Icma.az
close
up
RU
Eyni mənzili iki nəfərə satdı: Star M MTK nın sədri ilə bağlı qərar

Eyni mənzili iki nəfərə satdı: Star M MTK nın sədri ilə bağlı qərar

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda fəaliyyət göstərmiş "Star-M" Mənzil Tikinti Kooperativinin (MTK) sədri Məhərrəm Məhərrəmov barəsində növbəti məhkəmə hökmü çıxarılıb.

Qaynarinfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Məhərrəm Məhərrəmov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 308.2-ci və 313-cü maddələr üzrə isə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən təqsirləndirilən şəxsə cəza təyin olunmayıb.

Bununla yanaşı, məhkəmə Məhərrəm Məhərrəmovun Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il tarixli əvvəlki hökmü ilə təyin edilmiş 7 il azadlıqdan məhrumetmə cəzasını yeni hökmlə qismən birləşdirib. 

Nəticədə cinayətlərin məcmusu üzrə Məhərrəm Məhərrəmova qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İş materiallarına görə, Məhərrəm Məhərrəmov "Star-M" MTK-nın təsisçisi, üzvü və sonradan sədri kimi fəaliyyət göstərdiyi dövrdə vəzifə səlahiyyətlərindən istifadə edərək eyni mənzili iki ayrı şəxsə satıb. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Bakı şəhəri, Nəsimi rayonu, H. Ələsgərov küçəsi 31/33 ünvanında inşa edilən yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, sahəsi 135,43 kvadratmetr olan üçotaqlı mənzil əvvəlcə 2016-cı ildə 132 min 410 manata bir alıcıya satılıb və mənzilin dəyəri tam ödənilib.

Buna baxmayaraq, 2018-ci ildə Məhərrəm Məhərrəmov həmin mənzilin satılmadığını bildirərək başqa bir şəxsi aldadıb. O, alıcıdan mənzilin satışı adı ilə 145 min 450 manat alaraq həmin vəsaiti şəxsi ehtiyaclarına sərf edib.

İttihama əsasən, qanunsuz əməli gizlətmək məqsədilə MTK adından mənzilin payçının mülkiyyətinə verilməsi, mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı kimi rəsmi sənədlər tərtib olunub. Bu sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilib, sənədlər kooperativin möhürü ilə təsdiqlənərək zərərçəkmiş şəxsə təqdim olunub. Sənədlərin hazırlanmasına cəlb edilən əməkdaşların isə cinayət planından xəbərsiz olduqları bildirilib.

Məhkəmə hesab edib ki, bu hərəkətlərlə Məhərrəm Məhərrəmov bir tərəfdən ikinci alıcının 145 min 450 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib, digər tərəfdən isə mənzilin ilk alıcısının həmin əmlaka sahiblik və istifadə hüquqlarına mühüm zərər vurub.

Cinayət işi üzrə məhkəmə baxışı zamanı Məhərrəm Məhərrəmov ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyib və özünü təqsirli bilmədiyini bildirib. Dövlət ittihamçısı isə təqdim olunan sübutların ittihamı tam təsdiqlədiyini vurğulayaraq ittihamın dəyişdirilmədən saxlanılmasını istəyib.

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 İyul 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri