Icma.az
close
up
RU
“Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər

“Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dərsliklərin tez-tez dəyişdirilməsi təhsil sistemində yalnız tədris materiallarının yenilənməsi deyil, həm də şagirdlərin təhsil prosesinə mühüm təsir göstərən amildir. 

Bir tərəfdən, bu dəyişikliklər tədrisi müasir tələblərə uyğunlaşdırmaq məqsədini güdür, amma digər tərəfdən, şagirdlər və müəllimlər üçün əlavə çətinliklər yaradır. Hər il yeni dərsliklər təqdim edildikdə, müəllimlər və şagirdlər bu dəyişikliklərə uyğunlaşmağa çalışır, bu da müəyyən zaman itkisinin yaranmasına səbəb olur. 

“Cebheinfo.az”-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, dərsliklərin tez-tez dəyişməsi təhsil sistemində qarışıqlıq yaradır və pedaqoji sabitliyi pozur: 

“Dərsliklərin tez-tez dəyişdirilməsi təhsil sistemində sabitlik, davamlılıq və pedaqoji məqsədyönlülük prinsipinə ciddi zərbə vurur. 

Hər bir dərslik yalnız informasiya daşıyıcısı deyil, eyni zamanda kurikulumun, pedaqoji metodikanın və milli təhsil strategiyasının praktik alətidir. Bu alətin tez-tez dəyişməsi müəllimlərdə metodoloji qeyri-müəyyənlik, şagirdlərdə isə öyrənmə prosesi ilə bağlı qarışıqlıq yaradır. 

Azərbaycan təhsil sistemində son 15 ildə dərsliklərin bir neçə dəfə dəyişdirilməsi, yenilənməsi və yenidən çap olunması bu problemi daha da kəskinləşdirib. 2008-ci ildən başlayaraq kurikulum islahatları çərçivəsində dərsliklər tamamilə yeniləndi, lakin bu dəyişikliklər bir çox hallarda elmi əsaslara deyil, məhdud müəllif qruplarının subyektiv yanaşmalarına söykəndi. 

Məsələn, 2022-ci ildə Dərsliklərin Qiymətləndirilməsi üzrə Dövlət Komissiyasının hesabatında qeyd olunur ki, bir çox dərsliklərdə məzmun yüklənməsi, şagird yaş səviyyəsinə uyğun olmayan terminologiya və tapşırıqlar, metodiki təlimatların olmaması kimi problemlər qalmaqdadır. 

Xüsusilə ibtidai siniflər üzrə hazırlanan Azərbaycan dili, riyaziyyat və təbiət dərsliklərində terminlər izahsız verilir, mətnlər uzun və mürəkkəbdir, tapşırıqlar isə sinif daxilində tətbiqi çətin olan formal strukturdadır. Bu isə təhsilin keyfiyyətinə birbaşa mənfi təsir göstərir. 

“Təhsil haqqında” Qanunun 10.3-cü maddəsinə əsasən, təhsil məzmunu şagirdlərin yaş xüsusiyyətlərinə və inkişaf səviyyələrinə uyğun olmalıdır. Amma hazırda dərsliklər bu prinsipə əks gedir. Müəllimlər dərs dedikləri materialı yeni dərsliklərdə uyğun metodik dəstək olmadan tədris etməyə məcbur qalırlar. 

Dərslik dəyişdikcə müəllimin planlaşdırma bacarığı və sabit pedaqoji yanaşması pozulur. Müəllim hər dəfə yenidən uyğunlaşmalı olur, bu da həm vaxta, həm də əlavə resurslara ehtiyac yaradır.

Şagirdlər isə dərsliyin strukturuna və təqdimat formatına alışa bilmədən yeni sistemə keçirlər. Bu da onların tədris materialını mənimsəmə səviyyəsini aşağı salır. Psixopedaqoji baxımdan, öyrənmə üçün sabitlik və təkrarlanma vacibdir. Dərsliklər isə tez-tez dəyişəndə, bu psixoloji dayaq da itir”. 

