Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Gürcüstandan gələn maşınlar haqda ŞOK FAKTLAR

Gürcüstandan gələn maşınlar haqda ŞOK FAKTLAR

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“VİP Escort” şirkətinin rəhbəri, avtomobil bazarı üzrə ekspert Rəşad Quliyevin Fins.az-a müsahibəverib.BAKU.WS həmin müsahibəni sizə təqdim edir.-Azərbaycan ikinci əl avtomobil bazarı əsasən Gürcüstanla əlaqəlidir. Tez-tez xarici bazarlarda olursuz. Azərbaycana bu ölkədən əsasən hansı avtomobillər gətirilir?-Gürcüstanda satılan avtomobillər əsasən Amerikadan gətirilir. Bunlar əsasən vurulmuş, əzilmiş, hava yastıqları açılan avtomobillərdir. Bu avtomobillər Gürcüstan təmir edilir və Azərbaycan, Ukrayna, Rusiya və digər MDB ölkələrində satışa çıxarılır. Gürcüstan bazarında demək olar ki, təmiz maşın yoxdur. Olsa da, bu çox bahadır. Vuruq avtomobillərin Azərbaycana gətirilməsinin əsas səbəbi isə ucuz başa gəlməsidir. Bu avtomobillər Amerikada hərracda 2000-4000 dollara alınır. Gürcülər təmirə bir qədər pul xərcləyir və yerli avtomobil alverçilərilərə satır. Yerli alverçilər də üstünə 1000-2000 manat qoymaqla avtomobili Azərbaycanda satışa çıxarır. Məsələn, avtomobilin vuruğundan aslı olaraq 2011-ci il model KİA Optima Amerikadan 3-4 min dollara gətirilir. Gürcülər onu 1000-1500 dollara təmir edib Azərbaycanlı alverçilərə satırlar. Azərbaycan bazarında isə bu avtomobil 24 min manata təklif edilir.Azərbaycana gətirilən belə avtomobillər arasında hətta qəzada yük maşının altında əzilən, dayaqları sıradan çıxan avtomobillər var. Yarısı olmayan iki avtomobili Gürcüstanda elə calaq edirlər ki, bunu ancaq bu işin peşəkarları müəyyən edə bilir. Bəzi avtomobillərdə isə kiçik vuruqlar olur. Məsələn, avtomobilin buferi əzilibsə onu təmir edirlər. Alverçilər isə yerli bazarda ucuz satmaq üçün tamamilə əzilən avtomobilləri Azərbaycana gətirirlər.- ABŞ-dan gətirilən avtomobillər arasında qəzaya düşməyən modellər varmı?- Bəli, ABŞ-dan gətirilən qəza keçirməyən avtomobillər də var. Amma bu avtomobillərin başqa bir problemi var. Bu suda batmış maşınlardır. Suda batan avtomobillərin elektrik sistemi təbii ki, sıradan çıxır. Bu avtomobilləri də Gürcüstanda düzəldirlər. Amma avtomobilin ömrü qısa olur. Bütün naqillər və datçiklər suyun altında qaldığı üçün bir ay sürüldükdən sonra avtomobilin elektrik sistemi tam sıradan çıxır və təmir böyük xərc tələb edir. Yəni, avtomobil Gürcüstandan alınıbsa, hər hansı vuruğu yoxdursa, əmin olun ki o suda batıb.- Azərbaycana gətirilən belə avtomobillər əsasən hansı modellərdir?- Bazarın trendini alıcılar müəyyən edir. Azərbaycanda da belədir ki, bir neçə nəfər eyni maşını alırsa, hamı bu avtomobili almağa başlayır. Bununla belə bazarın trendi hər ay dəyişir. Hazırda isə Gürcüstandan Azərbaycana kütləvi daşınan KİA Optima və Hyundai Elantra modelləridir. Bundan əlavə, Almaniyadan gətirilib Gürcüstanda hissələri calaq edilən bəzi “Vito” modelləri satılır.- Bəs Dubaydan Azərbaycana hansı avtomobillər gətirilir?- Dubaydan əsasən ikinci əl “Mercedes Vito” modelləri gətirilir. 2013-cü il model qara rəng, “Vito” Dubayda neçəyə olsa yaxşıdı? 26-28 min dirhəm. Bu da 5-6 min dollar edir. Yol xərcini 1000 dollar və gömrük xərcini də 6000 dollar hesablasaq avtomobil Bakıya gətirilmə xərci 12 min dollar edir. Bakıda isə alverçilər onu 20 min dollara təklif edirlər. Halbuki, bu avtomobilin az yürüşlü versiyasını Almaniyadan gətirmək 26-27 min dollara başa gəlir. Satışa isə 28 min dollara çıxarılır. Hesab edirəm ki, avtomobil alıcılar bu məqama diqqət yetirməlidirlər. Məsələ ondan ibarətdir ki, bunlar səhrada 60 dərəcə temperaturda sürülən avtomobillərdir. Ona görə də Dubayda hətta bir-iki il sürülən avtomobilləri belə almırlar. 750 min kilomert sürülən “Mercedes Vito” Bakıya gətiriləndən sonra yürüş məsafəsi 150-170 min kilometrə qədər geri çəkilir. Bəzi “Vito”lar isə Dubay versiyası olsa da, avtomobildə ərəb yazıları olan şüşələr yenilənir, etiket qoparıldıqdan sonra Almaniya adı ilə satılır. Yəni, maya dəyəri 6 min dollar olan Dubaydan gətirilən “Vito” almaqdansa, maya dəyəri 26 min dollar olan təzə “Vito” almaq daha məqsədəuyğundur. Dubaydan gətirilən bu modellər vətəndaşların aldadılması ilə sadəcə alverçilərin böyük gəlir mənbəyinə çevrilib.- Avtomobil almaq istəyən vətəndaş sadaladığınız neqativ hallarla qarşılaşmamaq üçün nə etməlidir?- Avtomobil kompyuterdən keçirilən zaman bütün “oşıbka”lar üzə çıxır. Bundan əlavə, avtomobilin vuruğunun olub-olmadığını, rəng məsələsini, təhlükəsizlik yastıqlarını tanış ustaya mütləq yoxlatdırmaq lazımdır. Hətta bəzi hallarda xəsislik edib, avtomobilə hava yastıqlarını qoymurlar. Bu isə insan həyatı üçün böyük risk deməkdir. Sürücülərin böyük hissəsinin təhlükəsizlik kəmərini taxmadığını nəzərə alsaq, təsəvvür edin, kiçik qəza zamanı belə hava yastığı açılmaması ölümlə nəticələnə bilər. Ölüm hallarının artması isə eyni zamanda sığorta şirkətlərinin zərərlərini artırır. Problem ondan ibarətdir ki, hava yastıqlarının olub-olmadığını müəyyən etmək bəzən çox çətin olur. Çünki avtomobilin elektronika sisteminə müdaxilə edilir. Elektrik avtomobilin beyninə aldadıcı yerləşdirir. Bu datçik isə təhlükəsizlik yastıqlarının olduğunu göstərir. Halbuki, avtomobildə hava yastığı yoxdur. Bunu müəyyən etmək üçünsə mütləq təhlükəsizlik yastıqları açılıb baxılmalıdır. Əslində, bu təhlükəsizlik yastıqları elə də bahalı deyil. 200-300 dollar xərc aparır. Amma alverçilər bunu da qənaət etməyə çalışırlar.BAKU.WS
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Yanvar 2026 04:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri