Icma.az
close
up
RU
Eyni filmi dəfələrlə izləmək bunun əlaməti imiş... Psixoloq AÇIQLADI

Eyni filmi dəfələrlə izləmək bunun əlaməti imiş... Psixoloq AÇIQLADI

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəzi insanlar bir filmi bir dəfə izləyir, bəyənir və keçir. Amma elə insanlar da var ki, həmin filmi dəfələrlə izləyir.

Bu davranışın arxasında hansı psixoloji ehtiyaclar dayana bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Aydan Məmmədovanın sözlərinə görə, bəzi insanlar var ki, eyni filmi dəfələrlə izləməyi sevirlər və bu davranış ilk baxışda adi bir vərdiş kimi görünə bilər, amma əslində onun arxasında maraqlı psixoloji səbəblər dayanır:

"Ən əsas səbəblərdən biri təhlükəsizlik hissidir. İnsan tanış olan, nəticəsini əvvəlcədən bildiyi bir şeyə baxanda özünü daha rahat hiss edir. Film boyunca nə olacağını bilmək, bizə bir növ sakitlik verir. Çünki həyatda hər şey çox dəyişkən və bəzən qeyri-müəyyəndir, amma bu film dəyişmir. Bu da insana nəzarət hissi verir".

Psixoloq qeyd etdi ki, xüsusilə stresli və narahat zamanlarda bu cür tanış şeylərə qayıtmaq insanı sakitləşdirə bilər.

"Bir başqa səbəb isə emosional bağdır. Bəzən bir film bizə keçmişimizi, gözəl bir xatirəni, ya da sevdiyimiz bir dövrü xatırladır. Onu təkrar izləmək, sanki o hissləri bir daha yaşamaq kimidir. Bu da insana özünü yaxşı hiss etdirir. Bəzən də bu filmlər bizim üçün daxili bir güzgü rolunu oynayır. Niyə məhz o filmə qayıdırıq? Hansı hissələri bizə toxunur? Bunlar da özümüzü tanımağımıza kömək edir.

Qısacası, eyni filmi dəfələrlə izləmək çox normal və bəzən də psixoloji ehtiyaclara cavab verən bir davranışdır. Bu hal sadəcə darıxdığımız üçün deyil, içimizdəki müəyyən duyğulara toxunduğuna görə baş verir", - deyə Aydan Məmmədova bildirdi.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 İyul 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri