Icma.az
close
up
RU
Fars molla rejimi vəziyəti bu həddə çatdırmamalıydı

Fars molla rejimi vəziyəti bu həddə çatdırmamalıydı

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


ABŞ Hərbi Hava Qüvvələrinin İranın Fordo, Nətənz və İsfahandakı üç nüvə obyektinə ağır bombalarla dağıdıcı zərbələr endirməsilə həm fars-molla rejiminin əzmi qırıldı, güvənc yeri məhv edildi, qüruru sındırıldı, həm də bütövlükdə İranın nüvə təhdidləri uzun müddətə (bəlkə də həmişəlik) neytrallaşdırıldı, zərərsizləşdirildi. Yeraltı bunkerlər əleyhinə bombalardan və “Tomahavk” qanadlı raketlərindən istifadə etməklə İranın əsas nüvə obyektlərinə endirilən bu cür sarsıdıcı zərbələrdən sonra İranın özünü toparlaması sözsüz ki, uzun zaman tələb edəcək. İran rəsmilərinin “bizə ciddi zərər dəyməyib, obyektlər əvvəlcədən boşaldılmışdı” tipli açıqlamaları da, əslində, yalandır. ABŞ-ın zərbələri İranın "bel"ini qırıb.
Fars-molla rejimi vəziyəti bu həddə çatdırmamalıydı. Ağlını və reallıq hissini itirən molla rejimi özünün nüvə silahına malik olmaq cəhdləri ilə həm də bizim Güney Azərbaycandakı milyonlarla soydaşımızı İran-İsrail və ABŞ-İran qarşıdurmalarının girovuna çevirir. Destruktiv siyasət yürütdüyünə görə bütün dünyada təklənmiş duruma düşən molla rejimi mənasız dirənişini davam etdirdikcə Güneydəki soydaşlarımızı da zərbə altında qoyur. 86 yaşlı Seyid Əli Xamenei öz canının hayına qalıb bunkerdə gizlənir, bizim soydaşlarımız isə bombardmanların fəsadları, fəlakətləri ilə üz-üzə qalmalı olur.
Molla rejiminin bundan sonrakı bütün sərsəmlikləri, dirənişləri İran xalqının, o cümlədən Güney azərbaycanlıların başında çatlayacaq. ABŞ prezidenti Donald Trampın vəd verdiyi iki həftəni gözləmədən İranın əsas nüvə mərkəzlərini qəfildən bombalaması molla rejiminə dərs olmalıdır. Çünki dünyanın bir nömrəli supergücü olan ABŞ bu bombardmanlarla kifayətlənməyə də bilər. Ona görə də molla rejimi reallıq hissinə qayıtmalı və sülhə yönəlik rasional addımlar atmalı, eyni zamanda, nüvə silahına malik olmaq iddialarından da əl çəkməlidir. İran kimi şər dövlətlərə nüvə silahına sahiblənmək imkanı verilməməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 İyun 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri