan qaldırılması yollarından danışan müsahibimiz qeyd edib ki, məsələn, elə bir elektron portal yaratmaq olar ki, vətəndaşlar hansı ünvanda hansı dərman vasitəsinin neçəyə təklif olunduğunu görə bilsin və ondan sonra müraciət etsin. Ekspertə görə, bu, yüksək qiymət müəyyən edən həmin biznes subyektlərini birbaşa tənzimləyə bilər və onlar başa düşərlər ki, artıq vətəndaşın elektron vasitələrlə qiymətin harada ucuz olduğunu müəyyənləşdirib dərman vasitələrini məhz həmin aptekdən əldə etmək imkanı mövcuddur.

Vüqar Oruc: Qiymətlərin böyük fərqlərlə müəyyən olunması bazar prinsiplərinə uyğun deyil

V.Oruc hesab edir ki, istər dərman preparatları, istərsə də digər istiqamətlərdə satılan məhsullar üçün bazarın inzibati qaydalarla yox, məhz müəyyən alternativ vasitələrlə tənzimlənməsi daha məqsədəmüvafiqdir:

“Çünki inzibati tənzimləmə bazar iqtisadiyyatının prinsiplərinə ziddir. Qiymətləri yalnız və yalnız alternativ vasitələr, elektron imkanlar, elektron əlçatanlıq, qiymətlərin müqayisə sisteminin və mexanizminin yaradılması kimi metodlarla normallaşdırmaq və tənzimləmək olar”.

Həmsöhbətimiz onu da bildirib ki, rəqabət o zaman müzakirə mövzusuna çevrilə bilər ki, orada normal qiymətlərdən aşağı qeyd olunsun:

“Hazırkı situasiyada qiymətlərin yüksəkliyi problem olaraq görünür. Və rəqabət burada biznes subyektlərin fərqliliyi istiqamətində ola bilər ki, yəni daha çox biznes subyekti dərman preparatlarının satışı ilə məşğul olsun, bu istiqamətdə inhisarçı meyillər görünməsin, hiss olunmasın. Bu, rəqabət sisteminin müzakirəsinə təqdim oluna bilər”.

Amma hal-hazırdakı situasiya, yəni bir çox dərman preparatları satışı subyektinin daha yüksək qiymətlər ifadə etməsi, təqdim etməsi bu inhisarçı mövqeyin göstəricisi deyil. Bu, bazarın bayaq qeyd etdiyim kimi, vahid qiymət tənzimlənməsinin elektron variantda olmaması və qiymətin müəyyən qiymətlərin ödənilməsində müəyyən əlçatanlığın təmin edilməməsi ilə bağlı olan problemdir”, - deyə Vüqar Oruc əlavə edib.

Mövsu ilə bağlı Tarif Şurasına sorğu ünvanlamışıq.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Oktyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri