Icma.az
close
up
RU
Eyni dərman niyə fərqli qiymətə satılır?

Eyni dərman niyə fərqli qiymətə satılır?

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

“Dərmanların qiymətindən narazılıq təbii olsa da, bir şeyi bilməliyik, nə qədər ki Azərbaycanda yerli dərman zavodları açılmayacaq, xaricdən asılı vəziyyətdə olacağıq. Ərzaq məhsullarındaı olduğu kimi”.

Bu sözləri "Yeni Sabah"a Tibb Universitetinin dosenti, farmakoloq Aydın Əliyev deyib.

O bildirib ki, ayrı-ayrı apteklərdə qiymətlərin fərqi məsələsi ortaya çıxır:

“Çox maraqlıdır, bu gün cəmiyyətdə daha çox müzakirə mövzusu səhiyyə, dərmanların keyfiyyəti və müalicə məsələsidir. Dərmanlarla bağlı sual doğuran iki məsələ var: birincisi, qiymət, ikincisi, keyfiyyət. Üçüncü məsələ dəqiqləşmiş diaqnoza uyğun dərmanın təyin edilməsidir.

Bu üç məsələ bir-birini tamamlayır. Amma ayrı-ayrı apteklərdə qiymətlərin fərqi məsələsi ortaya çıxır. Bunların da cürbəcür səbəbləri var. Dərmanların qiymətindən narazılıq təbii olsa da, bir şeyi bilməliyik, nə qədər ki, Azərbaycanda yerli dərman zavodları açılmayacaq, xaricdən asılı vəziyyətdə olacağıq. Ərzaq məhsullarının bir çoxunda olduğu kimi.

Azərbaycana gətirilən dərmanlar tibbi ekspertizadan keçməlidir və keçir də. Dərmanın alındığı ölkədəki satış qiyməti ilə ölkəmizdəki qiymət arasında yerlə-göy qədər fərq var. Bu baxımdan deputat Əhliman Əmiraslanovun dediyi məsələ ilə tam razıyam”. 

Xatırladaq ki, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov Azərbaycanda fəaliyyət göstərən apteklərin tələblərə cavab verməsini şübhəyə alıb. Deputat dərman qiymətləri ilə bağlı çoxsaylı şikayətlərin olmasını da vurğulayıb.

Aydın Əliyev qeyd edib ki, elektron reseptlərin tətbiqi bu sahədə məsuliyyəti xeyli artırıb:

“Amma əlavə olaraq bir şeyi də bilməliyik. Biz, həkimlər xəstələrə mütləq hansı dərmanın hansı qida ilə qəbul olunmasını dəqiq bildirməliyik. Çünki qidaların özü də bir növ dərmandır.

Fikir verirsinizsə, elektron resept tələbi ortaya çıxıb. Elektron reseptə həkim, xəstə və xəstəlik haqqında lazım olan bütün məlumatlar qeyd olunur. Eyni zamanda, reseptdə qeyd edilən dərmanların istifadə vaxtı, hansı firmanın dərmanı olması, qiymətləri və hansı aptekdən alınmalı olduğu yazılır.

Elektron resept həkimlərin də məsuliyyətini artırır. Hər bir dərmanın saxlanma qaydasına əməl etmək çox vacibdir. Apteklərdə dərmanlar düzgün saxlanılırmı?

Əgər verilən dərman insan bədəninə uyğun deyilsə, təbii ki, problemlər yaradır. Dərmanların qiymətində kəskin fərq olmamalıdır. Keyfiyyət və qiymət baxımından, yerli dərman zavodlarının açılması çox önəmlidir. Ən əsası isə, farmokologiya elmi-tədqiqat institutu açılmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 Aprel 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri