Icma.az
close
up
RU
Uşaqlarda nitq probleminin əlaməti Psixoloq

Uşaqlarda nitq probleminin əlaməti Psixoloq

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uşaq danışmırsa və ya balaca uşaq kimi danışırsa, adlandırma mərhələsindən geri qalırsa, əşyanı tanıyır, adını söyləyir, amma cümlə qurmursa, nitqdə duruxmalar olursa və ya ümumiyyətlə danışmaq istəmirsə, bu, onlarda nitq problem olmasını göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib. O bildirib ki, nitqin düzgün inkişafı ətrafdakı bir çox amillərdən asılı olub, tədricən formalaşır:

"Nitqin inkişafına bir neçə amil təsir edə bilər. Məsələn: musiqi, oyun, tapmacalar, nağıllar, şeirlər, yanıltmaclar və s. Ana bətnində uşaqla düzgün ünsiyyət qurmaq gələcəkdə onun tez danışmasına kömək edir.

Hamiləlyin ilk günlərindən etibarən bətndaxili uşaqla ünsiyyətdə olmaq lazımdır. Uşaq ata-ana məhəbbətini hiss etməlidir. Körpə dünyaya gələndən sonra da diqqət azalmamalıdır. Analar körpəni yedizdirərkən onunla göz təması qurmalı, danışdırmalıdırlar, yuxuya gedərkən həzin səslə layla oxumalıdırlar. Bir müddət sonra körpə səslər çıxararaq anaya qarşılıq verəcək.

Uşaqlar ətrafındakı səsləri, nitqi dinləyərək dili və danışmağı öyrənirlər. Körpə uşaqlar səsə qarşı çox hissiyatlı olurlar. Onlarla danışarkən düzgün və səlis nitqdən istifadə olunmalıdır, çünki körpə danışılan hər şeyi başa düşür, beyninə yığır, lazım olduğu vaxt sizə cavab verəcək. Körpəni qucağınıza alanda və ya əlindən tutub ictimai yerlərdə gəzdirdikdə əşyalarla tanış etmək lazımdır. Körpələr müxtəlif elektrik əşyalarının səsindən qorxursa, həmin səslər olan yerə aparmayın. Bu qorxu körpənin nitqinin ləngiməsinə səbəb olar. Bundan başqa, uşaqlarla kiçik yaşlarda müxtəlif oyunlar oynamaq gələcəkdə onun intellektual səviyyəsinin yüksəlməsinə təsir edir".

Psixoloq uşaqlarda nitq prosesinin inkişaf dövrlərindən də danışıb:

0-6 ay: "Qığıldama" dövrü. Uşaq səsə qulaq asır, tanıyır, qığıldayır. Hecalar ifadə etməyə çalışır.

6-12 ay: Hecaları birləşdirməyə çalışır. Eşitdiyi səsləri təqlid edir. Bir neçə sözə, əmrlə danışır: al, dur, əlini ver, öp kimi 10-a yaxın söz deyə bilir.

12-18 ay: Sadə cümlələr qurur. Sifət və əvəzlikdən istifadə edir (mən, sən və s). Əşyaların adlarını tanıyır. 10-25 söz bazası olur.

18-24 ay: İki sözlü cümlələrin sayını artırır. Dediyi sözlərin mənasını anlayır. 50-yə yaxın söz deyə bilir.

24-36 ay: Çoxhecalı sözlər deyir. Tərkibində 3-4 söz olan mənaca yaxın cümlələr qurur. Çoxlu suallar verir. Bu dövrdə -l, -r hərflərinin səslənməsində qüsur ola bilər. Lüğətləri 1000 sözdən ibarət olur.

4 yaşında: Qrammatik cəhətdən düzgün cümlələr qurur, əşyaları qruplaşdırır. Lüğət 2000 sözdən ibarət olur.

5 yaşında: Bütün sözləri təmiz deyir. Mətni təkrarlayır, əşyaları fərqləndirir, fikir yürüdür, nağıllarda doğru və ya yanlışı ayırd edir. Lüğət ehtiyyatı 3000 sözdən ibarət olur.

Psixoloq onu da qeyd edib ki, uşağın nitqinin formalaşması prosesinə düzgün müdaxilə olunmalıdır, yəni nitqdə olan qüsürlar vaxtında valideynlər və ya mütəxəssislər tərəfindən aşkarlanmalı və korreksiya edilməlidir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri