Icma.az
close
up
RU
Famil Mustafayev: Elmlər doktoru dərəcəsinin ləğvi təkcə normativ sənədlə həll edilə bilməz

Famil Mustafayev: Elmlər doktoru dərəcəsinin ləğvi təkcə normativ sənədlə həll edilə bilməz

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 may, AZƏRTAC

Elmlər doktoru elmi dərəcəsi ölkəmizdə uzun illərdir ki, akademik sistemin tərkib hissəsidir. Bu dərəcə təkcə doktorantura pilləsinin davamı deyil, həm də müstəqil və fundamental elmi tədqiqatların nəticəsi kimi nəzərdə tutulub. Bununla yanaşı, qeyd etməliyik ki, bu model hazırda yalnız Azərbaycanda deyil, bir sıra Avropa və MDB ölkələrində də tətbiq olunmağa davam edir. Biz bu məsələyə radikal deyil, mərhələli və məsuliyyətli yanaşmanın tərəfdarıyıq. Elmlər doktoru dərəcəsinin ləğvi və ya təkpilləli sistemə keçid yalnız normativ sənəd dəyişikliyi ilə həll edilə biləcək məsələ deyil. Bu, həm də institusional mexanizmlərin, elmi tədqiqat infrastrukturunun və akademik mühitin hazır olması ilə bağlıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev deyib. Elmlər doktoru elmi dərəcəsinə yiyələnməyin könüllü seçim olduğunu deyən sədr vurğulayıb ki, bu, hər bir tədqiqatçının öz elmi yolunu necə davam etdirmək istəyinə bağlı qərardır və heç bir məcburiyyət elementi daşımır: “Burada, əksinə, bu sistemin olmaması elmlər doktoru olmaq arzusunda olanlar üçün məhdudiyyətlər yarada bilər. Digər tərəfdən, son dövrlərdə vəzifə təyinatları da göstərir ki, hətta ali təhsil və elmi müəssisələrin rəhbər vəzifəliləri üçün də elmlər doktorluğu elmi dərəcəsinin olması şərt deyil. Belə olan halda bu mərhələnin mövcudluğu kimə mane olur? Lakin bu mərhələ, məzmun baxımından, sırf elmi tutumun sübutuna əsaslanan və yüksək nəticə tələb edən bir elmi pillədir”.

Famil Mustafayev bildirib ki, mövcud qaydalara əsasən, elmlər doktoru olmaq istəyən tədqiqatçı müvafiq sahə üzrə ciddi elmi nəticələr ortaya qoymalıdır:

“- Humanitar və ictimai elmlər üzrə dissertasiya mövzusuna uyğun azı 15 elmi məqalə, onlardan azı 3-ü beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnallarda dərc olunmalıdır;

- Dəqiq və təbiət elmləri üzrə isə azı 10 elmi məqalə, onlardan azı 5-i beynəlxalq bazalarda yerləşdirilmiş jurnallarda dərc olunmalıdır.

Bu tələblər təsadüfi müəyyən edilməyib. Onların məqsədi - elmlər doktoru dərəcəsini daşıyan şəxsin həqiqətən sistemli, davamlı və əhəmiyyətli tədqiqat nəticələri ortaya qoyduğunu sübut etməkdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri