Icma.az
close
up
RU
Eyyub Yaqubovla yeni konsert layihəsi hazırlayırıq Prodüserdən açıqlama

Eyyub Yaqubovla yeni konsert layihəsi hazırlayırıq Prodüserdən açıqlama

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Musiqi prodüserliyi – musiqi əsərinin yaradılması, yazılması, işlənməsi və yayımlanması prosesində yaradıcı və texniki rəhbərliyi həyata keçirən peşə sahəsidir. Prodüser musiqi layihəsinin əsas kuratoru, bəzən də rejissoru kimi çıxış edir.

20 ildir musiqi prodüseri kimi fəaliyyət göstərən və bir çox uğurlu layihələrə imza atan Həsən Məmmədyarov AZXEBER.COM-un qonağı olub.

Həmsöhbətimiz olan peşəkar prodüser yeni layihələrindən danışıb:

- Qlobal musiqi bazarında Azərbaycan musiqisinin yerini necə qiymətləndirirsiniz?

- Azərbaycan musiqisinin qlobal bazarda potensialı olduqca böyükdür. Ölkəmizin zəngin musiqi irsi — xüsusilə muğam, xalq musiqisi və milli alətlərimizin özünəməxsus səsi — dünya musiqi palitrasında unikal bir rəngdir. Lakin bu potensialın tam reallaşması üçün həm sistemli dəstəyə, həm də müasir prodüserlik yanaşmasına ehtiyac var. Çünki Azərbaycan musiqisi qlobal bazarda yer almağa tam layiqdir. Məsələ bu dəyəri necə və kimlərlə dünyaya çıxarmaqda yatır. Bizim missiyamız da məhz bunu reallaşdırmaqdır.

- Sizcə, uğurlu prodüser olmaq üçün hansı keyfiyyətlər vacibdir?

- Uğurlu prodüser olmaq təkcə texniki biliklərə malik olmaqdan ibarət deyil. İlk növbədə, yaradıcı baxış vacibdir. Prodüser musiqiyə yalnız texniki tərəfdən deyil, həm də bədii və strateji prizmadan baxmağı bacarmalıdır. İkincisi, ünsiyyət və liderlik bacarıqları çox önəmlidir. Prodüser bir çox insanla — ifaçılar, səs mühəndisləri, aranjimançılar və menecerlərlə birgə işləyir. Bu prosesi uğurla idarə etmək üçün qərarvermə bacarığı gərəkdir.

- Gələcək üçün planlaşdırdığınız layihələr və əməkdaşlıqlar varmı?

- Bəli, hazırda mart ayında keçirilməsi planlaşdırılan Eyyub Yaqubovun konsertinin hazırlıqları ilə məşqulam. Çox böyük və peşəkar bir komanda ilə konsertin layihəsi üzərində işləyirik. İnşallah hər şey dəqiqləşəndən sonra ictimaiyyətə məlumat veriləcək. 

 

Aysl Hacızadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 İyul 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri