Icma.az
close
up
RU
Əzəli rəqiblər büdrədi, “Atletiko” sevindi

Əzəli rəqiblər büdrədi, “Atletiko” sevindi

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Ötən turdan sonra “Atletiko”nun çempionluq yarışından çəkilməsi ilə bağlı eyham vurmuşduqsa, bu dəfə vəziyyət dəyişdi. Ona görə ki, əzəli-əbədi rəqiblər – “Real”la “Barselona” xal itirdi, “hindular” isə səfərdə “Sevilya”ya qalib gəldi. Bu turla bağlı bəzi başqa məqamlar da var.

“Real” cari mövsümdə “Valensiya” ilə hər iki oyunda problemlə üzləşdi. Madridlilər 1-ci dövrədə xarakter hesabına lap sonda əzmkar qələbə qazansalar da, bu dəfə heç-heçəni əldən verdilər. “Real” oyuna çox sakit başladı. Bəlkə də bunun əsas səbəbi “Arsenal”la qarşıdakı ÇL oyunudu. Lap belə oyun fonunda da Ançelottinin komandası erkən penalti qazandı. Mbappenin cərimə meydançasında yerdə qaldığı epizoda görə referi heç də birmənalı qiymətləndirilməyən qərar verdi. Ancaq Vinisius Mamardaşvili ilə dueldə uduzdu. Emosional durumu yaxşılaşan qonaqlar irəli atıldı, künc zərbəsi qazandı və hesab açıldı – Diakabi adını tabloya yazdırdı. 6 dəqiqə sonra o topu öz qapısına da göndərdi. Sadəcə, Mbappe ofsaydda olduğuna görə bu qol sayılmadı. Qol eşqi ilə alışıb-yanan fransalı ulduzun iki təhlükəli zərbəsi hədəfə düşmədi. “Yarasalar”dan isə yalnız Diakabinin fərqlənmək imkanı oldu. 2-ci hissə başlayan kimi “Real” hesabı bərabərləşdirdi. Madridlilərin köməyinə də künc zərbəsi çatdı – Bellingemin ötürməsindən sonra Vinisius qapının nəzarətsiz hissəsinə zərbə vurdu.
“Real” get-gedə təzyiqi artırır, müntəzəm təhlükəli vəziyyətlər yaradırdı, ancaq Mamardaşvili qol buraxmaq fikrində deyildi. Bəzi epizodlarda isə meydan sahiblərinin, sadəcə, bəxti gətirmirdi. Mbappenin zərbəsindən sonra top uzaq dirəyin bir neçə santimetrliyindən keçdi. Hər kəs oyunun heç-heçə bitəcəyini düşündüyü anda vəziyyət dəyişdi. 5-cu uzatma dəqiqəsində qurulan əks-hücum zamanı sonradan meydana çıxan Duro fərqləndi. “Real” heç-heçə edə bilərdi, amma Mamardaşvili Rüdigerin hədsiz təhlükəli zərbəsini qaytardı. “Santyaqo Bernabeu”da sürpriz qələbə qazanan “Valensiya” təhlükəli zonadan 7 xal uzaqlaşdı. “Real” isə qızıla bərabər 3 xal itirdi.
Düzdü, “Barselona” əsas rəqibinin büdrəməsindən lazımınca yararla bilmədi. Amma kataloniyalıların rəqibinə barmaqarası baxmaq olmaz. Axı “Betis” buna qədər keçirdiyi ardıcıl 6 çempionat oyununda qələbə qazanmaqda mövsümü ilk “4-lük”də bitirməyə iddiasını artırmışdı. Əslində meydan sahibləri oyuna yaxşı başladı, Qavi 7-ci dəqiqədə hesabı açdı. Ancaq “xiyarlar” oyunun axarı çox tez uyğunlaşdı və təhlükəli əks-hücumlar qurmağa başladı. Künc zərbəsi zamanı Arauxonun gözdən qaçırdığı Natan tezliklə hesabı bərabərləşdirdi. Məhsuldar startın ardından araya sükut köçdü, komandalar bir daha fərqlənə bilmədi. Bunun iki səbəbi var. Bir tərəfdən, “Betis”in müdafiə xətti, xüsusən də qaıçı Adrian gözəl oyun göstərdi, digər tərəfdən isə kataloniyalılar qol vəziyyətlərini boşa verdi. Ümumiyyətə, oyun sona qədər qarşılıqlı hücumlar şəklində davam etdi. Baxmayaraq ki, “Barsa”nın qol imkanları daha çox idi. Bu heç-heçə tərəflərdən heç birinin işinə yaramadı. Qələbə seriyası 9-da qırılan “Barsa” “Real”la xal fərqini 6-ya çatdırmaq imkanını qaçırdı, “Betis” isə 4-cü pillədəki “Atletik”ə yaxınlaşa bilmədi.
“Atletiko” uğursuz oyunlar seriyasından sonra, nəhayət, qələbə qazana bildi. “Hindular”ın qurbanı “Sevilya” oldu. Onlar oyuna heç də yaxşı başlamadılar, bunun da nəticəsi kimi 8-ci dəqiqədə qol buraxdılar. Ancaq hissənin ortalarında penalti sayəsində hesab bərabərləşdi. Bununla belə, “Atletiko” oyun səviyyəsinə görə meydan sahiblərinə açıq-aşkar uduzurdu. “Sevilya” daha konkret və iti hücumlar qururdu. Bunu yaxşı hiss edən Dieqo Simeone 2-ci hissənin ortalarında əvəzetmələr hesabına oyunu dəyişməyə çalışdı. Belə yanaşma özünü doğrultdu – “Atletiko” tədricən rəqib qapısı önündə təzyiq yaratmağa başladı. Simeonenin müdaxiləsi sonda işə yaradı – “hindular” 3-cü uzatma dəqiqəsində qələbə topunu vurdu.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalardan “Vilyarreal”la “Atletik”in dueli qolsuz bitdi, “Selta” və “Real Sosyedad” səfərdə qələbə qazandı. Aşkar autsayderlərdən “Alaves” “Jirona” üzərindəki sürpriz qələbə sayəsində mövqeyini bir qədər yaxşılaşdırdı. Turda iki 0:4 qeydə alındı. “Xetafe”nin turnir cədvəlinin sonuncusu “Valyadolid”i bu hesabla məğlub etməsi heç kimi təəccübləndirmədi, ancaq “Esoanyol”un səfərdə “Rayo Valyekano” üzərindəki darmadağını sürprizdi. Turun dünən axşam keçirilən son oyununda “Leqanes”lə “Osasuna” “sülh bağladı”.
30-cu tur
Barselona – Betis 1:1

Qavi, 7 – Natan, 17. (47043)
Barselona: Şansnı, Kunde, Kubarsi, Arauxo, Balde (Martin, 75), Pedri (Lopes, 75), De Yonq (E.Qarsiya, 57), Yamal, Qavi, Torres (Rafinya, 57), Levandovski.
Real – Valensiya 1:2
Vinisius, 50 – Diakabi, 15. Duro, 90+5. (75382)
Real: Qonsales, Vaskes (Gülər, 85), Çuameni, Rüdiger, F.Qarsiya (Kamavinqa, 77), Modriç (Endrik, 77), Valverde, Bellingem, Dias (Rodriqo, 57), Vinisius (Alaba, 77), Mbappe.
Sevilya – Atletiko 1:2
Aqume, 7 – Alvares, 25-p. Barrios, 90+3. (34505)
Atletiko: Oblak, Aspilikueta (Koke, 56), Lanqle, Le Norman, Molina (Qalan, 46), Qallaher (Lemar, 78), Barrios, Lyorente, Simeone (Rikelme, 68), Alvares, Qrizmann (Sörlot, 55).
Vilyarreal – Atletik 0:0
(19158)
Malyorka – Selta 1:2
Valyent, 17 – Qonsales, 53. Lopes, 72. (18291)
Las Palmas – Real Sosyedad 1:3
Makberni, 60 – Oyarsabal, 5. S.Qomes, 56. Aramburu, 68. (22616)
Jirona – Alaves 0:1
Visente, 61. (11384)
Valyadolid – Xetafe 0:4
Arambarri, 1. Terrats, 19; 38. Duarte, 80. (17737)
Rayo Valyekano – Espanyol 0:4
Kabrera, 12. Fernandes, 16. Puado, 72-p. Milya, 90. (11905)
Leqanes – Osasuna 1:1
Raba, 86-p. – Errando, 49. (10755)
1. Barselona 30 21 4 5 83-29 67
2. Real 30 19 6 5 63-31 63
3. Atletiko 30 17 9 4 49-24 60
4. Atletik 30 14 12 4 46-24 54
5. Vilyarreal 29 13 9 7 51-39 48
6. Betis 30 13 9 8 41-37 48
7. Selta 30 12 7 11 44-43 43
8. Real Sosyedad 30 12 5 13 30-32 41
9. Rayo Valyekano 30 10 10 10 33-35 40
10. Malyorka 30 11 7 12 29-37 40
11. Xetafe 30 10 9 11 30-25 39
12. Sevilya 30 9 9 12 34-41 36
13. Osasuna 30 7 14 9 34-43 35
14. Jirona 30 9 7 14 37-46 34
15. Valensiya 30 8 10 12 34-47 34
16. Espanyol 29 8 8 13 31-40 32
17. Alaves 30 7 9 14 33-44 30
18. Leqanes 30 6 10 14 29-47 28
19. Las Palmas 30 6 8 16 34-51 26
20. Valyadolid 30 4 4 22 19-69 16
Bombardirlər: Levandovski (Barselona) – 25, Mbappe (Real) – 22, Budimir (Osasuna) - 15, Rafinya (Barselona), Sanset (Atletik) – 13.
Növbəti turun oyunları aprelin 11-14-ü aralığında keçiriləcək: Valensiya – Sevilya, Real Sosyedad – Malyorka, Xetafe – Las Palmas, Selta – Espanyol, Leqanes – Barselona, Osasuna – Jirona, Alaves – Real, Betis – Vilyarreal, Atletik – Rayo Valyekano, Atletiko – Valyadolid.
Turun rəqəmi
17 – “Atletiko” qeyri-adi bacarığa malikdi. Belə ki, “hindular” bu mövsüm 90-cı dəqiqədə və daha sonra artıq 17 qol vurub.
Turun ulduzu
Georgi Mamardaşvili (Valensiya) – “çərçivə”yə 8 zərbənin qarşısını aldı, Vinisiusla penalti duelundən qalib ayrıldı (dediyinə görə, braziliyalı ilə 50 avrodan mərc edib). Gürcü qapıçının “Real”la oyundakı bacarığını yalnız bu sözlə ifadə etmək olar: möhtəşəm!
Turun sitatı
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Nə fiziki durum, nə də oyunun keyfiyyəti ilə bağlı problemimiz var. Bizdə yalnız effektlilik çatmadı. Bu məğlubiyyəti haqq etmədik. Qələbəyə layiq olsaq da, detallar üzündən bunu bacarmadıq. Siz istədiyiniz qədər tənqid edə bilərsiz, ancaq mənim də gördüyümü demək hüququm var. Haqq etdiyimiz məğlubiyyətlər olub, ancaq bu onlardan deyil”.


Fakt
Vinisius “Real”ın heyətində keçirdiyi 307-ci oyunda qol sayını 104-ə çatdırdı. Ronaldo isə bu qədər qolu 177 oyunda vurub. Ronaldo ilə Vinisius bu mənada “Real”ın braziliyalı rekordçularıdı.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Aprel 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda şagirdin saçı qırxıldı Dərsdə saqqız çeynədiyinə görə VİDEO

08 İyun 2026 23:04see336

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see279

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see269

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see232

Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq

09 İyun 2026 00:01see224

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see214

Gənc ana və oğulları

09 İyun 2026 03:48see195

10 KOB subyekti də “startap”çı oldu

09 İyun 2026 03:24see189

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see185

İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı Tramp

10 İyun 2026 00:43see181

Ofelya Sənanidən emosional arzu

08 İyun 2026 21:32see180

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09 İyun 2026 02:15see179

“RB Leypsiq”in müdafiəçisi Lukeba Anqola millisinin üzvü ola bilər

09 İyun 2026 01:50see175

“Döyüş başlıqları anbarlardan çıxarılır” SIPRI dən həyəcan təbili

09 İyun 2026 04:30see169

Səhhətinə görə ekranlardan uzaq qalıbmış

09 İyun 2026 01:10see168

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see165

Qulaqdakı bu xətt infarkt riskini göstərir

09 İyun 2026 03:03see164

Nurgül Yeşilçayın yay tətilindən cazibədar FOTOLARI

08 İyun 2026 22:51see162

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

09 İyun 2026 16:43see156

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri