Icma.az
close
up
RU
Fariz Əliyev: Bir Pəncərə idxal ixrac prosedurlarını sadələşdirəcək

Fariz Əliyev: Bir Pəncərə idxal ixrac prosedurlarını sadələşdirəcək

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

"Bir Pəncərə" sistemi sahibkarların idxal-ixrac prosedurlarını əhəmiyyətli dərəcədə sadələşdirəcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın nəqliyyat və logistika sahəsində rəqəmsal transformasiyasının mühüm mərhələsini təşkil edən "Bir Pəncərə" informasiya sistemini ictimaiyyətə təqdim olunur: "Bu sistem sadəcə yeni elektron platforma deyil. Bu, dövlət qurumlarını, sahibkarları və daşıyıcıları vahid rəqəmsal mühitdə birləşdirən, xarici ticarət proseslərini sadələşdirən və xidmətləri daha sürətli, daha əlçatan edən yeni idarəetmə modelidir. Sistemin əsas məqsədi dövlət və biznes arasında əlaqələri asanlaşdırmaq, idxal, ixrac və tranzit əməliyyatlarında əvvəllər mövcud olan qəliz və təkrarlanan prosedurları aradan qaldırmaq və bütün prosesləri vahid rəqəmsal mühitdə təşkil etməkdir".

F.Əliyev vurğulayıb ki, bu platforma vasitəsilə sahibkarlar və daşıyıcılar idxal, ixrac və tranzit əməliyyatları ilə bağlı zəruri dövlət xidmətlərinə vahid məkandan çıxış əldə edəcəklər: "Bu, nəqliyyat-logistika və kommersiya sənədləri, gömrük və sərhədkeçmə üçün zəruri olan lisenziya və icazələr, mənşə və fitosanitar sertifikatlar üçün müraciətlərin qəbulu, fumiqasiya aktlarının tərtibi və s. kimi geniş spektri əhatə edən funskionallığı ehtiva edir. Beləliklə müvafiq lisenziyaların, icazələrin, sertifikatların və digər tələb olunan sənədlərin elektron qaydada əldə edilməsi, dövlət qurumları ilə məlumat və sənəd mübadiləsinin rəqəmsal mühitdə həyata keçirilməsi, eləcə də yük və nəqliyyat vasitələrinə dair məlumatların vahid platforma üzərindən təqdim olunması həm prosedurları əhəmiyyətli dərəcədə sadələşdirəcək, həm də vaxt və inzibati xərcləri azaldacaq".

O əlavə edib ki, bu gün sistem mərhələli şəkildə istifadəyə verilir və dövlət qurumlarının xidmətləri ardıcıl olaraq platformaya inteqrasiya olunur: "Artıq ilk nəticələr əldə edilib və qarşıdakı mərhələlərdə platformanın funksionallığı daha da genişləndiriləcək. Bu, həmçinin dövlətdə post-faktum analitik yanaşmadan data əsaslı qərarverməyə keçidi təmin edəcək və rəqəmsal ekosistemin genişləndirilməsi, mütəmadi qaydada yeni funksionallıqların və keyfiyyət parametrlərinin əlavə olunmasına zəmin yaradacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 İyul 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri