Icma.az
close
up
RU
İdxal ixracın yeni “pəncərə”si

İdxal ixracın yeni “pəncərə”si

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət rəqəmsallaşdırılaraq “Bir pəncərə” sistemilə idarə olunacaq

Prezident İlham Əliyev “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Sənədə əsasən, “Bir pəncərə” informasiya sistemi yaradılacaq, sistem vasitəsilə xarici ticarət əməliyyatları, daşınan yüklərin hərəkəti, sərhədkeçmə prosedurları, nəqliyyat sənədlərinin təqdim edilməsi, ödənişlərin aparılması və statistik məlumatların əldə olunması tam elektron qaydada təmin olunacaq. Həmçinin informasiya təhlükəsizliyi, dövlət informasiya ehtiyatlarının formalaşdırılması və elektron xidmətlərin vahid reyestrinə daxil edilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub.

Sadələşdirilmiş Gömrük Dəhlizi yaradılır

Azərbaycanın strateji-coğrafi mövqeyi regionun vacib tranzit və logistika mərkəzlərindən birinə çevrilməsinə səbəb olmaqdadır. Respublikamız Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tərkib hissəsi olan Orta Dəhlizdə və Şimal-Cənub beynəlxalq nəqliyyat koridorunda öz tranzit potensiallarının dayanmadan artırır.

Şərq və Qərb coğrafiyalarındakı mövcud nəqliyyat və logistika infrastrukturlarını müasirləşdirir və tranzit ölkələri ilə əlaqələndirir.

Respublikamız hazırda ən son rəqəmsal ticarət və logistika modellərini tətbiq edərək regiondakı inkişaf trendlərindən geri qalmaq istəmir. Bu məqsədlə, idxal-ixrac proseslərini asanlaşdırmaq, nəqliyyat və logistika hərəkətliliyini artırmaq üçün Sadələşdirilmiş Gömrük Dəhlizinin və “Transxəzər Gömrük Tranzit Portalı”nın yaradılması istiqamətində ardıcıl addımlar atılmaqdadır. Eləcə də, Orta Dəhliz boyunca gömrük və ticarət proseslərin asanlaşdırılması hədəflərinə uyğun olaraq vahid gömrük informasiya sisteminin yaradılması, ortaq risklərin idarə edilməsi mexanizmlərinin formalaşdırılması nəzərdə tutulur.

Rəqəmsal Logistika Platforması qurulacaq

Azərbaycanda beynəlxalq ticarət əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində də mühüm addım atılmaqdadır. Bu tədbirlərin mühüm tərkib hissəsi kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən beynəlxalq yükdaşıma əməliyyatları ilə bağlı proseslərin rəqəmsallaşdırılması, məlumatların xarici ticarət iştirakçıları ilə aidiyyəti dövlət orqanları arasında real vaxt rejimində inteqrasiyasının təmin edilməsi nəzərdə tutulur. İnteqrasiya edilmiş rejim ölkəmizin logistika sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə digər qurumların iştirakı ilə Rəqəmsal Logistika Platformasını (DLP) təmin edəcək. DLP  idxal, ixrac və tranzit əməliyyatlarını vahid “elektron bir pəncərə” üzərindən idarə etməyi hədəfləyən innovativ platformadır. Prosedur və fəaliyyətlərin mümkün dərəcədə sadələşdirilməsini ehtiva edən informasiya sistemi ilk növbədə xarici iqtisadi fəaliyyətdə mövcud olan və kağız üzərində aparılan çoxsaylı pərakəndə və səmərəsiz proseslərin aradan qaldırılmasını, xarici ticarət iştirakçıları və aidiyyəti dövlət orqanları arasında rəqəmsal mühitdə məlumat mübadiləsinin və inteqrasiyaların təmin edilməsini, eləcə də proseslərin xarici ticarət iştirakçıları üçün əlçatan və vahid mərkəzdən idarə oluna bilməsini nəzərdə tutur.

Qeyd edək ki, xarici iqtisadi fəaliyyət çərçivəsində idxal, ixrac və tranzit əməliyyatlarına dair sənədlərin əldə olunması üçün müxtəlif qurumlara ayrıca müraciət tələb olunur ki, bu da həm elektron, həm də fiziki prosedurların uzanmasına, vaxt itkisinə və eyni məlumatların təkrar təqdim edilməsinə səbəb olur. Bu baxımdan mal və nəqliyyat xidmətlərinin fasiləsiz hərəkətinin təmin olunması, sərhəd-keçid və nəqliyyat prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün sadələşdirilmiş, istifadəçi yönümlü, “vahid pəncərə” prinsipi ilə işləyən, qurumların məsuliyyətini ayrı-ayrılıqda müəyyən edən və icra keyfiyyətini, həmçinin sürətini ölçmə imkanı verən bir nəqliyyat-logistika platformasının yaradılması təxirəsalınmaz tələb idi.

Qeyd olunan çağırışlara uyğun hazırlanacaq DLP informasiya sistemi nəqliyyat və logistika sahəsi üzrə fəaliyyətlərin şəffaflaşdırılması, sadələşdirilməsi, həmin fəaliyyətlərin operativliyinin, səmərəliliyinin və proqnozlaşdırma keyfiyyətinin artırılması, o cümlədən yük axınlarının “ağıllı” idarə edilməsi, daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi və yükdaşıma müddətlərinin optimallaşdırılması üçün əlaqəli proseslərin və sənəd mübadiləsinin rəqəmsallaşdırılmasını, aidiyyəti dövlət orqanlarının idxal-ixrac və tranzit əməliyyatlarına dair monitorinqlər aparmasını və statistik məlumatların emal olunmasını nəzərdə tutur.

“Qarabağ Bəyannaməsi”nin hədəfləri gerçəkləşir

Yeri gəlmişkən, idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması türk dövlətlərinin də strateji konsepsiyasının mühüm prioritetlərinin reallaşması deməkdir. Türk Dövlətləri Təşkilatının (TDT) yeni logistika konsepsiyasına əsasən, ölkələr arasında rəqəmsal azad ticarət rejiminin təmin olunması məqsədilə qarşılıqlı olaraq ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması nəzərdə tutulur. 2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilən Zirvə Görüşündə türk dövlətləri sadələşdirilmiş gömrük rejiminin yaradılması barədə niyyətini bəyan edib. TDT ölkələri tərəfindən imzalanan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişdən irəli gələn hüquqi çərçivə ötən 2 il ərzində müvafiq orqanlar arasında hazırlandıqdan sonra 2024-cü il noyabrın 29-da qüvvəyə minib.

2024-cü ilin iyul ayında Şuşa şəhərində imzalanmış “Qarabağ Bəyannaməsi”nin əsas bəndlərindən biri isə TDT-nin kollektiv ticarət alyansının yaradılması və bu məqsədlə gömrük rejimlərində asan preferensial (qarşılıqlı güzəşt) qaydaların tətbiqi ilə bağlıdır. Preferensial sazişlərin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, iqtisadi əlaqələrin və ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasını nəzərdə tutur. Bu baxımdan tərəflər arasında mərhələli şəkildə idxal və ixrac olunan bir sıra məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarını qarşılıqlı olaraq azaldılması istisna deyil. Nəticədə, sadələşdirilmiş gömrük dəhlizinin yaradılması sayəsində “Rəqəmsal İpək Yolu” layihəsi də tam başa çatacaq. Bu dəhlizlərin fəaliyyətə başlaması isə  türk dövlətləri arasında əmtəə dövriyyəsinin də artmasına səbəb olacaq.

Yuxarıda qeyd edilən tədbirlərin hər biri “Bir pəncərə” informasiya sistemi sayəsində xarici ticarət əməliyyatları, daşınan yüklərin hərəkəti, sərhədkeçmə prosedurları və s. əməliyatları tamamilə rəqəmsallaşdıracaq.

Beləliklə, idxal-ixrac, tranzit və nəqliyyat əməliyyatlarının rəqəmsallaşdırılması və vahid informasiya sisteminin yaradılması sayəsində “ağıllı” idarəetmə təmin olunacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Dekabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri