Icma.az
close
up
RU
Fars molla rejimi bu aksiyanın verdiyi mesajlardan ciddi nəticə çıxarmalıdır

Fars molla rejimi bu aksiyanın verdiyi mesajlardan ciddi nəticə çıxarmalıdır

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Ötən gün Urmiya şəhərində keçirilən etiraz aksiyaları yerli əhalinin - Güney Azərbaycan türklərinin Urmiyanın tarixi və mədəni kimliyinə qarşı yönəlmiş hər hansı dəyişikliyi qəbul etmədiklərini və bu məsələdə İran hökumətinin siyasətinə qarşı çıxmalarını açıq şəkildə nümayiş etdirdi. Aksiya iştirakçılarının "Azərbaycan var olsun, istəməyən kor olsun!", “Urmu Kürdüstan olmaz, bu torpaqdan pay olmaz!” şüarlarını səsləndirmələri və Səttarxanın portretini ucaltmaları molla rejiminə ciddi mesaj kimi dəyərləndirilməlidir. Bu, molla rejiminin yürütdüyü milli ayrı-seçkilik siyasətinin Güney azərbaycanlılar tərəfindən əsla qəbul edilməyəcəyini göstərir.
Fars-molla rejimi bu aksiyanın verdiyi mesajlardan ciddi nəticə çıxarmalı və azərbaycanlıları sıxışdırmaq, diskriminasiyaya məruz qoymaq, haqqlarını qəsb etmək siyasətindən əl çəkməlidir. Rejim bu gün artıq gizlədə bilməyəcəyi bir həqiqətlə üzləşib - Güney Azərbaycan əhalisinin milli ruhu diridir və onlar qəsb edilmiş haqlarını geri almaq üçün mübarizəni davam etdirəcəklər. Dünənki aksiya güneyli soydaşlarımızın milli mücadilə tarixində yeni bir səhifənin başlanğıcı oldu. Ana dilində təhsil hüququndan məhrum edilən, milli kimliyi panfarsçılar tərəfindən daim aşağılanan, mədəni haqqları məhdudlaşdırılan, torpaqları ələ keçirilən güneylilər (xüsusən də Urmiya türkləri) molla rejiminin illərlə davam edən asimmilyasiya, zülm və haqsızlığı ilə barışmayacağını nümayiş etdirdi.
Urmu camaatının Qərbin və İran rejiminin dəstəklədiyi terror təşkilatlarına və havadarlarına küçələrə çıxmaqla etiraz etməsi güneyli soydaşlarımızın mollaların haqsızlıqlarına son qoymaq əzmindən xəbər verir. Son aksiya urmiyalıların simasında bütün güneylilərin oyaq olduğunu təsdiqlədi. Güney Azərbaycan əhalisinin bu cür birlik və mübarizlik nümayiş etdirməsi bəlkə də molla rejimi üçün gözlənilməz oldu. Ancaq mollalar artıq başa düşdülər ki, Azərbaycan türkləri oyaqdır və bu xalqın haqqlarını qəsb etmək rejimin sonunu gətirə bilər.
Güneylilər birlik və həmrəylik yolunu axıra qədər davam etdirməlidirlər. Çünki molla rejiminin ədalətsiz siyasətini dayandırmağın başqa yolu yoxdur. Güneyli soydaşlarımız ya müstəqil dövlət qurmalı, yadaki Pəhləvilərin və molla rejiminin 100 illik despotizminə son qoyub İranı yenidən Qacar dövlətinə çevirməlidirlər. Fars şovinizminin əzici siyasətinin davam etməsinə yol vermək olmaz. Güneyli soydaşlarımızın öz talelərini dəyişmələri üçün tarixi şans yaranıb.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Mart 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri