Faiq Həsənovun “Şahmat klubu” verilişi ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşüb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 13 may, AZƏRTAC
AZTV-də Azərbaycan şahmatının canlı əfsanəsi, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun “Şahmat klubu” verilişinin ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşməsi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Guinness World Records”un rəsmisi Şeyda Subaşı bütün məlumatların hərtərəfli nəzərdən keçirildiyini, rekord üçün tələb olunan meyarlara cavab verdiyini təsdiqləyib və “Ginnesin Rekordlar Kitabının” diplomunu Faiq Həsənova təqdim edib.
Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov beynəlxalq dərəcəli hakimin şahmat sahəsində xidmətlərindən danışıb, gənc şahmatçılar nəslinin yetişdirilməsində onun rolunu xüsusi vurğulayıblar.
Rəsmi hissəsindən sonra F.Həsənovun həyat və fəaliyyətinə həsr olunmuş “Fiqurların hakimi” filmi nümayiş etdirilib.
“Şahmat klubu” verilişi 1969-cu il martın 27-dən Azərbaycan Televiziyasında yayımlanır.
Qeyd edək ki, Faiq Həsənov ötən ay şahmat üzrə ən uzunmüddətli kişi hakim olaraq rekord müəllifi kimi xüsusi diploma layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 13 May 2025 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















