Fabreqas İtaliyanı Almaniyaya dəyişir
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İtaliyanın "Komo" klubunun baş məşqçisi Sesk Fabreqas gələn mövsümdən Almaniya Bundesliqasında çalışa bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, "Leypsiq" klubunun baş məşqçisi postuna əsas namizədlərdən biri məhz Fabreqasdır.
Namizədlər siyahısında “Kristal Pelas”dan avstriyalı Oliver Qlasner, “Şeffild Uensdey”in alman çalışdırıcısı Dani Röl, eləcə də onun həmyerlisi, “Bayer Leverkuzen”, PSV və “Benfika”nın keçmiş məşqçisi Rocer Şmidt də var.
Fabreqasın "Komo" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Bu səbəbdən Almaniya klubu İtaliya tərəfinə satınalma məbləği ödəməli olacaq.
"Leypsiq" bir gün əvvəl 2022-ci ilin payızından komandaya rəhbərlik edən, Almaniya Kubokunu və Super Kubokunu qazanan baş məşqçi Marko Rousu istefaya göndərib. Komanda hazırda köməkçi Jot Lövün müvəqqəti idarəçiliyi altındadır.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 11 Aprel 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















