Icma.az
close
up
RU
Menu

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

Əziz Əliyev Güney Azərbaycandan Mir Cəfər Bağırova nə yazırdı? Tarixi araşdırma

Əziz Əliyev Güney Azərbaycandan Mir Cəfər Bağırova nə yazırdı? Tarixi araşdırma

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşür. Yazının əvvəlini buradan oxuya bilərsiniz.
...İngilislər işğal etdiyi ərazilərin “düşmən ünsürlər”dən təmizlənməsini (yəni ingilislərə etiraz edən yerli hakimiyyət orqanları rəhbərlərinin həbsləri və dəyişdirilməsi) siyasətini həyata keçirirdi. Onlar dayanmadan antisovet zəminində şahı və hökuməti “şimal əyalətlərinin bolşevikləşdirilməsi” ilə qorxudurdular. Britaniyanın keçmişinə söykənən aqressiv siyasətindən müəyyən qorxunun varlığı, eləcə də SSRİ-dən mümkün “bolşevik təhlükəsi” ilə bağlı narahatlığın olması İran hökumətinin Amerika Birləşmiş Ştatları ilə dostluq münasibətlərini inkişaf etdirməsinə səbəb oldu.
29 mart 1943-cü ildə ABŞ-İran ticarət müqaviləsi imzalandı. Bu müqavilə ticarətin inkişafını nəzərdə tutur, gəmiçilik və digər müharibə şərtlərinin təmin edilməsinə imkan verirdi. İran ABŞ-dən idxal edilən bir çox mallara rüsumları azaltmağa razılaşdı, digər malları, xüsusən də avtomobil məhsullarını 15% inhisar vergisindən azad etdi. ABŞ isə öz növbəsində İrandan idxal etdiyi mallara, xüsusən də xalçalara rüsumları aşağı saldı.

1942-ci ilin ikinci yarısında ABŞ-nin Tehrandakı missiyası dövlət xadimləri və mətbuatla əlaqə yaratmağa başladı. Eyni şey yerlərdə də müşahidə edilirdi. Məsələn, Azərbaycanda amerikalıların yerli dövlət aparatını özünə tabe etmək istəyi və ziyalıları təsir altına salmağa cəhdlər olundu. Ölkənin iqtisadi və siyasi həyatının bütün sahələrinə nüfuz edən nazirliklərdə, xüsusən də İran ordusunda amerikalı müşavirlər yeriləşdirildi. ABŞ qoşunlarının yeridilməsi üçün trans-İran dəmir yolunun cənub hissəsi istifadəyə verildi, dəmir yolunun imkanlarının genişləndirilməsi üçün böyük sərmayə qoyuluşları ilə irimiqyaslı layihələr həyata keçirilməyə başlanıldı. Bütün bunlar ABŞ-nin İranda mövqelərinin güclənməsi demək idi.
Aydındır ki, ABŞ-nin İrana belə geniş şəkildə nüfuz etməsi İngiltərənin maraqlarına cavab vermirdi. Bu da şübhəsiz ki, ümumilikdə İngiltərə-ABŞ ziddiyyətlərinin inkişafına səbəb olmuşdu. Sovet İttifaqı Hərbi Baş Kəşfiyyat İdarəsinin 14 sentyabr 1942-ci il tarixli arayışından öyrənirik ki, (ARDA, f. 28, siy. 4, s. v. 2, vər. 46-62) Türkiyə də İranda baş verən bu proseslərə laqeyd deyildi. Kürd məsələsi ilə bağlı ingilislərlə türklər arasında müəyyən gərginlik yaşanırdı.

Türklər Cənubi Azərbaycanda təbliğat işlərini xeyli gücləndirdilər. Azərbaycanın hər yerində intensiv kəşfiyyat işləri aparmağa başladılar. Aərbaycanda öz təsirlərini gücləndirmək üçün azərbaycanlılarla kürdlər arasında ziddiyyətlərlə bağlı bəyan edirdilər ki, Azərbaycan əhalisini kürdlərin soyğunçuluğundan yalnız Türkiyə xilas edə bilər.
Bu istiqamətdə M.C.Bağırovun Əziz Əliyevə təlimatları belə idi (ARPİİİSSA, f.1. siy. 89, iş. 10, səh. 9 – 11): “İndi çoxları Güney azərbaycanlılara sahib çıxmağa başlayıblar, bunlardan da biri Osmanlı türkləridir. Yəqin ki, onlara belə bir əmr gəlib və onlar Güney Azərbaycanlılarla qohum olduqlarını təbliğ etməyə başlayıblar. Onlar indiyə qədər harada olublar? Onların yolunu kim kəsmişdi? İş o yerə çatıb ki, Tehranla Ankara arasında mübahisə başlayıb. Sanki 5 milyonluq Azərbaycan xalqı kimsəsiz qalıb. Məqsədlərimiz bizə aydındır, yolumuz aydındır… Biz sovet azərbaycanlıları deyə bilərik ki, artıq biz məqsədimizə nail olmuşuq… qədim dövlətçiliyə, min illik tarixə malik olan insanlar, azərbaycanlılardır”.

Eyni zamanda sovet hərbi kəşfiyyatının nümayəndəsi yazırdı (ARDA, f.28, siy. 4, s. v. 2, vər. 46 – 62): “Güman etmək olar, türklər müharibədən sonra Azərbaycanın Türkiyəyə birləşdirilməsi üçün zəmin hazırlayırlar. Lakin türklər, məsələn, Makinsk bölgəsində kürdlərə daha çox diqqət yetirir. Cəlali qəbiləsinin başçılarından biri olan Ömər xanı güclü şəkildə dəstəkləyirlər. Şahpur bölgəsinin kürd liderlərindən biri Kotasda türklərlə sıx bağlıdır”.
Cənubi Azərbaycanda həyata keçirilən “Böyük Azərbaycan” layihəsi nəinki İran irticasını, həm də regionda aktivləşən bir çox qüvvələri narahat etməyə başlamışdı. Əziz Əliyev M.C.Bağırova rəhbərlik etdiyi Qrupun işi və Cənubi Azərbaycanın vəziyyəti haqqında ilk geniş hesabat göndərir.
Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırova Cənubi Azərbaycanda vəziyyət haqqında (ARPİİİSSA, f.1. siy. 89, iş. 4, səh. 33 – 45):
“Əhali sovetlərin İrana daxil olmasını sovetləşmənin elementi kimi qəbul edirdi. Amma biz siyasi işçilərimizə tapşırmışıq ki, hansısa şübhəli qüvvələrin törətdiyi bu təxribatı dayandırsınlar. Sovet ordusunun hissələrinin yerləşdiyi bütün şəhərlərdə və yaxın kəndlərdə əhali arasında geniş təbliğat işlərinə başladıq. Yayılan təbliğat vərəqələrinin əhaliyə güclü təsiri var. Bizə bir çox yerlərdə kəndlilər açıq şəkildə deyirdilər: “Əgər siz getmək istəsəniz belə, biz Qızıl Ordunun İran Azərbaycanını tərk etməsinə icazə verməyəcəyik”. Artıq Azərbaycanın bütün bölgələrində əhali İranın dövlət orqanlarının törətdiyi qanunsuzluqlardan bizə şikayət etməyə başlayıb. Biz onları hər cür qoruyuruq.
Əhali tərəfindən hərarətlə qarşılanan “Vətən uğrunda” qəzetinin artıq iki nömrəsini Azərbaycan dilində nəşr etmişik. Urmiya və Pəhləvidə Azərbaycan dilində qəzetin nəşrinə böyük ehtiyac var. Təbrizdə 15 il ərzində Azərbaycan dilində bir dənə də olsun elm, texnika, poeziya və ədəbiyyat sahəsində yazıçı və şairlərin yaradıcılığının inkişafı üçün şərait yaradılmayıb; hamısı şah rejimi tərəfindən təqib olunublar. Zeynal Gənci, Turxan Gənci, Nadir Fitrət, Ruhi, Sadiq Naxçıvan, Qeybullah Cavid və başqaları kimi Təbriz şair və yazıçıları heç bir əsərini çap etdirə bilmirdilər.
Məktəblərdə bir qayda olaraq, rəhbər vəzifələr farslarla zəbt edilibdir. Professor-müəllim heyətinin əsas hissəsi mövcud nizam-intizamın əleyhinə çıxıb, xalq təhsili sistemində köklü dəyişiklik, məktəblərdə dərslərin Azərbaycan dilində keçirilməsini, farslara görə imtiyazların aradan qaldırılması tələblərini irəli sürür. Şəhərlər və kəndlər son dərəcə antisanitar vəziyyətdədir. Hazırda həkim qrupları rayonlar üzrə sanitar xəritələrin tərtib edilməsi üzərində işləyirlər.

Oktyabrın 6-da professor Fəxrinin rəhbərliyi ilə Təbriz şəhərinin yerli həkimləri ilə qarnizonun hərbi həkimləri arasında görüş keçirildi. Qadınlar arasında işləmək üçün mama və qadın həkimlərdən ibarət orta səviyyəli tibb kadrlarına təcili ehtiyac var. İqtisadi cəhətdən də bizə qarşı təxribatlar intensivləşmişdir. Təbriz vilayətinin valisi özü təxribatçıların himayədarıdır. Bir çox sənaye müəssisələrinin işləmədiyini, iri tacirlərin bir hissəsinin Tehrana və ingilislərin işğal etdiyi ərazilərə getdiyini bilən qubernator bizim tələblərimizə baxmayaraq, son vaxtlara qədər iqtisadi həyatı normallaşdırmaq üçün heç bir tədbir görmürdü və hər dəfə bundan çəkinirdi. Yalnız bu yaxınlarda onun əməlləri ilə bağlı məsələnin Tehrandakı səfirliyimiz vasitəsilə İran hökumətinin diqqətinə çatdırılacağı barədə ciddi xəbərdarlıq edildikdə, hiss olunur ki, İran hökuməti daha qətiyyətli tədbirlər görməyə başladı.
Yoldaş Bağırov!
Təbrizdə və digər şəhərlərdə Qızıl Ordu əsgərləri tərəfindən ayrı-ayrı məntəqələrdə talanlar da baş veribdir, onlar gecələr silah axtarışı adı ilə ev-ev gəzib pul tələb edirlər. Belə faktlar çox olur və biz belə halların qarşısını almaq üçün müvafiq tədbirlər görürük. Digər tərəfdən, Ermənistan SSR Xalq Daxili İşlər Komissarının müavini Gözəlyan trofey avtomobili mənimsəyibdir və geri qaytarılması ilə bağlı təkrar tələblərimiz nəticəsiz qalıbdır”.
47-ci Ordunun Hərbi Şurasının üzvü polkovnik-komissar Əziz Əliyev,
24.10.1941-ci il.
Ardı var…
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 May 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see191

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see180

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see173

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see145

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see142

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see130

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see130

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see129

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see128

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see128

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see127

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see126

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see125

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see123

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see123

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see122

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri