Icma.az
close
up
RU
Falçı qapısı kasıblar getmir, varlıları isə aldadırlar

Falçı qapısı kasıblar getmir, varlıları isə aldadırlar

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı Nərgiz Soltanovanın cinayət işi ölkədə geniş yayılmış və illərdir müzakirə olunan bir fenomeni yenidən gündəmə gətirib: “falçılıq” və bu ad altında baş verən dələduzluqlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərgiz Soltanova külli miqdarda dələduzluqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. O, iki qadını - onlardan biri Ukrayna vətəndaşı olmaqla - "cadunu pozmaq", “müharibədən qorunmaq üçün ritual keçirmək” kimi vədlərlə ümumilikdə 74 min manat aldatmaqda günahlandırılıb.

Məlumata görə, Soltanova əvvəlcə taksi sürücüsü vasitəsilə tanış olduğu Nigar adlı qadına “kəfən dönməsi” adlı ritual təklif edib. Qadına öləcəyi barədə cadu edildiyini deyərək qorxudub və həmin “cadunu pozmaq” üçün ondan 21 min manat pul alıb. Digər hadisədə isə Ukrayna vətəndaşı Viktoriya adlı qadına və ailəsinə “müharibə təhlükəsindən qoruyacaq” ritual adı ilə 53 min manat qarşılığında “xidmət” göstərib.

Nərgiz Soltanova özünü təqsirli bilməsə də, məhkəmənin qərarı ilə barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilərək həbs-qətimkan tədbiri ilə əvəz olunub.

Bu fakt, ölkədə falçılıq və baxıcılıq adı altında baş verən dolandırıcılıqların tək-tük hadisə olmadığını bir daha təsdiqləyir. Qeyri-rəsmi fəaliyyət göstərən bu şəxslər, xüsusən də sosial şəbəkələr və ağızdan-ağıza yayılan “şöhrətləri” sayəsində insanların inamını qazanır və bu inamı sui-istifadə üçün alətə çevirirlər.

Kimlər baxıcılara gedir və niyə?

Azərbaycan reallığında bu cür şəxslərin “müştəri” bazası düşündüyümüzdən daha maraqlıdır. Adətən elə düşünülür ki, falçılara, baxıcılara kasıb təbəqə, savadsız insanlar üz tutur. Amma praktika göstərir ki, əksinə, onların əsas hədəfi varlı və ya müəyyən maddi imkanı olan insanlardır. Çünki maddi sıxıntı içində olan vətəndaşın “cadu pozdurmaq”, “dua yazdırmaq”, “ailəsini qorumaq üçün ritual etdirmək” üçün külli miqdarda vəsait xərcləməyə nə imkanı, nə də ehtiyacı var.

Psixoloqlar deyir ki, insanların falçılara üz tutmasının əsas səbəblərindən biri qorxu və çıxışsızlıq hissidir. Zahirən imkanlı görünən insanlar da zaman-zaman şəxsi həyatlarında yaşadıqları gərginliklərə görə rasional düşüncədən uzaqlaşa bilir, “son ümid yeri” kimi baxıcılara müraciət edirlər. Və təəssüf ki, bu anda qarşılarına çıxan “peşəkar dələduzlar” onların bu zəif anından istifadə edirlər.

Qanunvericiliyə görə, baxıcılıq və falçılıq kimi fəaliyyətlər birbaşa qadağan olunmasa da, bu fəaliyyət adı altında törədilən dələduzluqlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılır. Problem ondadır ki, bu kimi hallar çox zaman sübuta yetirilə bilmir. İnsanlar ya utandıqlarından, ya da hüquqi nəticələrdən qorxaraq şikayətçi olmaqdan çəkinirlər. Bundan başqa, Azərbaycanda bu sahədə konkret lisenziyalaşdırma və ya tənzimləmə mexanizmi yoxdur. Nəticədə “falçı”, “duaçı”, “enerji müalicəçisi” adı ilə fəaliyyət göstərənlərin böyük əksəriyyəti nəzarətsiz fəaliyyət göstərir.

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, falçı yanına getmək bütün dövrlərdə mövcud olub: “Qədim dövrlərdən bu günümüzədək falçılıq olub. Falçılar xurafatdan, cəhalətdən, yalançı inanclardan istifadə edərək insanları bu cür aldadırlar. Burada əsas məqsəd isə mənfəət əldə etməkdir. Maraqlı məqam isə ondan ibarətdir ki, belə falçıların insanlara təsir gücü çox olur. Onlar yanlarına gələn insanların həyəcanını, gərginliyini sezir, bədən dilinə baxır və onun əsasında proqnozlar verir. Göründüyü kimi, əslində insanın özü bütün məlumatları falçılara ötürür, lakin bunu şüurlu şəkildə etmir deyə fərqində olmur. Falçının dediyi təsadüfən düz çıxanda isə insanların ona inamı möhkəmlənir.

Bəzən insan çətin duruma düşür, çıxış yolu tapa bilmir, hətta saman çöpündən də yapışmağa hazır olur ki, o vəziyyətdən çıxsın. Belə olan halda onların vəziyyətindən falçılar deyilən dələduz zümrə məharətlə istifadə edir və çox böyük məbləğdə mənfəət əldə edir. Təəssüflər olsun ki, falçılara imkanlı və tanınmış şəxslər də müraciət edirlər. Onlar çətin durumda rasionallığı itirir, labrint vəziyyətdən yeganə çıxış yolunu mistikada görürlər. Halbuki bu qeyri-düzgün yoldur. Əfsus ki, Azərbaycanda falçılqla mübarizə kampaniya xarakterlidir. Halbuki falçılıq dələduzluğun bir növüdür, inzibati xətalar və cinayət məcəllələri ilə cəzalandırılmalıdır. Bu, ardıcıl şəkildə edilməlidir. Bu istiqamətdə maarifləndirmə işləri də aparılmalıdır ki, insanlar xurafatdan ayılsınlar, tələyə düşməsinlər. İnsanlar bir şeyi bilməlidirlər ki, əgər falçılar gələcəyi görmək və həyatı, çətinliyi dəyişmək qüdrətinə sahib olsaydılar, elə özlərinə və yaxınlarına kömək edərdilər, güzəranlarını yaxşılaşdırardılar da. Deməli, bu fırıldaqçılıqdır.  Həm din, həm də elm falçılığı rədd edir".   

Günel İsmayıllı

Psixoloq Günel İsmayıllı bildirir ki, falçıya inanmaq nəsildən-nəsilə ötürülən inanclar sisteminə bağlıdır: “Biz uşaqlıqdan nəyi görüb eşidiriksə, bunlar bizim beynimizdə şüuraltı səviyyəsində kodlanır. Həmin kodlanan fikir və düşüncələr avtomatik olaraq bizi yetkinlik çağımızda da idarə edə bilir. Falçıya gedənlər arasında təhsilli və varlı insanlar da var. Mən hər zaman deyirəm, ali məktəbdə təhsil almaq, çoxlu pula sahib olmaq hələ o demək deyil ki, şəxs ağıllı insandır. Bu, sadəcə, təhsilyönümlü bacarıqlara sahib olmaq deməkdir. Həmçinin bir insanın varlı olması da onun əlahiddə qabiliyyəti ilə bağlı olan bir şey deyil. Zənginlik nəsildən nəsilə də keçə bilər. Pula sahib olmaq hələ düşüncənin zənginliyi demək deyil. Düşüncədə zəngin olmaq üçün ilk növbədə biz öz reallığımızı, özümüzü tanımalıyıq. Əgər özümüzü tanımırıqsa, əzbərlənmiş bir həyat yaşayırıq. Yaşam isə bu deyil. Özümüzdən əvvəlki nəslin etdikləri qızıl qayda deyil, onların etdikləri səhvləri etmək məcburiyyətində deyilik.

Falçının insanın həyatını dəyişəcəyinə inanmaq insanın özünə dediyi ən böyük yalandır. İnsan arzusuna, istəklərinə çatmaq üçün bəzən özünə o qədər yalan danışır ki, bir müddət sonra isə görür ki, çöküb. Falçıya gedən insan təhsilli, savadlı şəxs ola bilər. Bu, formalaşmayan, inkişaf etməyən, düşüncənin zəifliyi ilə əlaqəlidir. Bir də insanın mənlyinin formalaşmaması var. Belə şəxslər əzbərlənmiş, nəsildən-nəsilə ötürülən kodlarla yaşayırlar. Bu o zamana kimi davam edir ki, şəxs öz səhvini görmür, onu sorğulayıb nəticə çıxarmır".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:303
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 İyun 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri