Eyubov: “Yeni ideyaları və oyunçu kombinasiyalarını sınadıq”
Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Azərbaycanın U21 yığması Türkiyədə iki yoldaşlıq oyunu keçirib. Milli Bəhreynə qalib gəlib (3:0), Qırğızıstana isə uduzub (1:3).
Futbolpress.az xəbər verir ki, yığmanın baş məşqçisi Rəşad Eyubov sosial şəbəkə hesabında oyunlarla bağlı paylaşım edib:
“Bəhreyn və Qırğızıstana qarşı keçirdiyimiz iki yoxlama oyunu bizim üçün faydalı oldu. Yeni ideyaları və oyunçu kombinasiyalarını sınadıq. Yeddi yeni futbolçu öz şansını aldı və inanıram ki, gələcəkdə komandamızdakı rəqabəti daha da artıracaqlar.
Sentyabr ayında bizi üç həlledici oyun gözləyir. Bu təlim-məşq toplanışı bizə çox məlumat verdi. İndi əsas məqsədimiz bu məlumatları düzgün analiz edib növbəti oyunlara daha yaxşı hazırlaşmaqdır.
Hər zaman pozitiv qalıram və həm futbolçularıma, həm də məşqçilər heyətimə inanıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 10 İyun 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















