İbrahim Borçalının böyük biznesi əlindən alınıb Prodüserdən açıqlama
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Müğənni İbrahim Borçalının illərlə qurduğu biznesi əlindən alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə prodüser İdris Cəfərov məlumat verib.
Onun sözlərinə görə, müğənninin böyük zəhmətlə qurduğu biznes bir gecədə başqalarının əlinə keçib.
Prodüser bildirib ki, İbrahim Borçalı vaxtilə nüfuzlu iş adamı olub və gənc yaşlarından Türkiyədən Rusiyaya portağal ixrac etməklə böyük gəlir əldə edib:
"İbrahim Borçalı çox nüfuzlu iş adamı olub. Gənc yaşlarından Türkiyə plantasiyalarından Rusiyaya portağal satırdı və həddindən artıq pul qazanırdı. Sonra bu sahəyə nüfuzlu şəxslər əl qoyublar. Bu zaman müğənni böyük ziyana düşüb. Elə bir həddə çatıb ki, biznesini başqa adamlar asanlıqla ələ keçiriblər. İbrahim Borçalını biznesdən kənarlaşdırıblar".
İdris Cəfərovun sözlərinə görə, başına gələnlərdən sonra İbrahim Borçalı depressiyaya düşüb:
"Depressiyadan sonra İbrahim Borçalı müğənni olub".
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 20 Noyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