Onun sözlərinə görə, Azərbaycanda dərsliklər tez-tez dəyişir və dil çətinliyi yaradır: 

“Dünya təcrübəsində dərsliklər ən azı 5–7 il sabit şəkildə istifadə olunur. Məsələn, Almaniyada dərsliklər əyalət səviyyəsində akkreditasiyadan keçir, pedaqoji şuraların rəyindən sonra qəbul olunur və uzun müddət dəyişdirilmir. 

Finlandiyada isə dərsliklər müəllif azadlığı ilə hazırlanır, dəyişikliklər yalnız kurikulumun ümumi strukturunda ciddi dəyişiklik olduqda həyata keçirilir. Azərbaycanda isə bəzi dərsliklər 2-3 ildən bir dəyişdirilir, müəllif heyətləri də tez-tez yenilənir və nəticədə elmi-pedaqoji ardıcıllıq pozulur. 

Bununla yanaşı, dərsliklərin anlaşıqlı olub-olmaması məsələsi də ciddi problemdir. Dərsliklərdə istifadə olunan dil çox zaman şagirdin yaş səviyyəsinə uyğun olmur. Məsələn, 5-ci sinif şagirdi üçün yazılmış tarix dərsliklərində arxaik və mürəkkəb terminlər təqdim olunur, lakin nə izah verilir, nə vizual dəstək olur, nə də mövzu kontekstlə zənginləşdirilir. 

Bu da dərsi “əzbərlə, keç” modelinə çevirir. Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyinin 2021-ci ildə apardığı şagird rəyinə əsasən, respondentlərin 61%-i dərsliklərin anlaşılmadığını, 49%-i isə tapşırıqların çətin və məntiqsiz qurulduğunu bildirib. 

Bu vəziyyətin müsbət tərəfi odur ki, kurikulum islahatları nəticəsində bəzi dərsliklər artıq tədricən tətbiq yönümlü, şagird fəallığını artıran mətnlərlə zənginləşdirilir. Lakin bu yanaşma hələ ümumiləşdirilməyib. Yeni nəsil dərsliklərdə STEAM təmayüllü, fəal öyrənməyə əsaslanan materialların sayı artsa da, bu, yalnız müəyyən sinif və fənlərlə məhdudlaşır”. 

Ekspert qeyd edib ki, tez-tez dəyişən dərsliklər təhsildə sabitliyi pozur, müəllimlər və valideynlərdə qarışıqlıq yaradır: 

“Dərsliklərin tez-tez dəyişməsi təhsil sistemində güvən böhranı yaradır. Hər dəfə yeni versiyanın tətbiqi təhsilverənlər və valideynlər arasında “Yenə nə dəyişdi?” sualını doğurur. 

Halbuki dərslik dəyişiklikləri ictimai müzakirəyə çıxarılmalı, pilot tətbiqlərlə yoxlanmalı, nəticələr əsasında qərar verilməlidir. Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu məsələdə nə proqnoz verir, nə plan təqdim edir, nə də sistemli maarifləndirmə işi aparır. Hər dərs ilində dəyişən kitablar sadəcə dəyişiklik xatirinə dəyişdirilir. 

Halbuki hər dəyişiklik təhsilin dayanıqlığına və öyrənmə prosesinə ciddi təsir göstərir. Təhsildə dərslik sabitliyi, məzmunun anlaşılması və metodik dəstəyin gücləndirilməsi əsas strateji prioritetə çevrilməlidir. 

Əks halda, həm müəllimlər, həm şagirdlər, həm də valideynlər daim dəyişən, amma inkişaf etməyən bir sistemin içində qalacaqlar. Təhsil sabitlik üzərində qurulmalıdır, təcrübə isə bunu göstərir ki, tez-tez dəyişən dərsliklər sabit inkişafı deyil, sistemli çaşqınlığı dərinləşdirir”. 

Gülər 
Cebheinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see204

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see176

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see150

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see135

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see133

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see132

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see127

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see127

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see127

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see126

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri