Icma.az
close
up
RU
Eyni küçə, fərqli faizlər: Restoranlarda xidmət haqqı necə əsaslandırılır?

Eyni küçə, fərqli faizlər: Restoranlarda xidmət haqqı necə əsaslandırılır?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakıda bir çox restoran müştərilərdən xidmət haqqı tutur. Bu, adətən, menyuda qeyd olunur, lakin məkana daxil olub əyləşdikdən sonra kiminsə xidmət haqqına etiraz edərək oranı tərk etməsi nadir hallarda müşahidə edilir. Ümumiyyətlə, cəmiyyətimizdə bu kimi narazılıqlar daha çox, passiv şəkildə - sadəcə, ətrafdakılara bildirməklə ifadə olunur.

Xidmət haqqı sabit deyil, restorandan-restorana dəyişir. Maraqlıdır ki, eyni küçədə fəaliyyət göstərən restoranlarda xidmət səviyyəsi oxşar olsa da, xidmət haqqı faizlərində ciddi fərqlər var. Məsələn, birində bu göstərici 3-5 faiz arasında dəyişirsə, digərində 11-15 faiz təşkil edir.

Bəs restoranların xidmət haqqı tətbiq etməyə qanuni əsası varmı? Menyuda bu barədə məlumat verilməsi kifayətdirmi? Müştəriyə əvvəlcədən xəbərdarlıq olunmazsa, əlavə ödəniş tələb edilə bilərmi? Xidmət haqqının tətbiqi hansı dövlət qurumunun nəzarətindədir? Bu sahədə vahid tənzimləmə varmı? Restoran sahibləri və əməkdaşlar xidmət keyfiyyətini necə əsaslandırmalı, peşəkarlıqlarını necə sübut etməlidirlər? Bu və digər sualların cavabını öyrənməyə çalışdıq.

Oxu.Az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Hikmət Əliyev bildirib ki, hazırda qanunvericilikdə xidmət haqqının tutulması konkret şəkildə tənzimlənmir:

"Xidmət haqqını qadağan edən birbaşa hüquqi norma yoxdur, lakin burada əsas məsələ bu barədə məlumatın öncədən və aydın şəkildə müştəriyə bildirilməsidir. Xidmət haqqı menyuda açıq və görünən şəkildə göstərilməlidir. Bu halda müştərinin seçim haqqı olur. Əgər belə bir məlumat əvvəlcədən verilməyibsə və menyuda qeyd olunmayıbsa, bu halda xidmət haqqının tələb edilməsi qanunsuzdur".

Vəkilin sözlərinə görə, menyuda qeyd edilmədən hər hansı faiz tutulması, musiqi və digər əlavə xidmətlər üçün ödənişin istənilməsi qanunsuzdur:

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, xidmət və ya məhsulun qiymətinin göstərilməməsi və ya düzgün tərtib olunmaması 800 manatdan 1 000 manatadək cərimə ilə nəticələnə bilər".

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Oxu.Az-a açıqlamasında deyib ki, restoran sektorunu tənzimləyən vahid bir qurum yoxdur:

"Hazırda restoran işi ilə bağlı məsələlərə müxtəlif dövlət qurumları öz səlahiyyətləri çərçivəsində baxır, amma sektorda hüquqi boşluqlar çoxdur. Vahid bir qurum olmadığından xidmət haqqı da daxil olmaqla bir çox məsələ tənzimlənmir".

Onun sözlərinə görə, assosiasiya bu mövzuda müzakirələrə qatılmağa və dövlət qurumları ilə birgə həll yolları axtarmağa hazırdır:

"Əgər hansısa dövlət qurumu bu sahəni öz üzərinə götürərsə, biz də normativlərin formalaşmasında, qanunvericiliyin tənzimlənməsində iştirak etməyə və dəstək olmağa hazırıq".

Xidmət haqqı tətbiq etməyən bəzi restoranlar bunu müştəri itirməmək istəyi ilə əlaqələndirirlər, lakin Samir Dübəndi bu fikirlə razılaşmır:

"Bu, restoran biznesindən başı çıxmayan rəhbərlərin yanaşmasıdır. Təəssüf ki, bu sahədə peşəkar olmayan, amma rəhbər vəzifə tutan insanlar çoxdur. Menyuların hazırlanması, xidmət haqqının tətbiqi müəssisə rəhbərlərinin məsuliyyətidir".

Dübəndi qeyd edib ki, bu sahədə çalışanlar mütləq təlimlərə cəlb olunmalı və peşəyə uyğunluqlarını sübut etməlidirlər:

"Restoran sahəsində çalışan biri təkcə xidmət deyil, həm də əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması kimi məsələləri də bilməlidir. Bu sahədə də ixtisaslı kadrların olması vacibdir".

Samir Dübəndinin sözlərinə görə, Azərbaycanda peşə və kvalifikasiya standartları artıq mövcuddur:

"Bu standartlar qanunvericilikdə yer alsa da, hələ əməli şəkildə geniş tətbiq olunmur, amma yaxın gələcəkdə dövlət qurumları və ictimaiyyətin iştirakı ilə bu sahədə ciddi addımların atılacağı gözlənilir. Əgər proses indi başlasa, qısa müddət ərzində sektorda çalışan insanların bilik və bacarıqlarını artıra, daha peşəkar və uğurlu xidmət sahəsi yarada bilərik".

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 May 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see295

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see130

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see127

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see125

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri