Icma.az
close
up
RU
Famil Ağayev: “Əsəblər çox gərgindir, mövsüm boyu qazandıqlarını bir anda itirirsən” MÜSAHİBƏ

Famil Ağayev: “Əsəblər çox gərgindir, mövsüm boyu qazandıqlarını bir anda itirirsən” MÜSAHİBƏ

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Qadın voleybolçulardan ibarət “Abşeron” klubunun baş məşqçisi Famil Ağayevin İdman.biz-ə müsahibəsi

- Yüksək Liqanın ikinci final oyununda çempionluğu əldən verdiniz. Matçı necə dəyərləndirirsiz?

- Çox pis.

- İlk matçda 3:0 hesabı ilə qalib gəlsəz də, ardınca eyni hesabla uduzduz və “Qızıl set”də də “Azərrel” üstün oldu. Sizcə, oyununuz niyə alınmadı?

- Bir neçə səbəb var. Əvvəla, mövsümdə “Azərreyl”lə beş dəfə qarşılaşmışıq. Bu matçların hamısından qalib ayrılmışıq. Finalın ikinci qarşılaşmasından da öncə düşündük ki, ilk görüşdə 3:0 qələbə qazanmışıq, bu dəfə iki set də bizə bəs edəcək. Bəlkə də dünənki məğlubiyyət məhz bu arxayınlığın nəticəsidir. Üstəlik, komandamızda stress, həyəcan vardı. Məsələn, birinci seti uduzduq, o məyusluqla da ikinci hissədə oyunun gedişatını itirdik. “Azərreyl” də bundan çox yaxşı istifadə etdi. İstər müdafiədə, istərsə də hücumda fərqlənməyi bacardı. Düşünürəm ki, həm arxayınlıq, həm də həyəcan məğlubiyyətin əsas səbəbləridir. Üstəlik, başqa zalda oynayırdıq. Bu, qətiyyən bəhanə deyil, gedişata təsir edən əsas faktorlardan biridir.
- Oyunun əldən getdiyini gördükdən sonra aparıcı voleybolçulara istirahət verib “Qızıl set”ə fokuslanmaq olmazdı?

- İlk iki hissədə məğlub olanda belə “Qızıl set” haqda düşünmürdüm. İstəyirdim ki, oyunun gedişatında vəziyyəti dəyişək. “Qızıl set” elədir ki, hər iki tərəf bir anın içində qalıb də gələ bilər, nəticə etibarilə cəmi 15 xaldır. Orada da “Azərreyl” çox yaxşı oynadı.

- Məğlubiyyətdən sonra klub rəhbərliyi ilə söhbətiniz oldu?

- Xeyr, heç bir söhbətimiz olmayıb. Hazırda əsəblər çox gərgindir.

- Artıq “Abşeron”la müqavilənizin bitdi. Komandanın “sükanı arxası”nda qalacaqsız, yoxsa yollar ayrılacaq?

- Komandadan ayrılacağıma dair hər hansı söhbətimiz olmayıb. Bu idmandır, udmaq da var, uduzmaq da. Finaldan öncə növbəti mövsümün proqramı ilə bağlı müzakirələrimiz olmuşdu. Yəqin ki, yaxın günlərdə rəhbərliklə görüşəcəyik.

- Ümumiyyətlə, gələcək karyeranızla bağlı nə düşünürsünüz?

- Yaxın müddətdə milli komandanın oyunları başlayır. Orada Faiq Qarayevin köməkçisi vəzifəsində çalışıram və qarşıda bizi Qızıl Avropa Liqası yarışı gözləyir.

- Bəs gümüş medalçı “Abşeron”un avrokubokda iştirakı rəsmiləşib?

- Məğlubiyyətdən sonra bu haqda danışmaq tez olar. Bunu zaman göstərəcək. Klub rəhbərliyi istəsə, avrokuboklara gedəcəyik.

- Voleybolçunuz Ecem Aknam ikinci final oyunundan sonra verdiyi açıqlamada vurğuladı ki, uduzmağınıza baxmayaraq, mövsüm çox uğurlu alınıb. Onunla razısınız?

- Bu mövsüm çox yaxşı çıxış etdik və qazandığımız nəticələrə görə digər komandalardan fərqlənməyi bacardıq. Azərbaycan kubokunu qazandıq, mövsüm də bizim üçün kifayət qədər uğurlu keçdi. Ölkə çempionatında cəmi iki oyun uduzmuşuq. Bu, çox yaxşı nəticədir. Ancaq təəssüf ki, çempionatda qazanılan qələbələrdən asılı olmayaraq, əsas məsələ final oyunudur. Orada uduzursansa, bütün mövsüm boyu qazandıqlarını bir anda itirirsən. Necə ki, dünən biz bunu yaşadıq.

Aytac Sahəd
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Aprel 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri