Icma.az
close
up
RU
F 35 Trampın qurbanına çevrilə bilər, sifarişçilər narahatdır FT

F 35 Trampın qurbanına çevrilə bilər, sifarişçilər narahatdır FT

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Amerikanın F-35 qırıcı təyyarəsi ABŞ-ın ən bahalı müdafiə proqramına çevriləcək. 

Qaynarinfo xəbər verir ki, bunula belə, Financial Times-ın yazdığına görə, bu layihə Donald Trampın siyasətinin "qurbanı" ola bilər.

Amerikanın müdafiə sənayesi şirkətləri ənənəvi olaraq beynəlxalq tərəfdaşlara silah satışlarını artırmaq üçün güvənirdi. Ancaq Tramp administrasiyasının NATO-ya münasibəti bəzi ölkələrin ABŞ-dan asılılığını yenidən nəzərdən keçirməsinə səbəb olub ki, bu da müdafiə sənayesində narahatlıq yaradıb.

"Tamamilə siyasi amillərin gələcək tenderlərdə perspektivlərimizə zərər vuracağından narahatam", – deyə amerikalı podratçılardan birinin rəhbəri bildirib.

Xüsusi diqqət F-35-ə yönəlib – bu, ABŞ-ın ən bahalı müdafiə proqramı və Lockheed Martin üçün əsas gəlir mənbəyidir. Qərb Hərbi Hava Qüvvələri üçün əsas qırıcı olmasına baxmayaraq, ABŞ-ın uzaqdan bu təyyarələrin sistemlərini bloklamaq ehtimalı ilə bağlı narahatlıqlar var.

Tramp vəziyyəti daha da gərginləşdirərək müttəfiqlərə "zəiflədilmiş" versiyada təyyarələr satmağı təklif edib. O, bunun səbəbini belə izah edib: "Bir gün, bəlkə də, onlar bizim müttəfiqimiz olmayacaqlar". Tramp, hələ istehsala başlamamış F-47 qırıcısını nəzərdə tutub.

F-35 nədir?

F-35 dünyada yeganə uzaqmənzilli "görünməz" qırıcıdır. Onun stealth texnologiyası radarlara yaxalanmanı çətinləşdirir, "sensor dəsti" isə pilotlara düşmən barədə operativ məlumat verir.

Bu təyyarədən ABŞ və 19 müttəfiq ölkə, o cümlədən Yaponiya istifadə edir. F-35-in istehsalına Böyük Britaniya, İtaliya və Yaponiya kimi tərəfdaşlar cəlb olunub. BAE Systems təyyarənin fuselyaj hissələrini və radioelektron sistemlərini istehsal edir.

Hökumətlər niyə narahatdır?

Pentaqonun Birləşmiş Proqramlar Ofisi "bloklama mexanizminin" mövcudluğunu inkar edir, lakin bəzi ölkələr alternativ variantları nəzərdən keçirir. Kanada və Portuqaliya başqa seçimlərə baxır. Ottava planlaşdırılan 88 F-35-dən yalnız 16-nın alınmasını maliyyələşdirib və bütün təyyarələrə ehtiyac olub-olmadığını analiz edir.

Böyük Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutundan (RUSI) Castin Bronk izah edir ki, F-35 istifadəçilərinin çoxu missiya məlumat bazalarından asılıdır. Bu da ABŞ-dan asılı olan ölkələr üçün "geosiyasi risk" yaradır.

F-35-ə alternativlər

Birbaşa analoqu yoxdur, lakin mümkün seçimlər var: Eurofighter Typhoon, Rafale və Gripen.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutundan (IISS) Duqlas Barri hesab edir ki:

"Əgər F-35 müştərisisinizsə və yüksək texnoloji səviyyədə qalmaq istəyirsinizsə, o zaman Eurofighter Typhoon və ya Rafale seçirsiniz".

Gripen "çox güclü" hesab edilsə də, bir mühərrikə sahibdir. Bu, ikimühərrikli Rafale və Typhoon-dan fərqli bir xüsusiyyətdir. Bununla belə, Avropa istehsalçıları təyyarələri ləng tempdə buraxır.

Capital Alpha Partners şirkətindən Bayron Kallan vurğulayır:

"Typhoon, Rafale və Gripen ayda cəmi bir neçə ədəd istehsal olunur".

Almaniya isə ABŞ-ın nüvə silahlarını daşıya bilən Tornado qırıcılarını əvəzləmək üçün F-35 almaq qərarına gəlib. Airbus Defense and Space-in icraçı direktoru Maykl Şolxorn bu qərarı belə əsaslandırıb:

"Onsuz da nüvə bombası məsələsində ABŞ-dan asılısınız. Ona görə də, qalan məsələlərdə də asılı qalmaq daha məntiqlidir".

Lockheed Martin üçün nəticələr

Narahatlıqlara baxmayaraq, F-35-dən imtina etmək asan olmayacaq. Xüsusilə də, istehsal prosesinə cəlb olunmuş ölkələr üçün. Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, ölkəsi F-35 sayını artırmağı planlaşdırır, çünki "bu təyyarələrin sayını genişləndirmək məntiqlidir".

ABŞ Aerokosmik Sənaye Assosiasiyasından Daq Hardvik qeyd edir ki, ABŞ və Avropa şirkətləri arasındakı əlaqələrin qırılması uzunmüddətli təsirlərə səbəb olacaq, çünki istehsal zənciri artıq inteqrasiya olunub.

Lockheed Martin hazırda ildə 155 F-35 istehsal edir və 408 sifariş portfelinə malikdir. Ümumi proqnoz 2300 təyyarə satışıdır. Qiyməti 80-110 milyon dollar arasında dəyişir.

Pentaqonun 2025-ci il üçün 68 F-35 istəməsi, beynəlxalq sifarişlərin istehsal tempini qorumaq baxımından vacibliyini vurğulayır. Lockheed həmçinin Hindistan, Səudiyyə Ərəbistanı və digər ölkələrlə mümkün sövdələşmələri nəzərdən keçirir.

Duqlas Barri yekunlaşdırır:

"Heç kim müştərisini itirmək istəmir. Bir dəfə onu ələ keçirdinsə, orada saxlamaq istəyirsən".

F-35-in problemləri – nə məlumdur?

Daha əvvəl The Telegraph yazırdı ki, hazırda F-35 dünyada geniş miqyaslı boykotla qarşılaşır. Bu qırıcıların gələcəyi bir vacib sualdan asılıdır: ABŞ müttəfiqləri bundan sonra da ona etibar edə biləcəkmi?

Əsas müttəfiqlər artıq F-35-in gələcək sifarişləri ilə bağlı şübhələrini ifadə ediblər. Onlar ABŞ-dan ehtiyat hissələri və proqram təminatı yeniləmələrinin asılı qalmasını riskli hesab edirlər, çünki bu komponentlər təyyarələrin havada qalması üçün həyati əhəmiyyət daşıyır.


Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Mart 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri