Icma.az
close
up
RU
Ağadadaş Ağayev: Hələ də eyni ruhu qoruyuram... MÜSAHİBƏ

Ağadadaş Ağayev: Hələ də eyni ruhu qoruyuram... MÜSAHİBƏ

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Musiqi insan ruhunu danışdıran ən güclü vasitələrdən biridir.

Hər notda, hər ritmdə bir hekayə, bir hiss, bir yaşanmışlıq gizlənir. Azərbaycanda musiqi ənənələri dərin və zəngin tarixə malikdir və bu ənənələri davam etdirən sənətkarlar gənc nəsillərə ilham verir.

Bu baxımdan, Xalq artisti Ağadadaş Ağayev kimi sənətkarların fəaliyyəti xüsusilə önəmlidir. Onun yaradıcılığı yalnız səslə yox, eyni zamanda xalqın ruhunu əks etdirən bir mədəni irs kimi dəyərləndirilir.

Bu səbəbdən onunla söhbətimiz musiqidən başladı və sənət, gənclərin rolu, həmçinin dövlətlə sənət arasındakı əlaqələr barədə dərin fikirlərə yol açdı.

Bakıvaxtı.az müsahibəni təqdim edir.

- Hazırda sənət həyatınız necə gedir?

- Sənətim də çox gözəldir, ürəyim istəyən kimidir, hər şey yolundadır. Şükürlər olsun ki, gəncliyimdəki, keçmiş illərdəki kimi eyni ruhu qoruyuram. Studiya işlərimi davam etdirirəm və yaradıcılıq proseslərini bərpa edirəm.

- 2026-cı il üçün sənət və Türk Dünyası ilə bağlı hansı perspektivləri görürsünüz?

- 2026-cı ildə ümumiyyətlə, Türk Dünyası üçün nur saçan perspektivlər görürəm. Arzu etdiyimiz gözəl günlər yaxın tarixlərdə bizi gözləyir.

- Sizcə, xalqımızın və gənclərin musiqi sahəsində rolu necədir?

- Bizim xalqımız çox mükəmməl xalqdır, istedadlar hər zaman ortaya çıxır, ələk kimi seçilir. İstedadsız insanlar gəlir-gedir; onlar bu ələkdən keçmək üçündür.

Sənət böyük bir dəryadır və Azərbaycanda bu bəxşeyiş Allah tərəfindən göndərilmiş təsdiqini tapır. Hər kəs həyatında çarpışır, müəyyən sosial təminat yaratmaq istəyir.

- Bəziləri gənclərin musiqi sahəsində hələ hazır olmadığını, yaxşı oxuya bilmədiklərini deyir. Siz bu fikirlə razısınız?

- Gənclər səhvlər edə bilər, amma bu normaldır. Onların yolu zamanla formalaşır. Biz artıq klassik musiqi təqdim edən sənətkarlar kimi qəbul edilirik və gənclər də öz təyinatlarını tapacaq. Musiqi böyük bir xəzinədir; bəzi dedi-qodular, məsələn, “gənclər oxuya bilmir” kimi fikir yalnız qısa müddətlik yanlış qiymətləndirmələrdir.

- Dövlət və musiqi arasında bir əlaqə varmı?

- Dövlətimizin mövcudluğunu ruhumuzla hiss etməliyik. Onun necə yarandığını yalnız ruhumuzla, Rəbbimizlə anlaya bilərik. Dövlət və sənət bir-birini tamamlayır, ruhumuz dövlətimizlə birlikdə güclənir, sənətimiz isə xalqın içindən çıxan səsdir.

Rəşid Muxtar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Yanvar 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri