Icma.az
close
up
RU
Miri Yusifin videosu ilə şantaj edilən prodüserdən AÇIQLAMA

Miri Yusifin videosu ilə şantaj edilən prodüserdən AÇIQLAMA

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Xalq artisti Miri Yusifin prodüseri, teleaparıcı Emin Əfəndi sənətçinin hədələnməsi ilə bağlı xəbərə aydınlıq gətirib.

Modern.az xəbər verir ki, E.Əfəndi bu barədə sosial şəbəkə hesabında yazıb:

"Doğrudur, yanvarın 19-u mənə qarşı bu cür xoşagəlməz bir hal yaşandı və dərhal aidiyyəti orqanlara müraciət etdim. Qeyd etmək istəyirəm ki, xəbərdə göstərilən kimi heç bir maliyyə ödənişi etməmişik. Sadəcə, məsələnin hüquqi müstəvidə həlli üçün lazımi addımları atmışıq.

Son vaxtlar bu cür kibercinayətlər adi hala çevrilib və təəssüf ki, bir çox insan bu vəziyyətlə üzləşə bilər. Bu da ölkəmizdə daha ciddi maarifləndirmə işlərinin aparılmasını tələb edir. Mənim və Miri Yusifin adından istifadə edərək yayılan hər hansı bir məlumatın doğruluğuna yalnız bizim tərəfimizdən təsdiq edildiyi halda dərc olunmasını xahiş edirəm.

Hüquq-mühafizə orqanlarının operativ reaksiyasına görə təşəkkür edir, məsələnin tezliklə həllini tapacağına ümid edirəm".

***

09:52

Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi şantajla üzləşib.

Modern.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi ərizə ilə Yasamal RPİ-yə müraciət edib. O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və hesabına 1000 manat pul ödətdirib.

Müraciətlə bağlı ilkin əməliyyat-axtarış tədbirləri RPİ tərəfindən aparılır.

Qeyd edək ki, son vaxtlar naməlum şəxslərin məşhurların adından istifadə etməsi ilə bağlı dələduzluq hallarına rast gəlinir. Belə ki, onlara tanışlarının nömrələrinə oxşar və ya eyni vatsap nömrələri ilə zəng edərək pul almaları hallarına da rast gəlinir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Yanvar 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri