Eyni mənzili bir neçə nəfərə satdı, həbs olundu Tanınmış şirkət rəhbəri saxlanıldı
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Vesta Construction" MTK-nın sahibi Ceyhun Musarza oğlu Quliyev həbs edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 1 milyon manatdan çox dələduzluqda ittiham olunur.
Şirkət rəhbəri çoxsaylı vətəndaş şikayəti əsasında polis tərəfindən saxlanılıb.
İttihama görə, "Vesta Construction" MTK tərəfindən eyni mənzil bir neçə şəxsə satılıb. Bu yolla satılan mənzillərin sayı çoxdur.
Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə yekun ittiham verilib. İş üzrə 7 nəfər zərərçəkmiş var.
Qeyd edək ki, sözügedən şirkətlə bağlı saytımıza da şikayət daxil olmuşdu.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:86
Bu xəbər 23 Noyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















