Icma.az
close
up
RU
Rusiyaya kəskin sanksiyaların tətbiqi Trampın özünə qarşı çevrilə bilər

Rusiyaya kəskin sanksiyaların tətbiqi Trampın özünə qarşı çevrilə bilər

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Neft və qazla bağlı Rusiyaya kəskin sanksiyaların tətbiqi bumeranq kimi Tramp adminstrasiyasının özünə qarşı çevrilə bilər. Belə ki, verilən təklif Rusiyaya mənfi təsir göstərəcək, amma eyni zamanda neftin qiyməti 100 dolları keçəcək”.

Qaynarinfo-ya açıqlamasında bunu ReAL Partiyasının sədri Natiq Cəfərli amerikalı iqtisadçıların Putini müharibəni dayandırıb, danışıqlar masasına oturmağa məcbur etmək üçün ABŞ Prezidenti Trampa ünvanladıqları təklifi şərh edərkən deyib. 

Ekspert qeyd edir ki, Rusiyaya qarşı müharibə başlayandan bəri tətbiq edilən sanksiyalar həmişə yarımçıq olub:

"Yəni Rusiya sanksiyalardan yan keçmək üçün kifayət qədər imkan və fürsətlərdən yararlanıb. Bunu Qərb də görür. Məsələn, Ermənistan, Hindistan Rusiyaya sankskiyalardan yayınmaqda yardım edirdi. Amma neft və qazla bağlı kəskin sanksiyaların olması Tramp adminstrasiyasının özünə bumeranq kimi geri dönə bilər. Çünki Rusiya neftini dünya bazarından tamamilə sıxışdırıb çıxarmaq mümkün olsa, bu halda neftin qiyməti bahalaşaraq 100 dolları keçəcək”. 


Yəni ekspertin fikrincə, verilən təklif Rusiyaya mənfi təsir etməklə yanaşı, dünya bazarında neftin qiymətini də bahalaşdıracaq: 

"Tramp isə neftin ucuz olacağına söz verib. Çünki infilyasiyanın qarşısını kəsmək, Amerika iqtisadiyyatındakı dalğalanmaları dayandırmaq üçün o, neft hasilatını artırmaq və qiyməti salmağı düşünür. Başqa bir tərəfdən, Çin Rusiyadan neft almaqda davam edəcəksə, ABŞ ona qarşıdamı sanksiya tətbiq edəcək?   

Qeyd edək ki, xarici mətbuatın yazdığına görə, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Putini danışıqlar masasına oturmağa və Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək üçün daha yaxşı kartlara ehtiyacı var.

Məşhur amerikalı iqtisadçılar Qlenn Hubbard və Katerin Volfram "The New York Times" üçün köşə yazısında "Amerikanın əlini təkmilləşdirməyin" sadə yolunu göstəriblər. Onlar Rusiya neftinin və qazının satışında iştirak edən hər kəsə, istənilən ölkədə sanksiyalar tətbiq etməyi təklif edirlər. Moskva yalnız hər çatdırılma üçün rüsum ödəməklə bunun qarşısını ala bilərdi: "Bu rüsum aşağı səviyyədə başlayacaq və sülh razılaşması olmadan keçən hər həftə artacaq".

Rusiya ödəməsə, ikinci dərəcəli sanksiyalar neft tankerlərinin sahibləri, sığortaçılar və alıcılar da daxil olmaqla, əməliyyatın bütün iştirakçılarının çiyninə düşəcək. 

İqtisadçılar qeyd edirlər ki, belə bir rüsum Ukraynanın faydalı qazıntıları üzrə sazişdən fərqli olaraq ABŞ-ı dərhal pulla təmin edəcək. Onların fikrincə, neftin bir barreli üçün 20 dollarlıq ödəniş gündə 120 milyon dollara qədər gəlir gətirə bilər: "Məqsəd Rusiya neftinin dünya bazarlarına axmasını saxlamaq, lakin Kremlə daha az pul axın edilməsinə nail olmaqdır. Bu plan Rusiyanın müharibəni davam etdirmək qabiliyyətini zəiflədəcək, onu danışıqlar masasına oturmağa məcbur edəcək, eyni zamanda ABŞ hökumətinin xəzinəsini dolduracaq". 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Mart 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri