Icma.az
close
up
RU
Ondan Allahın özü də qorxurdu... Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

Ondan Allahın özü də qorxurdu... Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün görkəmli yazıçı, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi Məmməd Səid Ordubadinin anım günüdür.
Kulis.az "Tarixin kulisi" layihəsi çərçivəsində Elnur Musayevin tərtib etdiyi "Azərbaycan yazıçılarının repressiya illərinə dair xatirələrindən" beşinci hissəni təqdim edir.


..Şair Süleyman Rüstəm nəql edir ki, bu əhvalat 1938-ci ilin əhvalatıdır.

Şirin yuxuda idim. Birdən telefon səsi eşidildi. Hövlnak yuxudan ayıldım. Çünki o vaxtlar tuthatut illəri idi. Bu gündən sabaha etibar yox idi. Hər gecə beş-on ziyalı, ictimai dövlət xadimi həbs olunurdu. İşığı yandırıb saata baxdım. Saat üçə az qalmışdı. Şəhər zülmət qaranlığa bürünmüşdü. Zəng ikinci dəfə təkrar olanda cəld dəstəyi qaldırdım. Mərkəzi Komitədən Mir Cəfər Bağırovun köməkçisi idi. Onun səsinin ahəngi xoşuma gəlmədi:
- Süleyman, aşağıda sizi xüsusi maşın gözləyir! Təcili maşına əyləşin! Kişi (O zaman M. Bağırova "kişi" deyərdilər) sizinlə görüşmək istəyir.
Ətim ürpəşdi. Soyuq tər bədənimi basdı. Mənim vəziyyətimi gözünüzün qabağına gətirin. Adətən, "qorxulu xalq düşmənlərini" belə qaranlıq gecələrdə xəlvəti götürürdülər. Hara aparırdılar, kim aparırdı, onu bircə Allah bilirdi.
Ailədə hamı qorxuya düşdü. Şivən başladı. Anam da, atam da, bacım da, həyat yoldaşım da için-için ağlayırdı. Onlara ürək-dirək verdim:
- Ölü dalınca ağlayarlar, səsinizi kəsin! Kişinin mənimlə nə işi var?! Mən sadə bir dəmirçi oğluyam. Məndən "xalq düşməni" olar?
Anam Xırdaxanım əllərini göyə qaldırıb o bir Allaha məni tapşırdı: "Ya gözəgörünməz tanrı, sən Mir Cəfər Bağırovun dil-ağzını bağla, onun ürəyinə rəhm sal. Mənim balamla işi olmasın".
...Mən maşına əyləşəndə saat dördə işləyirdi. Çox keçmədi ki, sürücü məni Mərkəzi Komitəyə gətirdi. M.Bağırovun köməkçisi yəhudi idi. O, saatına baxıb narazı halda başını buladı: İki dəqiqə kecikmisiniz, belə olmaz! Tez olun, kişinin vaxtı yoxdur, keçin içəri!
Mən Bağırovun otağına girdim. O, stulunda əyləşib çay içirdi. Sifətində bir o qədər də qəzəb hiss olunmurdu. Eynəyinin altından məni sınayıcı bir nəzərlə süzürdü. Hiss etdi ki, bərk qorxmuşam. Çünki sifətim ağappaq idi. O, amiranə bir səslə dedi:
- Əyləşin!
Mən irəli yeriyib stulun birini altıma çəkdim. Ancaq nəzərim onun sifətində idi. Sifətində qəzəb qarışıq şeytanın da baş aça bilməyəcəyi bir təbəssüm var idi. O, qəsdən dinmir, məni intizarda saxlayırdı. Elə bil mənimlə məzələnirdi. Handan-hana Bağırov "əsl mətləbə" keçdi:
- Hə, dəmirçi oğlu, kefin necədir?
- Sağ olun, yoldaş Bağırov, pis deyil.
- Bilirsən, sizi niyə çağırmışam?
- Xeyr, yoldaş Bağırov.

O yenə xeyli duruxdu. Hiss edirdim ki, qəsdən sükut yaradır. Bədənim daha da istilənməyə başladı. Diqqətlə onun sifətinə baxırdım. Sifətində mücərrəd bir ifadə var idi.
"Bu gözlüklü ilan deyəsən məni qəfil çalmaq istəyir. Yəqin, gözləyir ki, çekistlər gəlsin. Ona görə də mətləbi yubadır. Allaha təvəkkül. Ölümdən o tərəfi yoxdur ki. Nə olacaq, olacaq..."
Özümü yığışdırıb dəsmalla alnımın tərini sildim. Bağırov gördü ki, vəziyyətim tamam ağırlaşır. Odur ki, gülümsəyə-gülümsəyə dedi:
- Dəmirçi oğlu, sizi təbrik edirəm!
- Nəyə görə, yoldaş Bağırov?
- Sizi Qubadan Azərbaycan SSR Ali Sovetinə deputat vermişəm. Öz vətənimdən. Ona görə də sizi çağırmışam ki, muştuluqlayam. Sabah Qubadan maşın gələcək. Orda yaxşı çıxış eləyərsən...
...Elə bil ki, üstümdən ölüm hökmünü götürdülər. Dirçəldim. Bilmədim ki, Bağırova necə təşəkkür edim. Bircə onu dedim ki, yoldaş Bağırov, evdə elə bilirlər ki, məni həbs etmək üçün çağırmısınız. İndi bizim evdə ağlaşmadır. Xahiş edirəm, icazə verin, evə zəng vurum.
Mən Bağırovun kabinetindən anamla danışdım... Evdə hıçqırıq səsi eşidilirdi. Bağırov telefonun dəstəyini məndən aldı. Anam Allaha da dua edirdi, seyidə də. Bağırov anamın səsini eşidəndə yumşaldı:
- Ana anadır, Süleyman. Ona görə də Allah onun niyyətini yerinə yetirdi, yoxsa işi bilmək olmazdı. Anan namaz üstə imiş.
Sonra Bağırov mənə dedi ki, qocanı da çağırmışam. O, qoca deyəndə yazıçı Məmməd Səid Ordubadini nəzərdə tuturdu. Vaxtilə Həştərxanda sürgündə olmuşdular. Ona görə də zarafatları var idi. Bağırov dedi ki, gülüb eləmə. İşi korlayarsan. Görək qoca özünü necə hiss edir. Mənim bu gecə zarafatıma dözürmü?
Elə bu vaxt qapı açıldı. M. S. Ordubadi qorxa-qorxa içəri girdi. Sir-sifəti tamam ağarmışdı. Elə bil mürdəşir onu indicə kəfənə bükəcəkdi. O, Bağırovun qəzəbli baxışına tab gətirməyib divara söykəndi. Dizləri büküləndə ayağa qalxdı. İstədim, onun qolundan yapışam. Bağırovun hökmlü səsi eşidildi:
- İkinizin də qulaqlarını gərək dəryada balıqlara yedirdəm! İkiniz də qatı xalq düşmənisiniz! Əyləşin, indi çekistlər gəlib sizi aparacaq!
Ordubadi dizi üstə döşəməyə çökmüşdü. O, iki əlini Bağırova uzadıb yalvardı:
- Yoldaş Bəqirov, sən o Volodyanın canı, mənimlə işin olmasın. Bu qoca vaxtımda məni vətənimdən sürgün etmə. Onsuz da Nikolay mənə sitəm eləyib!
Valodya Bağırovun istəkli oğlu idi. Həştərxanda Ordubadinin qucağında böyümüşdü. Odur ki, Bağırov özünü saxlaya bilməyib güldü. Məsələni anlayan Ordubadi ayağa qalxıb uşaq kimi küsdü:
- Yox, yoldaş Bəqirov, bundan sonra məni danışdırma. Mən ki ölmüşdüm, mənə yazığın gəlmir? Vallah, Valodyaya şikayət edəcəyəm.

Caninin zarafatı qurtardı. Hər ikimizə çay gətirdilər. Limonlu çay içdik. Söhbət şirinləşdi. Bağırov dedi ki, Məmməd Səid Ordubadini Culfadan deputat vermişəm.

Ordubadi bilmirdi ki, Bağırova necə təşəkkür etsin. Amma onu da etiraf etdi ki, maşın təhlüksizlik idarəsinin qabağından ötəndə bərk həyəcan keçirib. Elə bilib ki, indicə onu tutub-basacaqlar gedər-gəlməzə. Bağırovun da ondan xəbəri olmayacaq.
Mən həmişə bu əhvalatı yazıçı dostlarıma söyləyəndə Ordubadi pərt olurdu. İnanın ki, Bağırovdan Allahın özü də qorxurdu! O ki, qaldı, bəndə ola! O günlər getsin, bir də gəlməsin!

Ardı var...

(Yazıda Cəlal Bərgüşadın xatirlərindən istifadə olunub)

Aranda kino günlərinə start verilir Ovçu qışqırığı - Uilyam Qoldinqin hekayəsi Xalqsız xalq şairləri - Hüseyn Arif
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 May 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see258

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see199

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see183

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri