Icma.az
close
up
RU
Əzələdaxili inyeksiya necə vurulur? İZAH FOTO

Əzələdaxili inyeksiya necə vurulur? İZAH FOTO

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Bəzən elə hallar olur ki, vaxtında edilən dərman inyeksiyası insanın həyatını xilas edir (şok, uşaqda yüksək hərarət və s.). Ona görə də yaxşı olar ki, hər bir kəs iynə vurmağı bacarsın.

Əlbətdə ki, biz yalnız əzələdaxili inyeksiyanı nəzərdə tuturuq.

Saglamolun.az sizi əzələdaxili inyeksiyanın vurulması qaydası ilə tanış edir:

1. Əllərinizi mütləq sabunla yuyun.

2. Dərmanın ampula üzərində yazılmış adını diqqətlə oxuyun və yararlıq müddətini yoxlayın.

3. Ampulanı götürüb onu əlinizdə silkələyin, sonra onu başı yuxarı olmaqla tutub dırnaqla onun uc hissəsinə yüngülcə döyəcləyin ki, içərisində maye qalmasın. Daha sonra ampulanın uc hissəsini spirtə batırılmış pambıq ilə silin. 

4. Daha sonra ampulanı açmaq lazımdır. Bunun üçün dərman qutusunun içərisində olan kəsici alət götürüb ampulanı ücunun əsası boyunca bir neçə dəfə “kəsin”, sonra isə ucu  səliqə ilə qoparın.

5. Şprisi çıxarın. İynənin qapağını açmadan onu şprisə keçirin.

6. İynəyə əliniz dəymədən, səliqə ilə onun üstündəki plastik qapağı çıxarın, şprisə taxılmış iynəni ampulanın içərisinə salın, porşeni özünüzə tərəf çəkərək ampulanın  içərisindən sizə lazım olan miqdarda dərmanı şprisə çəkin.

7. Şprisi, iynə taxılan tərəfi yuxarı olmaqla, vertikal şəkildə əlinizdə tutaraq dırnaqla onu yüngülcə döyəcləyin ki, içərisində olan hava qabarcıqları yuxarı qalxsın.

8. Şprisin porşenini yüngülcə sıxın ki, onun içərisində olan hava qabarcıqları xaric olsun. İynənin ucunda dərman damcısı görünən kimi, porşenin sıxılmasını dayandırın.

9. İynənin qapağını taxın.

10. Əzələdaxili inyeksiyalar adətən sağrı əzələsinə (yana) vurulur.

Bu mümkün olmadığı halda (dərinin zədələnməsi, irinlənmə və s.) iynəni bud əzələsinə də vurmaq olar.

İynəni sarğı əzələsinə vurduqda xəstəni üzü aşağı olmaqla uzadın ki, sagrı əzələləri zəifləsin (“boşalsın”). Əgər siz kiçik uşağa köməksiz olaraq - təkbaşına iynə vurmalı olsanız, uşağı üzü aşağı dizlərinizin üzərinə qoyun. Uşağın ayaqlarını öz ayaqlarınızın arasında sıxın, sol əlinizlə isə onun belini fiksə edin. Bütün bunları həm tez həm də dəqiqliklə yerinə yetirin! Heç bir halda əzələdaxili iynəni xəstə ayaq üstə olmaqla vurmayın, bu zaman iynə qırıla bilər!

11. Xəyalən, sağrının iynə vurduğunuz hissəsini 4 kvadrata bölün. Əgər iynəni müstəqil şəkildə 1-ci dəfə vurursunuzsa, sağrını qələm ilə çəkməklə 4 kvadrata bölün. Yadda saxlayın ki, əzələdaxili inyeksiya sağrının yalnız xarici yuxarı kvadratına vurulur!

Diqqətli olun! Əgər siz iynəni başqa yerə vursanız, sümüyə, qan damarına və ya sinirə düşə bilərsiniz. Bu isə çox təhlükəlidir! İynə vurmamışdan qabaq, bərkimiş və ya düyünlü sahəyə düşməmək üçün, mütləq həmin sahəni barmaqlarınızla əlləyin.

12. İynə vurmaq istədiyiniz yeri spirt məhlulunda isladılmış pampıq ilə silin.

13. Yenidoğulmuşlara və kiçik yaşda olan uşaqlara əzələdaxili inyeksiyanın vurulmasının müəyyən özəllikləri vardır: uşağın iynə vurulan hissəsinin dərisini əzələ qatı ilə birlikdə sol əlin barmaqları ilə büküşə alırlar, iynəni dəriyə yaxın gətirərək, düz bucaq altında olmaqla, cəld hərəkətlə büküşə yığılmış dəriyə vururlar. Yenidoğulmuşlara və ilkin yaşda olan uşaqlara əzələdaxili inyeksiya zamanı iynənin ümumu uzunluğunun yalnız 2/3 hissəsini yeritmək olar. Nisbətən iri yaşlı uşaqlarda əzələdaxili inyeksiyanın vurulması texnikası böyüklərdə olduğu kimidir – bir qədər təzyiq etməklə dəri iki barmaq ilə kənara dartılır və iynə demək olar ki, sonuna qədər həmin nahiyyəyə yeridilir.

14. Tədricən, tələsmədən dərmanı bədənə yeridin.

15. Cəld hərəkətlə iynəni bədəndən xaric edib, iynə vurduğunuz yeri spirtdə isladılmış pambıqla sıxın.

16. İynə vurulan yeri bir qədər masaj etmək lazımdır. Bir sıra antibiotiklər əzələdaxili inyeksiya zamanı pis sorulurlar ki, bu da iynə vurulan yerdə infiltratın (iltihablaşmış sahə) yaranmasına səbəb ola bilər. Bu halda inyeksiya yerinə içərisinə isti su doldurulmuş rezin qovuq (“qrelka”) qoymaq lazımdır.

17. İstifadə olunmuş iynəyə tullamamışdan qabaq mütləq qapağını taxın!

Əgər xəstəyə 1 kurs müalicə yazılmış olarsa, bu halda iynəni bir gün sağa, sonrakı gün isə sola vurulmaqla növbələşdirin.

Əgər dərman preparatı flakonda toz şəklində olarsa, bu halda onu ampulada olan, inyeksiya üçün xüsusi su, novokain və ya digər həlledici ilə (işlədilən dərmanın hansı mayeşəkilli həlledici ilə qarışdırılmalı olduğunu onun qutusundakı işlədilmə qaydalarında oxuya bilərsiniz) qarışdırmaq lazımdır. Flakondakı dərmanı həll etmək üçün bu zaman sizə 2 şpris lazım olacaq:

1. İçərisində maye olan ampulanı (bu inyeksiya üçün su, novokain və ya digər məhlul ola bilər) götürüb, iyənin köməkliyi ilə onu şprisə yığın;

2. İçərisində toz olan dərman şüşəsi flakonunun qapağını spirtə batırılmış pambıq ilə silib, şprisin iynəsi ilə həmin qapağı deşdikdən sonra şprisdəki mayeni onun içərisinə boşaltmaq lazımdır.

3. Şprisin iynəsini çıxarmadan, içərisindəki toz şəklində olan dərman tam şəkildə həll olana qədər flakonu yaxşı-yaxşı silkələmək, sonra isə onun içərisindəki dərmanı şprisə çəkmək lazımdır.

4. Şprisi iynəsi ilə birlikdə flakondan çıxarıb, onun üstündəki iynəni də çıxararaq, şprisə, digər şprisin qapağı üstündə olan yeni iynəsini taxın. Dərman bədənə yeridilmək üçün hazırdır.

Diqqət! İynəni ev şəraitində yalnız istisna hallarda vurmaq olar. Bütün digər hallarda tibb müəssisəsinə (xəstəxana, poliklinika, klinika) müraciət etmək lazımdır.

Bunun səbəbi ondan ibarətdir ki, iynə vurulan zaman anafilaktik şok baş verə bilər.

Anafilaktik şok – orqanizmin ağır allergik reaksiyadır. Onun əsas səbəbi orqanizmə inyeksiya (iynə) ilə dərman preparatının yeridilməsidir.

Anafilaktik şok çox qısa bir müddət ərzində inkişaf edir və xəstəyə ehtiyac olan tibbi yardım edilmədiyi halda onun ölümü ilə nəticələnə bilər!

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:1169
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri